Icma.az
close
up
RU
Xanım təndir ustasının qızıl tərzi, Avropaya ixrac olunan məhsullar Naxçıvandan REPORTAJ

Xanım təndir ustasının qızıl tərzi, Avropaya ixrac olunan məhsullar Naxçıvandan REPORTAJ

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında (MR) da təndir sənətkarlığı və çörəkbişirmə ənənəsi həssaslıqla qorunur.

Çörəkbişirmə sahəsində də müasir texnoloji nailiyyətlərin tətbiq olunmasına baxmayaraq, çörəkbişirmədə mövcud olan ənənəvi üsullara tələbat qətiyyən azalmır.

Qədim tarixə malik təndir sənətkarlığı və çörəkbişirmə ənənəsi Naxçıvanda da geniş yayılıb. Muxtar respublikanın ayrı-ayrı bölgələrində təndirsalma və çörəkbişirmə ənənələri indi də diqqətlə qorunaraq davam etdirilir.

Azərbaycan xalqının rasionunda xüsusi yer tutan və bərəkət rəmzi sayılan çörəyin keyfiyyətli bişirilməsində təndirlərin zəruri tələblərə cavab verməsi mühüm şərtdir. O baxımdan, Naxçıvanda da təndir ustaları həmişə sayılıb-seçilən peşə sahiblərindən olub.

Bu çətin və maraqlı sənəti yaşadanlardan biri olan Culfa rayonunun Yayıcı kənd sakini Sevda Kərimova "Report"un yerli bürosunun əməkdaşı ilə söhbətdə artıq 10 ildir təndir işi ilə məşğul olduğunu deyib:

“Müxtəlif ölçülərdə təndir düzəldirəm. Təndirlərin ölçüsündən asılı olaraq onların satış qiyməti 50-80 manat arasında dəyişir. Düzəltdiyim təndirlərə Naxçıvanın bütün bölgələrində tələbat var. Sifariş verirlər, biz də düzəldib göndəririk. Anam da vaxtilə təndirqoyan olub, bu işi ondan görüb-götürmüşəm”.

Xanım sənətkarın sözlərinə görə, təndirin keyfiyyətli alınması üçün onun düzəldilməsinə uyğun hava şəraitində başlamaq lazımdır:

“Havanın nə isti, nə də soyuq olmasına diqqət edilməlidir. Ona görə də əsasən yaz və payız aylarında iş daha çox olur. Təndirin düzəldilməsi üçün xüsusi torpaqdan istifadə edilir. Torpağı gətirib isladır, qəzilləyir, sonra da ayaqlayıb badlar hörürük. Gündə bir bad hörürük. İsti havalarda bəzən bir günə iki bad hörə bilirik.

Hazır təndiri ilk dəfə gərmə ilə qalayıb ağardanda gözəl olur. Çünki gərmə vam yanır. Odunla qalansa, vurub təndiri partladar. Bu səbəbdən təndiri ilk dəfə gərmə ilə qalayıb ağartmaq lazımdır. Sonra kim nə ilə istəsə, qalaya bilər”.

Yayıcı kəndinin digər sakini, 15 ildir təndir düzəldən Məhəmməd İmanov öz işindən zövq alan sənətkarlardandır. Azərbaycanın bölgələrindən başqa, Ukrayna, Rusiya, hətta Finlandiyaya təndir göndərən usta deyir ki, çətin olsa da, çox maraqlı işdir: “Biləndə ki, sənin düzəltdiyin təndirdə dadlı-tamlı nemətlər bişirilir, adam daha da həvəslənir”.

Xatırladaq ki, Paraqvayın paytaxtı Asunson şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” üsulu UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. /Report/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri