Icma.az
close
up
RU
Xalqımız qürurla Dövlət Suverenliyi Gününü qeyd edir

Xalqımız qürurla Dövlət Suverenliyi Gününü qeyd edir

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik və diplomatik məharəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı, fədakarlığı sayəsində əzəli torpaqlarımız 30 illik işğaldan azad olundu. Milli dəyərlərinə hörmətlə yanaşan Azərbaycan xalqı öz tarixi müstəqilliyini, suverenliyini bərpa etdi. Tarixi 44 günlük haqq savaşında, 2023-cü il sentyabrın 19-20-də 23 saat 43 dəqiqəyə Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoyulması xalqımızın Vətənə olan sonsuz məhəbbətini, bir yumruq ətrafında birlik olduğunu nümayiş etdirdi. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin tam təmin olunması proseslərinin başa çatdırılması üçün antiterror əməliyyatının aparılması qaçılmaz idi.

İşğalçı Ermənistanın təcavüzkar terrorçu qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alınması, tarixi ədalətin öz yerini alması 2023-cü ilin antiterror əməliyyatı Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionu üçün həm böyük siyasi, həm də tarixi əhəmiyyət kəsb edir.Azərbaycan dövlətinin Qarabağda apardığı 23 saatlıq antiterror əməliyyatı uğurlu nəticələri bir daha təsdiqlədi ki, Azərbaycan öz maraqlarını müdafiə edir, haqqa, ədalətə söykənən mövqeyini dəstəkləyir.

Müzəffər Baş Komandan, Prezident cənab İlham Əliyev 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması ilə bağlı sərəncam imzaladı. Bununla da 2023-cü ildə Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir günün əlamətdarlığı təqvimdə rəsmiləşdi.

"Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır". 2024-cü il 19 sentyabr tarixli sərəncamda qeyd edilən bu fikirlər Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının, suverenliyinin tam təmin edilməsinin xoş müjdəsini xalqımıza çatdırdı.

Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyev antiterror əməliyyatından sonra 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq əlamətdar Qələbəni rəsmi olaraq təsdiqlədi. 2023-cü ilin 8 noyabrında Xankəndi şəhərində Vətən müharibəsində əldə etdiyimiz Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi.

Hər zaman haqqın, ədalətin, sülhün tərəfində olan Azərbaycanın dövlət suverenliyini tam təmin etdi. İllərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi müstəvisi başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli ordumuzun gücü ilə 23 saat 43 dəqiqəyə Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoyuldu.

Artıq torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib, regionda yeni reallıqlar – təhlükəsiz mühit formalaşıb. Erməni faşizminin canlı şahidi dağıdılmış şəhər və kəndlərimiz, bayrağımızı sancmağa bir dənə də olsun salamat tikilinin qalmadığı torpaqlarda indi genişmiqyaslı quruculuq işləri, dünyanı heyrətə salan layihələr reallaşdırılır. Qəddar işğala, ağlasığmaz dağıntılara və vəhşiliklərə məruz qalmış yurd yerləri insanların rahatlığı üçün ən gözəl görkəmdə müasir dünya təcrübəsindən faydalanaraq yenidən bərpa edilir.

Xalqımız bu gün qürurlaAzərbaycan tarixinə qızıl hərflərlə yazılan 20 Sentyabr - Dövlət Suverenliyi Gününü qeyd edir və hər zaman da qeyd edəcək.

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhə rtəşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri