Icma.az
close
up
RU
Xankədidə Zirvə: “Azərbaycan siyasətinin canlı nümunəsi”

Xankədidə Zirvə: “Azərbaycan siyasətinin canlı nümunəsi”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilir.

Görüşdə regional ticarət, enerji, nəqliyyat, dayanıqlı inkişaf, sosial inklüzivlik kimi məsələlər müzakirə olunacaq. Hazırda mənzil-qərargahı Tehranda yerləşən İƏT-in 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib. İƏT-in növbəti Zirvə görüşünün Xankədidə keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Millət vəkili Şahin Seyidzadə “Cebheinfo.az”-a bildirib ki, 2025-ci ilin mühüm beynəlxalq hadisələrindən biri kimi tarixə düşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü Azərbaycanın Xankəndi şəhərində keçirilir və bu mühüm tədbir həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan dərin məna daşıyır:

“Zirvə görüşünün Xankəndi şəhərində təşkil olunması təkcə Azərbaycan üçün deyil, bütün region üçün strateji əhəmiyyət kəsb edir. Bu hadisə, regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılmış mühüm bir addım olmaqla yanaşı, Azərbaycanın suveren ərazilərində beynəlxalq nüfuzunun və diplomatik gücünün növbəti göstəricisidir.

Xankəndi şəhərinin bu cür yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Qələbədən sonra bölgədə formalaşdırdığı yeni reallıqların bariz nümunəsidir.

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində həyata keçirilən sürətli bərpa və yenidənqurma işləri nəticəsində bu şəhər artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib. Bu isə Azərbaycanın öz suverenliyini tam bərpa etdikdən sonra bölgədə sülh, inkişaf və beynəlxalq əməkdaşlığa əsaslanan yeni düzəni təşviq etdiyinin sübutudur”.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın xarici siyasətində mühüm yer tutur:

“Üzv ölkələrlə olan əlaqələr, xüsusən iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.

Təşkilat çərçivəsində əməkdaşlıq Azərbaycanın tranzit-logistika potensialının reallaşdırılmasında, investisiya və enerji sahələrində qarşılıqlı faydalı münasibətlərin qurulmasında mühüm rol oynayır.

Hazırkı Zirvə görüşünün əsas mövzusu olan “dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulması” Azərbaycanın strateji baxışları ilə üst-üstə düşür.

Azərbaycan uzun illərdir ki, “yaşıl enerji”, davamlı iqtisadiyyat və regional inteqrasiya kimi sahələrə xüsusi diqqət yetirir. Bu istiqamətlərdə əldə edilən nailiyyətlər İƏT ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Xankəndi şəhərində keçirilən İƏT Zirvə görüşü təşkilata üzv dövlətlər arasında iqtisadi və siyasi əlaqələrin dərinləşməsi üçün əlverişli platformadır. Bu tədbir təkcə iqtisadi deyil, həm də strateji əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

Təşkilata üzv ölkələrin liderlərinin bir araya gəlməsi və birgə qərarlar qəbul etməsi regional həmrəyliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir”.

Millət vəkili qeyd edir ki, Xankəndi şəhərində İƏT Zirvə görüşünün keçirilməsi beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verir:

“Əvvəla, bu, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdiyini və artıq bu bölgələrin beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini göstərir. Eyni zamanda bu, regionda yeni geosiyasi düzənin - sülh, əməkdaşlıq və inkişaf əsasında formalaşan yeni mərhələnin təntənəsidir.

Bu tədbir həm də onu nümayiş etdirir ki, Azərbaycan yalnız regional deyil, qlobal siyasətdə də fəal iştirak edən, təşəbbüskar və məsuliyyətli bir tərəfdaşdır. Xankəndi şəhərində keçirilən Zirvə görüşü, həm də beynəlxalq birlik üçün Azərbaycanın sülh quruculuğu və inteqrasiya siyasətinin canlı nümunəsidir. 

İƏT-in Xankəndi şəhərindəki Zirvə görüşü bir daha göstərir ki, Azərbaycan təkcə öz milli maraqlarını təmin etməklə kifayətlənmir, eyni zamanda regionun ümumi rifahı, dayanıqlı inkişafı və strateji əməkdaşlığı naminə fəal və konstruktiv siyasət yürüdür.

Xankəndi şəhərinin belə mötəbər tədbirə ev sahibliyi etməsi həm də Azərbaycan xalqının iradəsinin, dövlətin qətiyyətinin və beynəlxalq etimadın parlaq göstəricisidir. Bu sammit, eyni zamanda regionda yeni reallıqların qəbul olunduğunu və beynəlxalq birlik tərəfindən tanındığını da sübut edir.

Xankəndi yalnız Azərbaycanın bir şəhəri deyil, bu şəhər yeni dövrün, yeni inkişaf mərhələsinin simvoluna çevrilir. Azərbaycanın təşəbbüsləri və liderliyi ilə keçirilən İƏT Zirvə görüşü isə bir daha sübut edir ki, regiondan dünyaya yönələn mesaj aydındır: sülh, tərəqqi və əməkdaşlıq Azərbaycanın milli və beynəlxalq gündəminin əsas prioritetlərindəndir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Xankədi Zirvə görüşü Şahin Seyidzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri