Xanım sərnişindən kəmər taxmağı tələb edən TAKSİ SÜRÜCÜSÜ DÖYÜLDÜ VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Taksi sürücüsü qadın müştərinin əri tərəfindən döyülüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyada baş verib. Məlumata görə, Nevinnomıssk şəhərində (Stavropol diyarı) taksi sürücüsü sifariş qəbul edərək bir qadın və uşağı sərnişin kimi götürüb. Sürücü qadın müştəridən təhlükəsizlik kəmərini taxmağı istəyib, lakin qadın imtina edib və aralarında mübahisə yaşanıb. Ardınca qadın ərinə zəng edərək başına gələnləri danışıb. Kişi xanımını müdafiə etmək üçün avtomobilinə minərək taksinin olduğu yerə gəlib.
Hadisə ilə bağlı görüntülər ərazidə yerləşən təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda şəxsin ağ rəngli minik avtomobilinin qapısını açaraq sürücüyə hücum etdiyi əks olunub.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb,
Avtomobilə də ziyan dəyib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları müəyyənləşdirir.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 31 Yanvar 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















