Xankəndi nin qapıçısı Difai nin düşərgəsində Çempionluğa iddialı komandamız var
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu yay "Baku Sportinq"i "Xankəndi"yə dəyişən qapıçı Şahin Zəkiyev "Difai"yə kömək edir.
Bunu Fanat.Az-a 26 yaşlı qolkiper özü bildirib.
Bölgə təmsilçisindəki məşqçi dəyişikliyindən sonra Davud Əsgərovun postunu tərk etməsi belə zərurət yaradıb: "Difai"yə sadəcə, kömək edirəm. Onlarda qapıçılar üzrə məşqçi hələ yoxdur. Amma rəsmən "Xankəndi"nin oyunçusuyam. Həftəsonu artıq yeni komandamın heyətində "Dinamo" ilə çempionat oyunumuz var. Bundan sonra "Difai"yə kömək edə bilməyəcəm. Sadəcə, bir neçə günlük onlara yardım etdim".
Zəkiyev "Xankəndi"nin iddiasından da söz açıb: "Yaxşı komandamız var. İddialı komanda formalaşdırılıb. Məqsəd çempionluğa oynamaq və I Liqaya yüksəlməkdir".
Qeyd edək ki, "Xankəndi" II Liqanın 1-ci turunda "Dinamo"nun qonağı olacaq.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 Sentyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















