Icma.az
close
up
RU
1 insana qarşı mənəvi terrorun 1000 manatlıq cəzası KÜNCDƏN BAXIŞ

1 insana qarşı mənəvi terrorun 1000 manatlıq cəzası KÜNCDƏN BAXIŞ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Elçin Bayramlı

Son vaxtlar cəmiyyətdə əxlaqi cinayətlər, mənəviyyata təcavüz halları getdikcə artır. Bu isə, bir çox hallarda ağır cinayətlərə qədər gətirib çıxarır. Bir neçə gün əvvəl növbəti rəzalət haqda mediada məlumatlar dərc olundu. Bu fakt sosial şəbəkədə başqa şəxsə qarşı əxlaqsızlıq və ləkələmə əməli ilə bağlıdır. Belə ki, cinayətin “qəhrəman”ı 24 yaşlı qızın tiktok proflinə daxil olaraq onun şəkillərini, videolarını ələ keçirib. Daha sonra tiktokda qızın adına səhifə açaraq şəkilləri və videoları orada paylaşıb. Hər paylaşımın da üzərinə “fahişəyəm, pul qarşılığında görüşürəm” yazıb. Səhifə qısa zamanda böyük baxış sayı yığıb. Beləliklə gənc qızın həyatı darmadağın olub. Xanımı işdən çıxarıblar, nişanı isə qaytarılıb.

Çarəsiz qalan qız özü bu "qəhrəmanın" axtarışına çıxıb. Əvvəlcə öz proflindən adına açılmış fake səhifəyə yazıb ki, mənim şəkillərimi ordan silməsən, səni tapacam. Cavab bu olub: “Məzələnmə”. Daha sonra qız oğlan adı ilə saxta profil açıb, səhifənin müsaj bölməsinə yazaraq görüşmək istədiyini deyib. Cavab yazıblar ki, 500 manat qarşılığında görüş baş tuta bilər.

Qız razılığını bildirərək kart istəyib. İlkin ödəniş kimi karta 100 manat göndərib. Səhifədən mesaj gəlib ki, vəsait kart hesabına köçməyib. Qız da kartın tətbiqdə olan “skrin”ini istəyib. Hiyləgər, amma o qədər də savadsız "qəhrəman" tətbiqin “skrin”ini göndərib. Qız da “skrin”dəki ad və soyadı götürərək polisə müraciət edib.

Nəticədə, polis 2002 təvəllüdlü şəhər sakinini saxlayıb. Saxlanılan şəxs müharibə veteranı olduğunu, yanacaqdoldurma məntəqəsində kassir işlədiyini deyib, hərəkəti isə tamah məqsədi ilə törətdiyini etiraf edib. Cinayətkar 1000 manat məbləğində cərimələnərək sərbəst buraxılıb.

Bu və buna ioxşar hadisələr son vaxtlar tez-tez baş verir. Təbii ki, bu cəzaların həddən artıq yüngül olmasına və sosial şəbəkədə saxtakarlığın üzə çıxmayacağına inamdan irəli gəlir.

Bu kimi hadisələrn kökündə isə mənəvi deqradasiya dayanır. Təəəssüf ki, tərbiyə almamış, heç bir mənəvi dəyərə malik olmayan, tamamilə əxlaqsızlıq girdabına yuvarlanan gənclərin sayı artır. Buna görə də, normal və sağlam insanlar ehtiyatlı olmalıdırlar.

Eyni zamanda da, vətəndaşların maddi vəsaitlərin talanması kimi hadisələr də tez-tez baş verir. Belə, hallar baş verəndə cəzalar çox ağır olmalıdır. Çox təəssüf ki, yuxarıda misal gətirdiyimiz halda cinayətkar adekvat olmayan çox yüngül bir cəza- 1000 manat cərimə ödəməklə sərbəst buraxılıb. Əslində isə belələri çox ciddi cəzalandırılmalıdır. Çünki bir insanın həyatını məhv edib, şərəfini, ləyaqətini ləkələyib, ona mümkün olan ən ağır mənəvi zərbəni vurub. Bu, konkret olaraq əxlaq, namus cinayətidir. Ona görə də burada cəzalar sərtləşdirilməlidir. Belə şəxslərə güzəşt olunmamalıdır ki, başqalarına da dərs olsun.

Belə hallar ictimailəşəndə, məlum olanda dərhal reaksiya verilməlidir və hüquq mühafizə orqanları belə məsələlərə nəzarət etməlidirlər. Çox ciddi cəzalar verilməlidir. Əgər belə olmasa, bu sahədə anarxiya davam edəcək. Sosial şəbəkələrdə bu və bunun kimi çox sayda biabırçı hallar çoxalacaq. Əgər belələri yetkinlik yaşına çatmayandırsa, mütləq şəkildə valideynləri ağır cəzalandırılmalıdır. Hər bir valideyn zəhmət çəkib uşağına tərbiyə verməlidir. Buna məcburdur, buna məhkumdur. Cəmiyyətə zərər vuracaq məxluqlar yetişdirmək ixtiyarı yoxdur. Ona görə də bu hallarda valideyn cəzalandırılmalıdır.

Belə halların qarşısı elə bir kəskin formada alınmalıdır ki, başqaları buna cəsarət etməsin. Bunun üçün də ilk növbədə nəzarət olmalıdır. Hazırda internet məkanı sosial şəbəkələrdə tam anarxiyadır, nəzarətsiz bir sistemdir. Burada çıxarılmayan oyun qalmayıb. Belə hadisələr törədən, vətəndaşlara zərər vuran, aldadan mənəvi, əxlaqi terror edən şəxslər çox ağır cəzalandırılmalıdır. Yəni indiki cəzalar adekvat deyil. Demək olar ki, cəzasızlıq mühitidir. Ona görə də çox rahat vəziyyətdən çıxırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri