Icma.az
close
up
RU
Xalqın taleyini təyin edən Lider

Xalqın taleyini təyin edən Lider

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

14 iyul Azərbaycan xalqının və dövlətçiliyinin tarixində yeni bir siyasi səhifənin açıldığı gün kimi qiymətləndirilir. Belə yanaşmanın olduqca ciddi əsasları mövcuddur. Belə ki, 1969-cu il 14 iyul tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməklə ölkəmizin yeni tarixi inkişaf mərhələsi başlamışdır.

Nəzərə almaq lazımdır ki, keçmiş SSRİ məkanında həmin dövrə qədər Azərbaycan zəif inkişaf etmiş, digər ittifaq respublikalarından nəzərəçarpacaq dərəcədə geridə qalan aqrar ölkəsi idi. Ölkənin potensialı haqqında aydın təsəvvürlərə sahib olan Heydər Əliyev ilk olaraq inkişaf strategiyasını müəyyən etmişdir. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə, milli birliyin və inkişafın təmin təmin olunması ilə bağlı unikal baxışlara malik olan Ulu öndər tez bir zamanda Azərbaycanın simasını köklü şəkildə dəyişdirməyi bacardı. Ölkədə sürətlə sənayeləşmə dövrü başladı. İttifaq miqyasında böyük nüfuzu sayəsində ən perspektivli sənaye layihələrinin məhz Azərbaycanda reallaşdırılmasına nail oldu. Onun formalaşdırdığı effektiv dövlət idarəçiliyi sistemi bütün istiqamətlərdə atılan addımların səmərəliliyini təmin etdi. Bu mənada vacib sahələr üzrə yüksək ixtisaslı milli kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirən Heydər Əliyev azərbaycanlı gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almasına imkan yaratmışdır. Sonradan həmin gənclər vətənə dönərək, müxtəlif sahələrin inkişafında ciddi töhfələr vermişdilər. Heydər Əliyevin həmin dövrdə də müəyyənləşdirmiş olduğu unikal inkişaf strategiyası və onun uğurla reallaşdırılması sayəsində artıq iki ildən sonra Azərbaycan özünün inkişaf tempinə görə əksər ittifaq respublikalarını geridə qoydu. Azərbaycanda aqrar sahənin bütün imkanlarında səmərəli istifadə olunaraq, ən yüksək nəticələrə nail olundu. Buna parallel olaraq müxtəlif sənaye obyektlərinin yaradılması ölkənin qısa zaman ərzində inkişafına əlavə sürət qatmış oldu. Azərbaycana rəhbərliyi illərində milli dilin, mədəniyyətin, ümumiyyətlə identikliyin qorunması və inkişaf etdirilməsi istiqamətində atılan təsirli addımlar sistemli xarakter almışdır. Keçmiş SSRİ ölkələri arasında real olaraq sosial dövlət elementlərini formalaşması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əhalinin sosial-iqtisadi rifahinin davamlı olaraq yüksəldilməsi onun diqqət yetirdiyi əsas sahələrdən idi. Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkənin əldə etdiyi yüksək inkişaf nəticələri Heydər Əliyevin böyük dövlət idarəçisi, sınmaz iradə sahibi obrazını daha da möhkəmləndirdi. Bunun əsas göstəricilərindən biri onun 1982-ci ildə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi oldu. Həqiqətən də, keçmiş sovet respublikaıarından olan kadrlardan Heydər Əliyev ən uğurlu siyasi karyera edənlər sırasında ilk yeri tutmuşdur. Moskvada işlədiyi dövrdə də ən məsuliyyətli vəzifələrin öhtəsindən uğurla gələn Heydər Əliyev keçmiş ittifaq səviyyəsində ən bacarıqlı, təcrübəli və harizmatik dövlət xadimi kimi məşhurlaşdı. Təsadüfi deyil ki, bu gün də ümumilikdə keçmiş sovet məkanında Heydər Əliyevi yaxşı xatırlayırlayırlar və etiramla anırlar.

SSRİ-nin süqutu ölkəmizə müstəqillik qazandırsa da, bu müstəqilliyin başlanğıcı olduqca təhlükəli çağırışlarla müşayiət olundu. Ermənistanın ərazilərimizə təcavüzü ilə yanaşı, daxildə hökm sürən siyasi xaos yeni müstəqil olmuş dövlətin gələcəyini qeyri-müəyyən edirdi. Yalnız xalqın çağırışına səs verərək ikinci dəfə ali siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və qətiyyəti sahəsində ölkə tarixin sərt sınağından çıxa bildi. Ulu öndər Heydər Əliyevin obrazı həmin dövrdə ən təsirli birləşdirici amil rolunda çıxış etdi. Xalq onun ətrafında birləşərək dövlətçiliyin möhkəmləndirilməsi, inkişafın təmin edilməsi və ermənilərin təcəvüzlərinə qarşı çıxmaq istiqamətlərində milli birlik və iradə nümayiş etdirdi. Heydər Əliyev müasir Azərbaycan tarixində sayca ikinci inkişaf strategiyasını müəyyənləşdirdi. O, yenə də ölkənin inkişaf prioritetlərini müəyyənləşdirərək, sürətlə onlara çatılması istiqamətində təsirli addımlar atdı. Yenə də qısa zaman kəsiyində Azərbaycanın obrazı tamam yeniləndi. Bütün istiqamətlə resurs potensialı formalaşdırılmağa başlandı. Beynəlxalq siyasi münasibətlər və iqtisadi əməkdaşlıq sistemində ən etibarlı təfəşdaş obrazını formalaşdıran Azərbaycan həm də müasir qarışıq dünyada bir “təhlükəsizlik adası” kimi tanındı. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması və bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı təmin olunmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun müəyyənləşdirdiyi unikal inkişaf strategiyasını müasir dövrün reallıqlarına uyğunlaşdıraraq, dəqiqliklə həyata keçirən Prezident İlham Əliyev Azərbaycan xalqına tarixinin ən böyük qələbə və uğur sevincini yaşatdı. 2020-ci və 2023-cü illərdə Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycan II dünya müharibəsindən sonra ərazi bütövlüyünü effektiv təmin edən ilk ölkə oldu. Bununla da Azərbaycanın obrazı üçüncü dəfə yenilənmış oldu. Bu gün artıq biz tarixi inkişafımızın keyfiyyətcə yeni bir mərhələsində mövcud olmaqdayıq. Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ali siyasi hakimiyyətə gəlməsi xalqımızın gələcək taleyini təyin edən ən əlamətdar tarix oldu.

Elşad Mirbəşir oğlu
YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyul 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see215

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see130

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see126

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see124

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see118

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see118

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see118

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see116

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see116

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see114

İsti havada arıqlamağın yolu

13 İyul 2025 01:01see113

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see113

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see113

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see113

Messi ardıcıl beşinci oyunda dubl etdi

13 İyul 2025 09:49see112

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see112

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see110

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see110

Azərbaycan korifeyi Stalin mükafatı komitəsində

13 İyul 2025 08:16see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri