Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Müstəqillik illərində ölkənin siyasi həyatında yeni nəfəsə, xalqın maraqlarını ifadə edən və dövlətçilik məfkurəsinə söykənən siyasi quruma ehtiyac duyulurdu. Küçə siyasətinin bağırtılarını özündə əks etdirən qarşıdurma mühitindən uzaq, xalqın səsini sivil siyasi tribuna vasitəsilə ifadə edəcək bir təşkilat axtarışında olan cəmiyyət üçün Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət kimi meydana çıxdı. Bu zərurəti xalqın düşüncəsi, ziyalıların mövqeyi və Heydər Əliyevin siyasi nüfuzu bir araya gətirdi.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Heydər Əliyev partiyanın Sədri seçildi, Proqram və Nizamnamə qəbul edildi. Həmin gün ölkənin siyasi tarixində yeni səhifə açıldı. YAP ilk gündən dövlət müstəqilliyinin qorunmasını, sabitliyin təmin olunmasını, demokratik və hüquqi dövlət quruculuğunu, xalqın rifahının yüksəldilməsini başlıca məqsədləri sırasına daxil etdi.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu PHŞ-nin Bərk Cisim Mexanikası laboratoriyasının müdiri, mexanika üzrə fəlsəfə doktoru, dosent Emin Bağırov deyib.

‎O qeyd edib ki, YAP-ın meydana gəlməsi Heydər Əliyevin siyasi nüfuzu və xalqın ona olan inamı ilə sıx bağlı idi. Ölkənin ağır sınaqlardan keçdiyi bir vaxtda cəmiyyət çıxış yolunu böyük dövlətçilik təcrübəsinə malik liderin ətrafında birləşməkdə görürdü. Ziyalıların Heydər Əliyevə müraciəti həmin ictimai tələbin siyasi ifadəsi oldu. Onun bu çağırışa müsbət cavabı yeni siyasi təşkilatın yaranmasına yol açdı.

1993-cü ildə Azərbaycanın taleyinin son dərəcə mürəkkəb olduğu bir vaxtda Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin siyasi tarixində Qurtuluş səhifəsini açdı. Dövlət idarəçiliyində sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və uzunmüddətli inkişaf xəttinin formalaşdırılması qarşıdakı illərin əsas istiqamətlərini müəyyənləşdirdi. YAP da bu siyasi xəttin əsas dayaqlarından biri kimi fəaliyyətini genişləndirdi.

Partiyanın sonrakı tarixi qurultaylarla müşayiət olunan ardıcıl siyasi yol oldu. I Qurultaydan VIII Qurultaya qədər keçirilən toplantılar YAP-ın təşkilati quruluşunun yenilənməsi, rəhbər orqanlarının formalaşdırılması və qarşıdakı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə yadda qaldı. Hər qurultay öz dövrünün çağırışlarını və qarşıda dayanan vəzifələri əks etdirdi.

Fəlsəfə doktoru hesab edir ki, YAP-ın siyasi yolu Azərbaycanın qazandığı tarixi uğurlarla sıx bağlıdır. 2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfər xalqımızın çoxillik torpaq həsrətinə son qoydu. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyinin tam bərpası Azərbaycanın yeni tarixində mühüm səhifə açdı. Beləliklə, Qurtuluş ideyası ilə yaranan YAP-ın siyasi tarixində Zəfər və suverenlik mərhələsi formalaşdı.

“VIII Qurultay isə Prezident İlham Əliyevin genişməzmunlu çıxışı və yeni dövrün qarşısında dayanan vəzifələrin müəyyənləşdirilməsi ilə YAP-ın siyasi tarixində növbəti səhifəni açdı. Dövlətimizin başçısının nitqində partiyanın keçdiyi siyasi yol, Azərbaycanın qazandığı tarixi Zəfər, dövlət suverenliyinin tam bərpasından sonra qarşıda duran hədəflər və ölkənin gələcək inkişaf istiqamətləri ətraflı şəkildə təqdim edildi. Qurultayda qəbul olunan qərarlar və yenilənən təşkilati struktur YAP-ın qarşıdakı dövrdə fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, Naxçıvanda yaranan siyasi təşkilat VIII Qurultayda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu yeni tarixi şəraitdə qarşısında dayanan vəzifələri müəyyənləşdirdi”, - deyə Emin Bağırov bildirib.

Azərbaycanın öz haqqını tarixi Zəfərlə bərpa etdi

Onun sözlərinə görə, YAP bu gün xilaskarlıq partiyası kimi Azərbaycanın keçdiyi böyük tarixi yolun siyasi yaddaşında özünəməxsus yer tutur. 1992-ci ildə ölkənin mürəkkəb ictimai-siyasi şəraitində yaranan siyasi təşkilat üç onillikdən artıq müddətdə dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin inkişafı istiqamətində fəaliyyət göstərdi. Bu yolun ayrı-ayrı səhifələrində Heydər Əliyevin dövlətçilik məktəbi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət və xalqın dövlətə olan inamı dayanır. Bu siyasi yolun hər səhifəsi dövlətimizin güclənməsi, xalqımızın sabaha inamının möhkəmlənməsi və Azərbaycanın öz haqqını tarixi Zəfərlə bərpa etməsi ilə zənginləşdi.

Alim sonda qeyd edib ki, YAP-ın tarixində Qurtuluşla başlayan yol dövlətçiliyin möhkəm təməlləri üzərində böyük siyasi salnaməyə çevrildi. Bu salnamənin hər səhifəsində xalqın iradəsi, dövlətçilik düşüncəsi və Azərbaycanın gələcəyinə olan inamı görünür. Qarşıda isə yeni dövrün çağırışları, daha böyük hədəflər və dövlətimizin qüdrətinin artırılması ilə bağlı məsuliyyətli vəzifələr dayanır. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər qarşıdakı illər üçün daha geniş imkanlar açır. Bu imkanların gerçəyə çevrilməsi dövlətçilik ənənələrinin qorunması, sabitliyin möhkəmləndirilməsi və ölkənin inkişaf xəttinin ardıcıl şəkildə davam etdirilməsi ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının siyasi tarixində formalaşan bu böyük xətt qarşıdakı dövrdə də yeni uğurlar, yeni nailiyyətlər və yeni tarixi səhifələrlə zənginləşəcək. Qurtuluşdan Zəfərə uzanan yol artıq Azərbaycanın müasir tarixinin ayrılmaz hissəsidir. Bu yol dövlətimizin gücünü, xalqımızın birliyini və gələcəyə inamını özündə yaşadır. YAP-ın üç onillikdən artıq siyasi fəaliyyəti də məhz bu böyük tarix içərisində öz layiqli yerini tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri