Icma.az
close
up
RU
“Xankəndi” elitanı hədəfləyib: “II Liqada vaxt itirmək fikrimiz yoxdur”

“Xankəndi” elitanı hədəfləyib: “II Liqada vaxt itirmək fikrimiz yoxdur”

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Komanda olaraq qarşımıza çempion olmaq və əsasən də I Liqaya vəsiqə qazanmaq hədəfini qoymuşuq. Ona görə də komandamız hər bir oyuna ciddi yanaşır. Oyun planında da 90 dəqiqə topa hakim olan, üstün oynayan, pressinq edən bir komanda görəcəksiniz”.

İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında “Xankəndi”nin meneceri Rəşad Babayev deyib.

O, mövsümöncəsi hazırlıq planlarından da danışıb: “Hazırlıqlara iyul ayının ortalarında başlamışıq. Məşqlərimiz əsasən Bakı və Abşeronda keçib. Həm fiziki, həm də oyun planında taktiki məşqlərimiz davam edir. Bir neçə dəfə qumda fiziki-gimnastik məşqlərimiz də olub. Komandanı arzuladığımız formada komplektləşdirmək üçün bütün mümkün imkanları səfərbər etmişik. Təklif olunan bəzi yeni futbolçuları baxışdan keçirmişik. Kluba təcrübəli yeni futbolçular cəlb etmişik”.

Klub rəsmisi hazırlıq prosesində yoldaşlıq oyunlarından da söz açıb: “Ən son elitadan I Liqaya düşən “Səbail” ilə hazırlıq oyunumuz oldu. Çox maraqlı qarşılaşma alındı. Klubumuzun potensialını dəqiqləşdirmək baxımından əhəmiyyətli oyun idi. “Dinamo” və “Baku Sportinq” klubları ilə danışmışıq, onlarla oynamağı planlaşdırırıq. Hazırda bütün mövqelərdə bir-birini yüksək səviyyədə əvəz edə biləcək futbolçularımız var. Lakin biz də anlayırıq ki, futbol əsas etibarilə qol vurmaq üçün oynanan idman növüdür. Davamlı olaraq qol vurmaq isə istedadlı hücumçunun işidir. Bu mənada hazırda gücləndirilməsi zəruri olan mövqe hücum xəttdir. Bu məsələni də böyük ölçüdə həll etmişik, amma hər tur əlinə düşən qol imkanlarını qola çevirən yaxşı hücumçuya indi hər kəsin ehtiyacı var. Əsas diqqət edilən məqam dözümlülük və 90 dəqiqə üstün oynamağa dayana biləcək gücə sahib olmaqdır. Oyundan fiziki və mental olaraq düşməmək futbolçularımızdan ən çox tələb etdiyimiz elementdir”.

Babayev açıq şəkildə çempionluq istədiklərini bildirib: “Təvazökarlıqdan uzaq olsa da və başqalarının haqqına girmədən deyim ki, “Xankəndi” FK olaraq bizim İkinci Liqada vaxt itirmək niyyətimiz yoxdur. Heyətimizi kifayət qədər təcrübəli və istedadlı futbolçularla ona görə komplektləşdirmişik ki, əgər hər hansı fors-major hal olmasa, İkinci Liqa çempionu olub, birbaşa Birinci Liqaya yüksələk. Komanda qarşısında qoyduğumuz hədəf budur. Baş məşqçimiz İbrahim Uzunca və köməkçi məşqçimiz Ceyhun Cavadov da bütün plan-proqramı bu istiqamətdə qurublar. Amma əlbəttə, bu, futboldur, uzun bir marafona çıxırıq, debüt ilimizdir, hər şey mümkündür. Çünki komandamızın potensialını yüksək qiymətləndirirəm. Uşaqlar həm təcrübəlidirlər, həm də istedadlıdırlar. Hansı komandanı təmsil etdiklərinin, hansı klubun formasını daşıdıqlarının məsuliyyətini dərk edirlər. Doğma Xankəndini peşəkar liqada təmsil etmək əlavə bir motivasiya, eyni zamanda qürurdur. Biz inanırıq ki, uzun illərdən sonra Xankəndiyə milli futbol məhz “Xankəndi” FK ilə qayıdacaq”.

Rəşad bəy II Liqadakı rəqabətə də münasibət bildirib: “II Liqada güclü və maraqlı kollektivlər var. Hər birinə sayğı duyur və uğurlar arzu edirik. İnanıram ki, çox gərgin, həyəcanlı, maraqlı və rəngarəng bir yarış olacaq. Bizim kimi debüt edən klublar da var, fürsətdən istifadə edib onları da təbrik edirik. Amma bütün bunlara baxmayaraq, deyim ki, bizim kollektivə rəqib varsa, o da elə futbolçularımızın özləridir. Futbolçularımız işin ciddiyyətini yarışın son turuna qədər əldən verməsələr – zərrə şübhə etmirəm ki, belə də olacaq – sonluq “Xankəndi” klubu üçün uğurlu olacaq”.

Klub rəsmisi “Xankəndi”nin ev oyunları ilə bağlı suala isə belə cavab verib: “Əslində, bu sualı gözləyirdim, yaxşı elə axıra saxlamısız. Bu gün Azərbaycan futbolu ciddi surətdə infrastruktur problemi yaşayır. Yarışların keçirilməsi üçün yararlı olan stadionlar, meydançalar çox azdır. Təsəvvür edin, biz hələ İkinci Liqadayıq, amma Premyer Liqada 6 oyun sadəcə 3 stadionda keçirilir. Bu, milli futbolumuz adına rüsvayçı bir tablodur. Amma nə edək, məcburuq əlimizdə olan minimum imkanlarla davam edək. “Xankəndi” FK olaraq Xankəndi Şəhər Stadionu ilə bağlı gənclər və idman naziri cənab Fərid Qayıbova rəsmi məktubla müraciət etmişik. Bizə bildiriblər ki, həmin stadionda əsaslı təmir işləri gedir, təmir-bərpa işləri bitdikdən sonra bu məsələ ilə əlaqədar olaraq cənab nazirin yekun rəyi ilə tanış ola biləcəyik. Futbolu sevdiyinə zərrə şübhə etmədiyimiz hörmətli Fərid müəllim də stadionlarla bağlı klublarımızın hansı çətinliklərlə üzləşdiyini bilir. Yenidən həyatın canlandığı Xankəndi şəhərini isə futbolsuz təsəvvür etmək mümkün deyil. Biz ümid edirik ki, bu il olmasa da, növbəti ildən ev oyunlarımızı Xankəndi şəhər stadionunda keçirəcəyik. Öz şəhərimizin azarkeşləri, öz fan-klubumuz qarşısında oynamaq istəyirik. Abşeronda, Bakıda rəqib qəbul etmək istəmirik. Bu, yalnız müvəqqəti ola bilər. “Xankəndi” FK-nın rəhbərliyi klubun inkişafı və böyüməsi üçün bütün plan-proqramını məhz Xankəndi şəhərinə bağlayıb. Buna görə də ümid edirik ki, dövlətimizin aidiyyatı qurumları Xankəndi Şəhər Stadionunda oynamaq icazəsini məhz, şəhəri peşəkar liqada təmsil etməyə başlayan “Xankəndi” futbol klubuna verəcək. Ona qədərsə rəqiblərimizi Bakıda, “Neftçi” Təlim-Məşq Mərkəzinin 4-cü meydançasında qəbul edəcəyik”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Avqust 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri