Icma.az
close
up
RU
Xamenein yeni təyinatları qüvvələr balansını dəyişib

Xamenein yeni təyinatları qüvvələr balansını dəyişib

Icma.az, Modern.az saytına istinadən bildirir.

İranın Ali Lideri Müctəba Xamenein yeni təyinatları hakim elita daxilində qüvvələr balansını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hərbi təyinatlar gözlənilən idi. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı vəzifəsinə təyin olunan general Vahidi faktiki olaraq uzun müddətdir ki, bu quruma rəhbərlik edirdi və onun təyinatı sadəcə formal xarakter daşıyırdı. Eyni vəziyyət Müctəbanın son günlər təyin etdiyi digər hərbi rəhbərlərə də aiddir.

Lakin iki şəxsin təyin edilməsi rejimin rəhbərliyində qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişib: Möhsin Rezainin Milli Təhlükəsizlik Ali Şurasının katibi, Hüseyn Taebin isə “Bəsic” təşkilatının rəhbəri təyin olunması.

Bu təyinatlar niyə bu qədər vacibdir? Gəlin ardıcıllıqla nəzərdən keçirək.

1. Möhsin Rezainin təyinatı

Əli Laricani aradan götürüldükdən sonra danışıqlar aparan şəxs və faktiki olaraq rejimin əsas qərarlarının qəbulunda ikinci şəxs rolunu parlamentin spikeri Baqir Qalibaf oynayırdı. Lakin Mohsin Rezainin Təhlükəsizlik Şurasının katibi təyin edilməsi faktiki olaraq Qalibafın roluna kölgə salır.

Müctəba və ya onun ətrafı Təhlükəsizlik Şurasına özünə sadiq şəxsi təyin etməklə rejimin ən mühüm qərarlarının qəbul edildiyi qurumda Qalibafın mövqelərini zəiflədib. Burada danışıqlardan və müharibədən tutmuş, öz xalqına qarşı repressiyalara qədər bir çox mühüm məsələlər müzakirə olunur.

2. Hüseyn Taebin təyinatı

Hüseyn Taebin “Bəsic”in rəhbəri təyin edilməsi rejimin mümkün xalq üsyanından qorxduğunu göstərir. “Bəsic”in əsas vəzifələrindən biri etirazların yatırılmasıdır. Bu struktur rejim tərəfindən dəfələrlə etirazçıların sərt şəkildə dağıdılması üçün istifadə olunub.

Hüseyn Taeb Müctəba Xameneinin ən yaxın tərəfdarlarından biridir. Taeb Müctəba Xamenei ilə İran-İraq müharibəsi zamanı tanış olub. Müharibədən sonra Taeb İran Kəşfiyyat Nazirliyində çalışıb, lakin keçmiş prezident Rəfsəncani ilə bağlı işlər ətrafında yaranan qalmaqallardan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Bundan sonra Müctəba Xamenei onu Ali Rəhbərin ofisində işə cəlb edib. Taeb burada ali rəhbərin ofisinin xüsusi kəşfiyyat xidmətinə rəhbərlik edib. Daha sonra Taeb SEPAH-ın kəşfiyyat xidmətinin rəhbəri təyin olunub və təxminən 12 il bu vəzifədə çalışıb.

Bu iki təyinat göstərir ki, Müctəba Xamenei və ya ali rəhbərin ofisindəki rəhbərlik öz adamlarını əsas vəzifələrə yerləşdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2026 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri