Icma.az
close
up
RU
“Xalqın etimad göstərdiyi Lider” MÜNASİBƏT BİLDİRDİ

“Xalqın etimad göstərdiyi Lider” MÜNASİBƏT BİLDİRDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2024-cü il Azərbaycanın tarixində əlamətdar hadisələr dövrü kimi yadda qaldı. Ötən ilin əsas siyasi hadisəsi isə fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkiləri oldu. Bu seçki bir daha xalqımızın Prezident İlham Əliyevə olan etimadının, Heydər Əliyev ideyalarına olan inamının təcəssümünə çevrildi. Seçicilərin 92,12 faizi öz səsini cənab İlham Əliyevə verdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Səbinə Salmanova sözlərinə belə davam edib: “Növbədənkənar prezident seçkiləri həm də Prezident İlham Əliyevin fəaliyyətinin möhtəşəm və tarixi uğur hesabatı oldu. Hansı ki, bu hesabatın hər bir səhifəsi qürurverici nailiyyətlərlə zəngindir. Azərbaycana rəhbərlik etdiyi dövrdə İlham Əliyev cənabları respublikamızı hər zaman uğurdan uğura aparıb, bütün sahələrdə inkişafa və yüksəlişə nail olub. Cənab İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsində iqtisadiyyatımızın 3 dəfədən çox artması, Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində aparıcı mövqelər əldə etməsi, beynəlxalq səviyyədə nüfuzunu artırması, regionun nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba daxil olması xalqımızın tarixi nailiyyətləridir.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixinə yazılan ən qürurverici hadisə isə torpaqlarımızın işğaldan azad edilməsidir. Torpaqlarımızı işğaldan azad etməklə, Qarabağda erməni separatçılığına son qoymaqla Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də dövlətimizin ağrılı problemlərini həll etdi, xalqımızın ən böyük arzularını yerinə yetirdi.

Növbədənkənar seçkilərində xalqımız məhz bu uğurlara istinad etdi, İlham Əliyev siyasi kursuna növbəti dəfə etimad göstərdi. Çünki bu siyasi kurs güclü Azərbaycan, qüdrətli dövlətçilik və qalib xalq deməkdir.
Seçkilərdəki qələbədən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev dövlətimizin qarşısında dayanan əsas vəzifələrin nədən ibarət olduğunu diqqətə çatdırdı. Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daha da gücləndirilməsi, sərhədlərimizin etibarlı müdafiəsinin təmin olunması, vətəndaşların sosial rifahının yüksəldilməsi, bərpaolunan enerjiyə keçid, Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi yeni dövr üçün Azərbaycanın prioritetləridir.

Ötən bir ildə respublikamızın əldə etdiyi möhtəşəm nailiyyətlər Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin uğurlara yerinə yetirildiyini göstərir. Bu dövrdə Rusiya sülhməramlılarının ərazilərimizdən çıxması, Qazaxın işğal altında olan 4 kəndinin azad edilməsi, Ermənistanla sərhədlərin delimitasiyasına başlanılması, Bakıda COP29-un keçirilməsi, Azərbaycanın D-8 təşkilatına daxil olması Prezident İlham Əliyevin ötən bir illik fəaliyyətinin mühüm göstəriciləridir.

Bütün bunlar təsdiq edir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə respublikamız bundan sonra da bütün hədəflərinə layiqincə çatacaq. Bu yolda və şərəfli missiyanın həyata keçirilməsində cənab İlham Əliyevə uğurlar arzu edirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Fevral 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri