Icma.az
close
up
RU
“Xalqbank” və “Yapı Kredi Bank”da geriləmə: Birində xalis mənfəət kəskin azalıb, digərində depozitlər əriyir

“Xalqbank” və “Yapı Kredi Bank”da geriləmə: Birində xalis mənfəət kəskin azalıb, digərində depozitlər əriyir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Hər il hansısa bankın fəaliyyətinə son verməsinə alışmışıq. 2025-ci il bu mənada hələ ki fərqlənməyib. Zamanla banklar barədə narahatlıq doğuran xəbərlər gəlir. Amma maliyyə müəssisələri mümkün qədər həyatda qalmağa çalışırlar.

Bizimyol.info xəbər verir ki, “Xalqbank” sistem əhəmiyyətli bank statusunu itirib. Bank sektorunda bu məsələ ciddi hadisə sayılır. Sistem əhəmiyyətli bank statusunu əldə etmək dayanıqlı mövqedən xəbər verir. “Xalqbank”ın problemlərini hər şeydən əvvəl bu məqam göstərir.

Bankın ilin ilk üç ayında xalis mənfəəti 28 faiz azalıb. Mümkün zərər üçün ehtiyata ayırmalar 118 faiz artıb. Problemlər aşkar özünü göstərir.

Bəs nə baş verir? Böyük ehtimalla problemli kreditlərin həcmi böyüyüb. Bank bu barədə danışmır. Amma ekspertlər bu məsələni qabartmağın tərəfdarıdır.

“Yapı Kredi Bank Azərbaycan”ın problemlərinin də bənzər olduğu hiss edilir. Önə çıxan əsas problem isə müştərilərin daha çox inamsızlıq göstərməsidir. Belə olmasaydı, ilin ilk üç ayı ərzində 150 milyon manata yaxın depozit geri çəkilməzdi. Yetərincə böyük məbləğdən söhbət gedir. Müştərilər bu qədər pulun bankda qalmasını istəməyiblər.

Ümumiyyətlə, “Yapı Kredi Bank Azərbaycan” ilin ilk üç ayı ərzində 23 faiz kiçilib. Əlbəttə, belə rəqəmlər bankın bağlanmaq ehtimalı barədə danışmağa əsas vermir. Azərbaycanda, adətən, baş verənlər məntiqə sığmır. Məsələn, “Muğanbank”ın işləri qaydasında göründüyü vaxt bağlanması xəbəri çıxmışdı.

Məhz haqqında danışdığımız bankların tezliklə sıradan çıxacağını demək olmaz. Amma bir məsələ aydındır ki, maliyyə müəssisələri sabit qrafik cızmırlar. Yaxın gələcəkdə hansısa bankın fəaliyyətini dayandırdığını eşidə bilərik. Elə müştərilər də narahat görünürlər. Bəzi istisnaları çıxsaq, ümumilikdə hər hansı bir banka daimi etibar nümunəsi gözə dəymir. Bir sözlə, banklar əhalinin lazımi etimadığını qazana bilməyib.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri