Icma.az
close
up
RU
Xamenei xəstə bir adamdır, İrana yeni rəhbərlik lazımdır

Xamenei xəstə bir adamdır, İrana yeni rəhbərlik lazımdır

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp İrandakı etirazlar zamanı baş verən itkilərə görə onu günahlandıran Ayətullah Əli Xameneiyə kəskin etiraz edib. Tramp Xameneini hədəf alaraq bildirib ki, İranın artıq "yeni bir liderliyə" ehtiyacı var.

Milli.Az xəbər verir ki, "Politico" nəşrinə müsahibə verən Tramp Xameneinin ittihamlarını rədd edərək onun haqqında ağır ifadələr işlədib.

Tramp bildirib ki, ölkədəki zorakılığın əsl səbəbkarı Xameneinin özüdür.

"Xamenei xəstə bir adamdır. O, ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. İran pis rəhbərlik ucbatından dünyanın yaşamaq üçün ən pis ölkələrindən birinə çevrilib", - deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp İran rəhbərliyini ölkəni dağıtmaqda ittiham edib. O, qeyd edib ki, bir ölkə lideri olaraq Xamenei "əvvəllər görünməmiş səviyyədə zorakılıq tətbiq etməkdə" günahkardır.

Bu qarşılıqlı söz savaşı Xameneinin bir neçə saat əvvəl etdiyi çıxışdan sonra başlayıb. Xamenei etirazlarda minlərlə insanın öldüyünü etiraf etsə də, buna görə birbaşa ABŞ və İsraili, xüsusən də Donald Trampı günahlandırmışdı.

Trampın çıxışında ən diqqət çəkən məqam İranın mövcud idarəetmə sisteminin dəyişməli olduğunu bildirməsidir. O, liderliyin qorxu və ölüm yox, hörmət üzərində qurulmalı olduğunu qeyd edib.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Yanvar 2026 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri