Xameneinin oğlu lider seçilir Trampdan inanılmaz reaksiya
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməliyəm.
Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın ali liderinin seçimləri ilə bağlı “Axios”a müsahibəsində deyib.
Tramp İranın öldürülmüş ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ən çox ehtimal olunan varis olduğunu etiraf edib, lakin belə bir nəticənin qəbuledilməz olduğunu bildirib:
“Onlar vaxtlarını boşa sərf edirlər. Xameneinin oğlu yüngül çəkilidir. Mən bu təyinatda iştirak etməliyəm, Venesuelada Delsi (Rodriges) ilə olduğum kimi”.
O əlavə edib ki, Xameneinin siyasətini davam etdirəcək yeni İran liderini qəbul etməyəcək, çünki bu, ABŞ-ı beş ildən sonra müharibəyə qayıtmağa məcbur edəcək:
“Xameneinin oğlu mənim üçün qəbuledilməzdir. Biz İrana harmoniya və sülh gətirəcək birini istəyirik”.
Qeyd edək ki, Müctəba Xameneinin yeni ali lider seçildiyi haqda məlumat yayılmışdı. Lakin İran rəsmi mediası seçkilərin davam etdiyini və hələ ali liderin seçilmədiyini açıqladı.
Ötən gün ali liderin “seçilmək üzrə” olduğu bildirilsə də, hələ də qərar elan edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 Mart 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















