Icma.az
close
up
RU
Xalqa qarşı mənəvi terrorun qarşısını ancaq cəzalar ala bilər EKSPERT

Xalqa qarşı mənəvi terrorun qarşısını ancaq cəzalar ala bilər EKSPERT

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ciddi şəkildə bütün sosial şəbəkələr izlənməli, xüsusi qanun qəbul olunmalıdır

Polis əxlaqsızlığı təbliğ edən "TikTok" istifadəçilərini saxlayıb.

 “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Vətəndaşların narazılığına səbəb olan "emin_resad" və "azerzahid6669966" adlı istifadəçilər tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad" adlı "TikTok" səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966" adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.


Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az” a bildirib ki, həddən artıq gecikmiş addım olsa da, hər bir halda təqdirəlayiq saymaq olar: 


“Uzun illərdir ki, biz bu barədə həyəcan təbili çalırıq, tənqid edirik, ifşaedici faktlar göstəririk. Lakin, açıq şəkildə Azərbaycan xalqına qarşı dövlətin gözü önündə mənəvi terror aksiyası aparılır. İnstagram “TikTok”dan da pis vəziyyətdədir . Həmin sosial şəbəkələrdə qanun yoxdur. İstənilən hər bir şeyi orada törədirlər. Dövlət, xalq, məmurlar, dövlət adamları,  bir sözlə hər kəs təhqir olunur, söyüşlərə məruz qalır. İndiyə qədər müvafiq dövlət orqanları harada idi, niyə reaksiya vermirdilər? Bu cür məsələlər cəmiyyətin vecinə deyil. Dövlət ölkədə yaşayan vətəndaşların fiziki və mənəvi sağlamlığını təmin etmək və təhlükəsizliyini qorumaqla məşğuldur. Dövlətin vəzifəsi yalnız bu cümlədən ibarətdir. Əgər dövlət bunu təmin etmirsə, o zaman bu dövlət nəyə lazımdır? Bu ölkədə açıq şəkildə milli mənəvi dəyərlər sistemi çökdürülür. Prezident cənab İlham Əliyev dəfələrlə açıq şəkildə qeyd edib ki, Azərbaycan yalnız öz milli mənəvi dəyərləri üzərində inkişaf etməlidir. Bu dövlət, bu prinsip üzərində qurulmalıdır. Dövlət siyasətinin ana mahiyyəti budur. Amma müvafiq orqanlar, gözardı edərək bu biabırçılıqlara şərait yaradır və göz yumurlar. Bəzi ölkələrdə bu cür şəbəkələr birbaşa bloklanır. Yəni burada dövlətin sərt və güclü müdaxiləsi lazımdır. Sağlam cəmiyyətlərdə insanların özləri dövlətə ehtiyac duymadan bu səhifələri boykot edirlər. Ona görə də dövlət bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. Fasiləsiz olaraq ən azı minlərlə şəxs ağır cəzalandırılmalı,  kanallar və səhifələr bağlanmalı, xüsusi şəbəkə polisi yaradılmalıdır. Rabitə Nazirliyində, İnformasiya Təhlükəsizlik İdarəsi var. Ancaq gördüyü iş məlum deyil. Deyə bilərlər ki, biz sırf informasiya dezinformasiya məsələsinə baxırıq. Lakin həmin sahədə də işləmirlər və orada biabırçı vəziyyətdədir. Mənəvi terrorla bağlı bir idarə yaradılmalıdır. Ciddi şəkildə bütün sosial şəbəkələr izlənməli, xüsusi qanun qəbul olunmalı və orada bütün şərtlər göstərilməlidir. Yəni Azərbaycan xalqına qarşı mənəvi terror yayan, pozğunluq, narkomaniya, fahişəlik, insan alveri, təbliğatları ilə məşğul olanlar ağır şəkildə cəzalandırılmalı və əmlakı müsadirə olunmaqla ən azı 10 il müddətinə həbs edilməlidir. Yalnız belə ağır cəzalar xalqa qarşı terrorun qarşısını ala bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri