Icma.az
close
up
RU
Xameneinin canı Fordo şüşə sində

Xameneinin canı Fordo şüşə sində

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Bu gün İsrail-İran münaqişəsinin bir həftəsi tamam oldu. Bu gün üçün hansı nəticələr var?

İranın nüvə proqramının məhv edilməsi İsrailin əsas hədəfidir. Rəsmi Tel-Avivin mövqeyi odur ki, Tehran nüvə silahı əldə etdikdən sonra onu öz terrorçu proksi qüvvələrinə ötürəcək. Bu halda isə İsrailin sağ qalması böyük sual altına düşür.

Çünki İran İslam Respublikası İsraili uzun illərdir açıq şəkildə "qeyri-legitim sionist rejim" adlandırır və "İslam düşməni" kimi təqdim edir.

İran konstitusiyasının 152-ci maddəsində isə deyilir ki, İran İslam Respublikası bütün məzlumların hüquqlarını müdafiə edir və hegemon güclərə qarşı dayanır.

Hegemon güclər isə "Böyük Şeytan" ABŞ və "Kiçik Şeytan" İsraildir.

Bura qədər hər şey aydındır. İranın əsas siyasi və hərbi məqsədi İsrailin və ABŞ məhvidir.

İsraili indi hücuma məcbur edən məqam nə idi?

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) verdiyi məlumata görə, İranın hazırda 60% zənginləşdirilmiş (U-235 izotopu) 400 kiloqramdan çox uranı var.

Bu uran 90%-ə qədər zənginləşdirilərsə, 9 nüvə başlığı hazırlamaq üçün bəs edir.

Bundan əvvəl isə MAQATE İranın nüvə obyektlərində 83.7%-ə qədər zənginləşdirilmiş uran hissəcikləri aşkarlamışdı.

Aydın məsələdir ki, İsrail ancaq BAEA-nın məlumatına güvənmir. Burada onun və müttəfiqlərinin kəşfiyyat məlumatları da olduqca önəmli rol oynayır. Görünür həyəcan siqnalı verilib ki, İsrail İranın əsas nüvə obyektlərinin, həmçinin nüvə alimlərinin ovuna çıxdı. İlk gündən SEPAH-ın əsas simaları da aradan götürüldü, HHM-lər məhv olundu, İsrail təyyarələri İran səmasını tam nəzarətə aldı.

Əsas hədəflər: Natanz və Fordo (uran zənginləşdirmə zavodları), İsfahan (tədqiqat reaktoru) və sentrifuqa istehsalı zavodları.

İsrailin Natanz nüvə obyektinə hücumu uğurlu nəticə verdi. 20 metr dərinlikdə yerləşən obyektdə "Financial Times" verdiyi məlumata görə 16 min sentrifuqa yerləşdirilmişdi.

İndi sual yaranır ki, bomba, raket başa düşdük, bu sentrifuqalar nəyə lazımdır?

Uran təbiətdə əsasən U-238 formasında olur, amma nüvə reaktorları və bombaları üçün lazım olan izotop U-235-dir. İzotopun faizini artırmaqla, yəni "zənginləşdirməklə" ondan dağıdıcı silah əldə etmək mümkündür. Zənginləşdirmək üçün ən çox istifadə edilən üsul isə sentrifuqa texnologiyasıdır.

İsrailin əsas hədəfi isə 100 metr dərinlikdə yerləşən Fordo nüvə zavodudur. Bu xüsusi obyekt barəsində məlumata hələ 2009-cu ildə mətbuatda rast gəlmək mümkündür. 2020-ci ildə isə Fordonun peyk vasitəsi ilə çəkilmiş fotoları "Associated Press" xəbər agentliyi tərəfindən yayıldı, lakin İran sözügedən obyektin inşasını inkar etdi.

Yeri gəlmişkən nüvə mütəxəssisləri düşünürlər ki, İran zənginləşdirilmiş uranı məhz burada saxlayır. Qayalıqda və yerin altında inşa olunan Fordoya hücum isə bu an üçün İsrail üçün çətinliklər yaradır.

İsrailin bu hədəfi vuracaq ağır bombaları daşıyacaq təyyarəsi yoxdur. Bu hücumu yalnız ABŞ həyata keçirə bilər. Lakin ABŞ hakimiyyəti əvvəl 24-48 saat vaxt istəsə də, indi düşünmək üçün iki həftə möhlət istəyib.

Buna baxmayaraq ABŞ Yaxın Şərqdəki hərbçilərini yüksək hazırlıq vəziyyətinə gətirib. Münaqişənin ilk günlərində isə ABŞ dronlara qarşı mübarizə sistemlərinin bir hissəsini Ukraynadan Yaxın Şərqə təcili qaydada köçürtdü. Bu barədə Pentaqonun rəhbəri Pit Heqset ictimaiyyətə məlumat verdi.

Onu da qeyd etmək vacibdir ki, ABŞ İsrail üçün kəşfiyyat məlumatlarının əldə edilməsində böyük rol oynayır. Qalır bir dənə Fordonu bombalamaq.

Trampın qərar verə bilməməsi isə onunla əlaqələndirilir ki, Tramp hakimiyyətə gəlmək üçün verdiyi əsas vəd Rusiya-Ukrayna müharibəsinə tezliklə son qoyması, həmçinin sıravi amerikalıların vergisinin müharibələrə deyil, ABŞ-nin daxili problemlərinə xərclənməsi idi. Bu gün isə nəinki Rusiya-Ukrayna müharibəsi bitməyib, hələ ikincisi də alovlanmaq üzərindədir.

İsrailin mütləq qalibiyyəti isə yalnız Fordo məhv olunandan sonra baş tutacaq. Həm də Xameneinin hakimiyyəti, bəlkə də həyatı bununla bitəcək. Necə deyərlər, divin canı şüşədə, Xameneinin canı Fordodadır.

İsrailin Xameneinin gizləndiyi təxmin olunan bunkerlərə mütəmadi bombalar atması da diqqətdən yayınmır.

İsrail paralel olaraq İranın raket atan qurğularını, raket istehsal edən zavodlarını məhv edir. Kəşfiyyat materialına görə İranın hazırda 1200 raketi qalıb. Onların 20% işlək deyil, yerdə qalanlarından istifadə etmək üçünsə atıcı qurğusu məhdud saydadır. İran tərəfi İsrailə raket atan kimi İsrail HHQ həmin qurğunu məhv edir.

Bu da öz növbəsində hər keçən gecə İranın daha az raket hücumu həyata keçirməsinə gətirib çıxarır.

İsrailin bir həftə ərzində əldə etdiyi nəticə: İranın nüvə və raket infrastrukturuna ciddi zərər vurulub. İranın hərbi əməliyyat qabiliyyəti zəifləyib. Hakimiyyətdə xaos və vakuum hökm sürür. Xamenei xilas olmaq üçün bunkerdə gizlənib.

Amma əsas hədəf - Fordo hələ əldə olunmayıb.

Lakin İsrailin həftələrlə ABŞ-ın qərarını gözləmək niyyəti olmaması da göz qabağındadır. Bu barədə Benyamin Netanyahu və İsrailin Vaşinqtondakı səfiri Yexiel Leyter son müsahibələrində eyham vurublar. Onlar ən pis halda xüsusi təyinatlıların gücündən istifadə edəcəklərini bildiriblər.

Bu halda isə artıq Tramp "Biz artıq İran üzərindəki hava məkanına tam və mütləq nəzarəti ələ keçirmişik" deyə bilməyəcək. Çünki tam nəzarət İsrailin əlində olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyun 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri