Icma.az
close
up
RU
Xankəndi Avropa şəhəri ilə qardaşlaşır Sərmayəçilər Qarabağa dəvət edildi

Xankəndi Avropa şəhəri ilə qardaşlaşır Sərmayəçilər Qarabağa dəvət edildi

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.

Turkustan.az xəbər verir ki, 14 avqustda Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin Maramureş vilayətinin paytaxt şəhəri Baia Marenin meri İoan Doru Denkuş ilə görüşü keçirilib.

Görüşdə Baia Mare və Xankəndi şəhərləri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və digər qarşılıqlı fayda doğuran məsələlər müzakirə mövzusu olub.

Baia Marenin meri İoan Doru Dencuş Azərbaycan, o cümlədən Qarabağ bölgəsi ilə əlaqələrin inkişafı üçün konkret istiqamətlərin müəyyənləşdirilməsini, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasını və qarşılıqlı investisiya imkanlarının dəyərləndirməsini təklif edib. O, Qarabağ regionu ilə həmçinin mədəni, humanitar və idman sahələrində əməkdaşlığa maraqlı olduqlarını bildirib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşı tərəfə dəvətə görə təşəkkürünü bildirərək, Xankəndi şəhərinin coğrafi yerləşməsi, füsunkar təbiəti və zəngin irsi baxımından Baia Mare şəhərinə oxşarlıqlarından söz açıb. O, həmçinin Azərbaycanın Qarabağ regionunun paytaxtı olaraq aparıcı rolunu vurğulayaraq, Xankəndi şəhərinin 270 illik zəngin tarixə malik olduğunu, 30 ildən artıq Ermənistan tərəfindən işğalda saxlanıldığını və Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində 2023-cü ilin sentyabr ayında azad olunduğu qarşı tərəfə çatdırıb. Bunda əlavə, Elçin Yusubov Qarabağda həyata keçirilən iri miqyaslı tikinti, quruculuq və infrastruktur lahiyələri barədə söz açaraq, xarici investorlar üçün bölgədə yaradılan geniş imkanlardan danışıb. “Qarabağda həyata keçirilən miqyaslı layihələr uzunmüddətli strateji baxımından bütün region ölkələri, o cümlədən Avropa ölkələri üçün fayda daşıyır”- deyə, o qeyd edib.

Bundan əlavə, E.Yusubov Rumıniya tərəfini Azərbaycana, xüsusən Qarabağa rəsmi səfərə dəvət edib.

Görüşdə tərəflər Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə razılığa gəliblər.

14 avqustda Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniyanın Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafı, xüsusən Qarabağ və Maramureş regionları arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması müzakirə mövzusu olub.

Görüş zamanı Azərbaycan tərəfi Rumıniyanın Maramureş regionu ilə əməkdaşlığa açıq olduğunu bildirərək, iqtisadi və investisiya sahələrini dəyərləndirmək məqsədilə, əlaqələrin inkişafı məqsədilə Maramureş regionunun rəhbəri Qabriel-Valer Zateanı Qarabağa rəsmi səfərə dəvət edib. Səfər çərçivəsində Qarabağda və Maramureşdə qarşılıqlı regionların günlərinin keçirilməsi, iki regionun iş adamlarının iştirakı ilə biznes forumun təşkili müzakirə olunub.

Rumıniyanın Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea dəvəti qəbul edərək, regional səviyyədə əməkdaşlığın inkişafının iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. O, rəhbərlik etdiyi regionda həyata keçirilən layihələrdə Azərbaycan sərmayəçilərinin iştirakına böyük maraq göstərdiyini qeyd edib.

E.Yusubov öz növbəsində Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığın, xüsusən strateji tərəfdaşlıq ələqələri olan Rumıniya ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağın 30 ildən artıq davam edən işğaldan azad olunmasını və regionda dayanıqlı sülh və sabitlik mühitinin bərqərar olmasını tarixi nailiyyət kimi qiymətləndirib. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Avqust 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri