Icma.az
close
up
RU
Menu

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

Moskva ilə körpülər yandırılır? ŞƏRH

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

Liverpul fransalı ulduzun izində

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

Xalqımız özünün tolerantlıq ənənələri ilə bəşəriyyətə tövhə verməkdədir TƏHLİL

Xalqımız özünün tolerantlıq ənənələri ilə bəşəriyyətə tövhə verməkdədir TƏHLİL

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Tolerantlıq hər bir xalqın xarakteri, eləcə də özünüifadə forması və həyat tərzidir. Bizim xalqımızın da, Azərbaycan xalqının da fərqliliyi və zənginliyi məhz tolerantlıq ənənələri ilə bağlıdır. Xüsusilə də, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyi baxımından tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülhün təminatına böyük bir tövhədir və xalqımız özünün qədim tarixə malik olan bu ənənələri ilə hələ də bəşəriyyətə tövhə verməkdədir.

Tarix boyu müxtəlif konfessiyaların, fərqli dini inanclara sahib çıxan xalqların birgə yaşadığı ölkə, diyar olan Azərbaycan haqlı olaraq, bəşər tarixində əmin-amanlıq nümunəsi olub. Ona görə əmin-amanlıq nümunəsi olub ki, bizim diyarımızda ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərləri gözlənilib. Özü də çox yüksək səviyyədə gözlənilib. Xalqımız tarix boyu hansısa fərqli inanca sahib olan tayfalara, etnik qruplara, müxtəlif xalqların nümayəndələrinə, başqa dini inanclara sahib insanlara qətiyyən hansısa fərq qoymayıb. Bizim diyarımız hər zaman başqa millətlərin, ayrı-ayrı xalqların, etnosların belə rahat şəkildə məskunlaşdıqları diyar olub. Dini inancından, əqidəsindən asılı olmayaraq, insanlara bizim xalqımız tarix boyu zərrə qədər də fərq qoymayıb. Bunu təsdiq edən faktlar, arqumentlər kifayət qədərdir və hələ də, günümüzə qədər həmin faktlar göz önündədir.

Bizə məxsus olan tolerantlıq ənənələrini sübut edən faktlar kifayət qədər çox olsa da, tolerantlığın yüksək dəyərini sübut edən əsas fakt Bakıda "Fəvvarələr bağı"nın yanında erməni kilsəsinin mövcudluğu hesab olunmaqdadır. Bu da səbəbsiz deyil. Əvvəla ona görə ki, tarix boyu ermənilərin, hayların bizim xalqımıza qarşı nə qədər xaincəsinə yanaşdığını bütün dünya ictimaiyyəti də çox yaxşı bilir. Yaxşı bilir ki, xalqımız tərəfindən nə qədər xoş münasibət bəslənilsə də, torpaqlarımızda məskunlaşdırılsalar da, hayların hər zaman xaincəsinə davranış sərgiləmələri qarşılığında onlara qarşı hansısa haqsızlıq, həqarət olunmayıb, onların inanclarına belə hörmətsizlik edilməyib. Bizim özümüzə məxsus olan ərazilərimizdə, daha dəqiq desək, ermənilər tərəfindən əsrin üçdə birinə yaxın müddət ərzində işğal altında saxlanılan torpaqlarımızda məscidlərimizi işğalçı hayların viran etmələri, ibadət yerlərimizdə, məbədlərimizdə heyvan, xüsusən də İslam dinində çox murdar və haram sayılan donuz saxlamaları, həmin müqəddəs sayılan yerləri təhqir etmələri fonunda, hələ də paytaxt Bakıda erməni kilsəsi olduğu kimi qalır. Həmin kilsəyə dəyən, toxunan yoxdur və bunun özü ən böyük tolerantlıq nümunəsidir, hansıki, dünya xalqları bunu çox yaxşı başa düşürlər və xalqımızın məhz özünün öz tolerantlıq ənənələri ilə bəşəriyyətə hələ də tövhə verməkdə olduğunu qəbul da, etiraf da edirlər.

Uzun illər boyu, düz otuz ilə yaxım müddət ərzində Azərbaycanla Ermənistanın müharibə şəraitində olduğunu və ermənilərin azərbaycanlılara qarşı vandalizmini, hayların bizim dini inancımıza, ibadət yerlərimizə, müqəddəs məkanlarımıza təhqiramiz münasibət bəsləmələrini nəzərə alan insanlar tam məntiqi şəkilsə düşünə bilərdilər ki, bu kilsə çoxdan dağıdıla bilərdi. Amma dünya ictimaiyyəti bir daha gördü və əmin oldu ki, bizim düşüncəmiz heç zaman nifrət üstündə qurulmayıb və bizim üçün tolerantlıq çox böyük bir dəyərdir. Nə dövlət, nə də əhali, insanlar, vətəndaşlarımız tərəfindən erməni kilsəsini dağıtmaq təşəbbüsünün belə heç zaman olmaması, hazırda kilsənin tam təchizatı ilə mövcud olması haqlı olaraq, xalqımızın məhz tolerantlıq nümunəsi olduğunu təsdiq edən məqam sayılır.

Məsələ burasındadır ki, xalqımız üçün, ölkəmiz üçün tolerantlıq tarixi ənənəyə dayanır. Heç kim üçün sirr deyil ki, bizim diyarımız, Odlar yurdu olan yurdumuz müsəlmanlar, xristianlar, yəhudilər üçün hər zaman yaşamaq üçün ideal məkan sayılıb və ideal məkan olub da. Tarix boyu hər kəs öz dini inancını, sosial fəaliyyətini rahat şəkildə yerinə yetirə bilib və hələ də yetirə bilir, çünki xalqımız tarixən məzhəblər və millətlər arasında qardaşlıq aşılayıb. Yurdumuza gələn xarici qonaqlar da bunu təsdiq edirlər ki, burada, bizim ölkəmizdə dinlərarası, millətlərarası unikal sistem lap qədimdən mövcuddur. Ümumiyyətlə, etiraf da edirlər ki, Azərbaycan bu göstəricisinə görə, dünyaya örnəkdir. Bu bir reallıqdır. Həqiqətən də başa da düşürlər ki, əgər tolerantlıq avropalı üçün hüquqi bir vəzifədirsə, azərbaycanlı üçün bu mənəvi məsələ sayılır.

Dövlət səviyyəsində belə tolerantlığa xüsusi önəm verilir. Təbii ki, ölkəmizdə mövcud ictimai sabitliyin, vətəndaş həmrəyliyinin və etnik dini tolerantlığın milli siyasətin məntiqi nəticəsi olduğu da təkzib edilə bilməz. Dini tolerantlıq sahəsində əldə edilən uğurların məhz dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı mübarizədə faydalı nəticə verdiyi də göz önündədir. Azərbaycan üzərinə düşən mənəvi borcu, tolerantlıq ənənələrini layiqincə davam etdirməkdədir. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi artıq demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Hər kəs çox aydın şəkildə görür ki, Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdədir. Son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsi bunun, ölkəmizin məhz beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdə olduğunun təsdiqi olaraq qeyd edilir. Bundan başqa, 2009-cu ildə paytaxt Bakının məhz İslam Mədəniyyəti paytaxtı elan edilməsi, İSESKO tərəfindən 2018-ci il üçün "Naxçıvan İslam mədəniyyətinin paytaxtı" elan edilməsi, Gəncənin və Şəkinin də "İslam mədəniyyətinin paytaxtları" layihəsində iştirak etmələri dünyanın ölkəmizə tolerantlığın yüksək səviyyədə inkişaf etdiyi məkan kimi etimad göstərməsinin nəticəsidir. Deməli, məhz xalqımızın özünün tolerantlıq ənənələri ilə bəşəriyyətə tövhə verməkdə olduğu artıq beynəlxalq miqyasda da qəbul və etiraf olunur.

Müəllif: İnam Hacıyev

6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see291

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see219

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see190

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see146

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see144

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see141

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see141

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see138

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see138

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see135

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see133

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see132

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see131

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see129

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see129

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see127

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see126

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see126

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see123

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri