Icma.az
close
up
RU
Qardaş xalqların mədəni irsi ortaq sərvətə çevrilir

Qardaş xalqların mədəni irsi ortaq sərvətə çevrilir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ötən il Türk Mədəniyyəti və İrsi Fondu üçün də əlamətdar hadisələrlə yadda qalıb. Fond Türk dünyasının tarixi, mədəni-ədəbi irsinin qorunması və beynəlxalq miqyasda tanıdılması istiqamətində sistemli fəaliyyətini davam etdirir.

BTMİF Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis olunub. Mənzil-qərargahı Bakıda yerləşən və Aktotı Raimkulovanın rəhbərlik etdiyi bu beynəlxalq təşkilata Özbəkistan, Türkmənistan və Macarıstan da daxildir. Son 2 il ərzində missiyası çərçivəsində 50-yə qədər kitabın çapını, onlarla beynəlxalq tədbiri, sərgi və konfransları reallaşdırıb.

Ötən dövrdə görülmüş işlər – reallaşdırılmış layihələr və qarşıdakı hədəflər barədə XQ-yə məlumat verən Aktotı Raimkulova dedi:

– Fondumuzun təsis etdiyi 5 yeni kitab seriyası – “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Ədəbi incilər”, “Elmi incilər”, “Tarixi incilər” və “Diplomatik incilər” – Türk dünyasının intellektual və mədəni xəzinəsini vahid konsepsiyada təqdim edir. Bu seriyalar çərçivəsində dünyaşöhrətli siyasətçi Heydər Əliyev və onun mədəni irsə qayğısı haqqında nəşr, Məhəmməd Füzuli, Mir Cəlal, Mahmud Kaşğari, Abay Kunanbayev, Bəxtiyar Vahabzadə və digər klassiklərin irsi müxtəlif dillərdə çap olunaraq beynəlxalq oxucuya təqdim edilib.

Xüsusilə “Divanü lüğat-it-türk”ün 950 illiyi, Birinci Türkoloji Qurultayın 100 illiyi, Füzulinin 530, Bəxtiyar Vahabzadənin 100 illik yubileyləri Fondun fəaliyyətində mühüm ideoloji və elmi xətt təşkil edib. Bu yubileylər UNESCO və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində yüksək səviyyədə qeyd olunub. Eyni zamanda, uşaqlar üçün nəzərdə tutulmuş “Uşaqların Nizami Gəncəvi Dünyası”, “Türk dünyasının göy qurşağı” (türk xalq nağılları), “Mənim adım Kojadır” və digər nəşrlər də hazırlanır.

Onu da xüsusi vurğulayım ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər təsisçi dövlət rəhbərlərinin tapşırıq və göstərişləri ilə türk dövlətlərində reallaşan layihələr, düzənlənən elmi-ədəbi və tarixi məclislər türk irsi xəzinələrinin daha sanballı təşkilinə vəsilə olur. Misal üçün deyim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, fond Nizami Cəfərov, Mahirə Hüseynova və Aysel Qəriblinin müəllifi olduqları “Birinci Türkoloji Qurultay” kitabını Azərbaycan, qazax və rus dillərində nəşrə hazırlayıb.

Ötən il Bakı Musiqi Akademiyası ilə birgə “Türk ölkələrinin milli musiqi alətləri” atlası nəşr edilib. Digər mühüm layihə Azərbaycan Memarlar İttifaqı ilə birlikdə hazırlanmış və UNESCO-nun Mənzil-qərargahında təqdim edilmiş “Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçivani – 900” kitabıdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına uyğun olaraq, görkəmli qazax şairi, mütəfəkkiri və maarifçisi Abay Kunanbayevin 180 illiyi beynəlxalq səviyyədə qeyd edilib.

Fondumuzun irimiqyaslı təşəbbüslərindən biri olan “Türk folklor irsi” antalogiyası dünya elmi praktikasında ilk dəfə türk xalqlarının şifahi irs xəzinəsini vahid akademik korpusda və çoxdilli nəşrlər olaraq birləşdirir. Ötən 3 il ərzində 21 cildinin çapı planlaşdırılan bu layihə türk dünyasının dastan, mif və əfsanələrini həm çap, həm də rəqəmsal formatda gələcək nəsillərə ötürməyi hədəfləyir. Birinci mərhələdə, Türk dünyasının qəhrəmanlıq dastanlarına həsr olunmuş ilk cildin 5 kitabı artıq işıq üzü görüb.

Bununla yanaşı, “Türk dünyasının mədəni kodu” adlı ilk çoxdilli kataloq türk xalqlarının maddi və qeyri-maddi irs nümunələrini populyar-elmi dildə geniş auditoriyaya çatdırır. Kataloqda 7 ölkənin hər birindən 10 maddi və qeyri-maddi mədəni irs nümunəsi olmaqla, ümumilikdə 70 unikal abidə və ənənə təqdim olunur. Bu nümunələr türk dünyasının mənəvi birliyini və tarixi-coğrafi quruluşlarının yollarının kəsişməsində formalaşmış mədəni müxtəlifliyini əks etdirir.

Fondumuz qardaş millətlərimizin ədəbi-mədəni irsinə aid elmi məclislərin əhəmiyyətini nəzərə alaraq, Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” adlı konfransın materiallarını da ayrıca kitab şəklində nəşr edib.

Türk dünyasının diplomatik irsinə də xüsusi önəm veririk. Tanınmış Azərbaycan diplomatı və dövlət xadimi Hafiz Paşayevin “Bir səfirin manifesti” əsəri qazax dilinə tərcümə olunub. Bundan əlavə, görkəmli dövlət xadimi Həsən Həsənovun “Azərbaycan və macar xalqlarının etnik kökləri” kitabı nəşrə hazırlanıb, tarixçi Fəxri Valehoğlunun “Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922)” elmi araşdırması çap edilib.

Beynəlxalq təşkilatın bütün nəşrləri təqdimat mərasimləri, dəyirmi masalar və elmi konfranslarla müşayiət olunur, seçilmiş parçalar əsasında bədii və ədəbi çıxışlar təşkil edilir. Nəşr olunmuş kitablar bir qayda olaraq türk ölkələrinin milli kitabxanalarına hədiyyə edilir. Bununla da ortaq türk irsinin tanıdılmasına, beynəlxalq səviyyəli maarifçiliyin artırılmasına və geniş auditoriyanın bu mədəni irsə çıxışının təmin edilməsinə töhfə verilir.

Fond mədəni diplomatiyanı yalnız nəşrlərlə deyil, media və vizual layihələr vasitəsilə də gücləndirir. “Turk discovery” platformasında hazırlanan “Əbədiyyətin nişanələri, Türk dünyası rəmzlərdə” sənədli seriyası petroqliflərdən runik yazılara qədər türk irsinin arxaik kodlarını vizual yaddaşa çevirir.

UNESCO strukturları, ICHCAP, AMEA, TÜRKSOY və üzv dövlətlərin mədəniyyət qurumları ilə əməkdaşlıq bağları fondun fəaliyyətini qlobal miqyasda möhkəmləndirir. Bu baxımdan ötən il dekabrın sonunda Seulda “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş beynəlxalq konfrans çərçivəsində imzalanmış Anlaşma Memorandumu Türk dünyasının qeyri-maddi irsinin Asiya–Sakit Okean regionunda tanıdılmasına yeni imkanlar açır.

Nəticə etibarilə, Türk Mədəniyyəti və İrsi Fondu son illər yalnız kitab nəşr edən qurum deyil, ortaq türk yaddaşını sistemləşdirən, onu beynəlxalq elmi və mədəni ünsiyyət prosesinə daxil edən strateji mərkəz kimi çıxış edir.

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri