Icma.az
close
up
RU
Xankəndi, Əsgəran və Xocalıya birgə səfər: “Mühüm mesaj idi”

Xankəndi, Əsgəran və Xocalıya birgə səfər: “Mühüm mesaj idi”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Xankəndi, Əsgəran və Xocalıya təşkil olunan səfər çox faydalı oldu. Bu, xüsusilə siyasi dialoq və münasibətlərin dərinləşməsi baxımından önəmli idi. İşğaldan azad olunmuş torpaqlara birgə səfər edərək həmrəyliyimizi nümayiş etdirmək daxili və xarici dairələrə mühüm bir mesaj idi. Bu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda heç bir siyasi fikir ayrılığının olmadığını göstərdi. Yəni kimlərsə bundan istifadə etmək istəsə də, bu mümkün olmayacaq”. 

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin martın 6-da Xankəndi, Əsgəran və Xocalıya təşkil olunan birgə səfəri barədə danışarkən bildirib. 

Onun sözlərinə görə, səfər zamanı Qarabağda gedən bərpa və quruculuq işləri ilə tanış olublar:

“Bu təqdirəlayiq işlər böyük maliyyə, enerji və əmək tələb edən layihələrdir. Əsgəran qalasını, Xocalını ziyarət etdik və sonda Xankəndinə baş çəkdik. Uzun illər Əsgəran qalasını yalnız şəkillərdə görürdük. Xocalı adı çəkiləndə isə yalnız faciə, göz yaşı və ağrı hissləri canlanırdı. Lakin indi Xocalıya gedərək orada həyatın yenidən canlandığını gördük. Məktəblər fəaliyyət göstərir, uşaqlar oynayır, yəni şəhərə həyat qayıdıb. Xocalı artıq təkcə faciə simvolu kimi deyil, həm də dirçəlişin, yenidənqurmanın rəmzi kimi formalaşır. 

Xankəndidə  bir zamanlar qondarma “parlament”in yığışdığı, müxtəlif separatçı bəyanatların verildiyi bina artıq Azərbaycanın tam nəzarətindədir. Bir zamanlar Paşinyan və separatçı liderlərin gəlib təxribatçı çıxışlar etdiyi bu şəhərdə bu gün Azərbaycan bayrağı dalğalanır. Küçələrdə separatçılığın izlərinin silindiyini görmək ruhlandırıcı və sevindirici idi. Düşünürəm ki, bu cür səfərlərin və ünsiyyətin daha çox olması ölkəmiz üçün çox faydalı olacaq". 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Xankəndi Əsgəran Xocalı birgə səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri