Xankəndi nin futbolçusu: Əsas rəqibimizi məğlub etmək çox önəmli idi
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İlk hissədə rəqibi daha çox geridə qarşıladıq deyə qapımızda qol gördük. İkinci hissədə hücumda oynadıq". Bu sözləri Sport24.az-a açıqlamasında İkinci Liqa təmsilçisi "Xankəndi"nin futbolçusu Elşad Manafov deyib.
Müdafiəçi liqanın XV turunda baş tutan "Qaradağ Lökbatan"la matçı şərh edib:
"Soyuqqanlığımızı qorumalıydıq. Məşqçimizin əvəzetmələri də özünü göstərdi. Bunun nəticəsində iki qol vura bildik. "Qaradağ Lökbatan" kimi əsas rəqibi məğlub etmək və turnir cədvəlində önə keçmək üçün çox önəmli idi. Komanda şəkilində bu matça gözləyirdik".
Manafov qış fasiləsində yaxşı hazırlaşa bildiklərini deyib: "Çempionat uzun marafondu. Mövsümün əvvəlində ilk turlar bizim üçün çətin keçirdi. Sonradan komandamız çempionata uyğunlaşa bildi. Heyətimizdə təcrübəli, hər cür ab-havada oynamış futbolçular var".
Qeyd edək ki, matç "Xankəndi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 26 Fevral 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















