Icma.az
close
up
RU
ABŞ özünün strateji tərəfdaşı kimi Azərbaycanı təsadüfən seçməyib TƏHLİL

ABŞ özünün strateji tərəfdaşı kimi Azərbaycanı təsadüfən seçməyib TƏHLİL

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 sentyabr, Rabil Kətanov, AZƏRTAC.

Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə görüşərək Birgə Bəyannamə imzalamaları əlamətdar hadisə olmaqla yanaşı, rəsmi Bakının diplomatik qələbəsini göstərir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazda məhz Azərbaycanı özünün strateji tərəfdaşı seçərək keçmiş administrasiyanın yanlış siyasətini düzəltməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ABŞ üçün olduqca cəlbedicidir. Bu təşəbbüslərin əsasında əməkdaşlıq, iqtisadi inkişaf, qitələrin ticarət əlaqələrini asanlaşdırmaq və ümumilikdə dünya iqtisadiyyatının inkişafına təkan verən pozitiv layihələr dayanır. ABŞ Azərbaycanı təsadüfən özünün strateji tərəfdaşı seçməyib. Dünya siyasətində aparıcı rol oynayan Amerika geosiyasi üstünlüyü müharibə və münaqişələrlə deyil, “yumşaq güclə” əldə etməyə çalışır. Onun sərmayəsi və siyasi dəstəyi hər bir qlobal xarakterli məsələdə həlledici rola malikdir.

Avqustun 29-da Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması, sentyabrın 10-da isə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanın Azərbaycana səfər edərək iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat və energetika nazirləri ilə görüşü, əməkdaşlıq əlaqələrinin müxtəlif aspektlərini müzakirə etməsi rəsmi Vaşinqtonun regionda Azərbaycanı özünün strateji tərəfdaşı seçməsini aydın formada göstərir.

ABŞ nə üçün region dövlətləri arasında məhz Azərbaycanı tərəfdaş seçib?

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” neft kontraktlarında Amerikanın “Amoko”, “Yunokal”, “Ekson”, “Penzoyl” kimi iri şirkətləri ümumilikdə 40 faiz paya sahib oldular. Rəsmi Vaşinqton Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişini dəstəklədi. Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması üçün Amerika bu layihələrə siyasi və sərmayə dəstəyi verdi. Bu gün isə Azərbaycanın coğrafi mövqeyi və Prezident İlham Əliyevin bundan istifadə edərək praqmatik siyasəti ölkəmizi təkcə ABŞ üçün deyil, “Qlobal Cənub” və “Qoca qitə” üçün də cəlbedici məkana çevirib. Artıq Azərbaycan Qərblə Şərq arasında nəqliyyat qovşağına, tranzit yolların kəsişdiyi ölkəyə çevrilib.

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, amerikalı ekspert Riçard Hogland bildirib ki, “ABŞ Cənubi Qafqazdakı proseslərdə iştirak etməklə yanaşı, iqtisadi fayda əldə etməyi və regionda sülhün möhkəmlənməsinə dəstək verməyi nəzərdən keçirir”. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə Orta Dəhliz 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daşınan yükləri üç dəfə artıra, eyni zamanda, daşınma müddətlərini iki dəfə azalda bilər. Qazaxıstan Nəqliyyat Nazirliyinin cari ilin 7 ayı üzrə ötən ilin eyni dövrü ilə müqayisədə Orta Dəhlizlə yüklərin daşıma həcmi 62 faiz artıb. Ötən ilin 6 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə 2,5 milyon ton yük daşınıb. Yükdaşımaların həcminin 5 milyon tona çatdırılması proqnozlaşdırılır. Ümumilikdə Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir.

Göründüyü kimi, iqtisadi səmərə verən region ABŞ-ın diqqətindən qaçmayıb. ABŞ-ın keçmiş administrasiyası erməni lobbisinin təsirinə düşərək Azərbaycana qarşı heç də konstruktiv mövqe nümayiş etdirmədi. Xaricdə oturaraq regiondakı vəziyyəti qarışdırıb və bundan fayda əldə etmək istəyən siyasi qruplaşmalar nəinki Ermənistan ilə Azərbaycanın eləcə də Amerikanın özünün dövlət maraqlarına uyğun olmayan addımlar atırdılar. Lakin Donald Tramp ikinci dəfə prezident seçildikdən sonra Ağ Evin siyasətində milli maraqlara uyğun korrektlər etdi və Azərbaycanın dünya siyasətindəki yeri düzgün qiymətləndirildi.

CGTN (China Global Television Network Turk) kanalının siyasi şərhçisi Yakub Aslan Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesini şərh edərək bildirib ki, Prezident Donald Tramp təcrübəli və praqmatik biznesmen olaraq dövlət başçısı kimi də səmərəli siyasət yürüdür. ABŞ-ın regiona nüfuz etməsi həm Ermənistan, həm də Azərbaycan üçün uğurlu nəticələr vəd edir. Orta Dəhlizin aparıcı seqmenti olan Zəngəzur dəhlizi regionun iki dövləti arasında sülhə xidmət etməklə yanaşı, iqtisadı dividentlər də gətirəcək. Asiyanın Avropa ilə nəqliyyat və tranzit baxımından birləşməsi ABŞ-ın sərmayəsi və siyasi dəstəyi ilə daha da genişlənəcək. Prezident Donald Tramp ABŞ şirkətlərinin burada iştirakına çalışır ki, bu da bütün tərəflər üçün səmərəlidir. Artıq regionda marağı olan və bu maraqları münaqişələr yolu ilə qorumağa çalışaraq destruktiv siyasət aparan dövlətlərin iqtidarı zor tətbiq etməyə imkan vermir. İstər şimal, istərsə də cənub qonşularımız “bulanıq suda balıq tutmaq” ənənəsində əl çəkirlər. ABŞ dünyanın ən qüdrətli güc mərkəzi olduğu üçün onun sərmayəsi olan regiona artıq münaqişə ilə müdaxilə etmək mümkün olmayacaq.

Beləliklə, ABŞ-ı regiona cəlb edən əsas amillər Azərbaycan Prezidentinin həyata keçirdiyi sülh, sabitlik, dostluq, iqtisadi inkişaf və sosial rifah siyasətidir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizini reallığa çevirmək istəyinin arxasında qlobal əməkdaşlıq dayanır. Bu əməkdaşlıq dəhliz boyu yerləşən dövlətlərin iqtisadi inkişafına böyük töhfələr verəcək. ABŞ-ın regiona daxil olmasının əleyhinə olan bölgə dövlətləri də bunu başa düşür və özlərinin də bu dəhlizdən istifadə edərək dünyaya açılacaqlarını bilirlər. Lakin geosiyasi ambisiyaları, dünyaya hökmranlıq etmək iddiaları onlara mane olur, hakimiyyəti qoruyub saxlamaq naminə qeyri-adekvat siyasi addımlar atmağa cəhd edirlər. Müasir dünyanın geosiyasi prosesləri artıq destruktivliyin real siyasətə müdaxiləsinə imkan vermir. Regionda həyata keçirilən layihələrin qarşısını almaq bütün dünya ilə qarşıdurma vəziyyətinə düşməyə bərabərdir. Bu gün dünya gücləri mənasız siyasi ambisiyalar əvəzinə, iqtisadi əməkdaşlıq, əhalinin sosial rifahının yüksəlməsi, iqtisadi inkişaf və bu yollarla dünyada nüfuz sahibinə çevrilmək istiqamətində siyasət aparırlar ki, bu da rəğbətlə qarşılanır. Məsələyə bu aspektdən yanaşdıqda ABŞ-ın regionumuza daxil olması bütün tərəflərin maraqlarına uyğundur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri