Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Xankəndi səfəri: QHT lərin Forumundan təəssüratlar

Xankəndi səfəri: QHT lərin Forumundan təəssüratlar

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin 19-20 oktyabr tarixlərində Xankəndidə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak etmək üçün “İz Mədəniyyətin İnkişafına Dəstək” ictimai birliyi olaraq biz də dəvət aldıq və azad Xankəndinə doğru yola düşdük.

Bu, mənim azad Qarabağa ilk səfərim idi. İçimdə həyəcan, qürur və minnətdarlıq bir-birinə qarışmışdı. Qarabağa gedən yol – qayıdışın, tanış ağrının, unudulmayan adların yoludur. Bura gələndə insan anlayır ki, vətən sadəcə doğulduğun yer deyil – səni çağıran torpaqdır. O torpaq səni bağışlayır, səni yenidən qəbul edir. Sanki “Gec də olsa gəldin...” deyir. Burada sanki hər addım torpağın yaddaşına toxunur, hər nəfəs tarixlə danışırdı.

Səfərimizin ilk dayanacağı Xocalı rayonunun Ballıca kəndi idi. Gündüz mehinin sığalladığı bu torpaqda keçirilən ağacəkmə aksiyası Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuşdu.

Torpağın qoynunda yenidən həyat cücərirdi. Əkdiyimiz hər fidan sanki torpağa deyil, qəlbimizə kök atırdı. O an anladım ki, torpaq təkcə yurd deyil – həm də yaddaşımızın, ruhumuzun daşıyıcısıdır. Hər fidan bu torpaqda yaşamağa başlayan yeni ümidin simvoluna çevrilirdi.

Səfərimizin növbəti dayanacağı Qarabağ Universiteti idi – dirçəlişin və azadlığın simvolu. Universitetin həyətində addımladıqca içimdə qəribə bir duyğu baş qaldırırdı – həm qürur, həm də keçmişin xatirələri ilə dolu bir kövrəklik. Mənim düşüncəmdə bu məkan sadəcə bir təhsil ocağı deyil, azadlığın, yenidən doğuluşun və gələcəyin təntənəsidir. Burada tədrisin həm Azərbaycan, həm də ingilis dillərində aparılması universitetin beynəlxalq səviyyədə tanınan bir elm mərkəzinə çevrildiyini göstərirdi. Amma ən önəmlisi o idi ki, burada yalnız bilik deyil, həm də mənəvi və milli dəyərlər yaşadılırdı. Hər auditoriyadan sanki gələcəyin səsi eşidilirdi.

Axşam düşəndə forum iştirakçıları müxtəlif otellərdə yerləşdirildi. Bizim qaldığımız otel “Bulud” adlanırdı. Otel sakit, rahat, müasir idi. Otaqlar işıqlı, səliqəli və tam təchizatlı idi – hər şey düşünülmüşdü. Pəncərədən görünən Xankəndi mənzərəsi isə insanın ruhuna bir rahatlıq verirdi – sanki şəhər illərdən sonra yenidən nəfəs alırdı.

Şam yeməyindən sonra hər birimiz fərqli ovqatda idik. Bəzilərimiz sakitcə öz otaqlarına çəkilib günün təəssüratlarını düşünmək, bəzilərimiz isə dəstələr halında şəhəri gəzib doyunca nəfəs almaq, bu azadlığın dadını çıxarmaq istəyirdik. Azad Xankəndinin küçələrində sərbəst, rahat addımlamaq hissi insanın içinə sığmayan bir duyğudur – bunu sözlə ifadə etmək mümkün deyil, onu ancaq yaşamaq lazımdır. Ürəyimizdəki qürur, sevinclə qarışan həyəcan bir-birinə qovuşmuşdu.

Küçələrdə mahnı oxuya-oxuya gəzirdik, sanki illərlə məhbusa çevrilmiş bütün hisslərimiz bir anda azadlığa çıxmışdı. O mahnılar sadəcə nəğmə deyildi – onlar illərin həsrətinin, ağrısının, sevincinin səsi idi. Şəhərin sakit axşamına qarışan gülüş səsləri, oxunan mahnılar Xankəndinin azad nəfəsini daha da aydın hiss etdirirdi. Bu anı yaşamaq – doğma torpaqda qorxusuz, azad gəzmək – sanki yenidən doğulmaq kimi idi. İçimizdəki hər kəs fərqli düşünürdü, amma hamımızın qəlbində eyni duyğu vardı: “Bu torpaq bizimdir və biz buradayıq”.

Gecənin sonunda bizi unudulmaz, fərqli bir an gözləyirdi. Şəhərin mərkəzi meydanında teleskoplarla kosmos müşahidəsi təşkil olunmuşdu. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nümayəndələri bizə bələdçilik edirdilər.

Teleskopdan baxarkən uzaqlarda parlayan Saturnun halqaları görünürdü – sanki kainatın zərif bir zinəti kimi. “Günəş sisteminin incisi” adlandırılan bu möhtəşəm planetin Qarabağ səmasında ilk dəfə müşahidə olunması xüsusi rəmz daşıyırdı. Bu səma – uzun illər həsrətini çəkdiyimiz torpağın səması – indi azad, sakit və parlaq idi. O an ulduzlara yox, azadlığın özünə baxırmış kimi hiss etdim.

Ertəsi gün, 20 oktyabrda, Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin III Əməkdaşlıq Forumu başladı. Forum şəhidlərimizin xatirəsinin anılması ilə başladı. Dövlət himnimiz səslənərkən zalda sükutun içində bir qürur dalğası dolaşdı. Hər kəsin baxışında eyni duyğu vardı – minnətdarlıq!

Çıxışlar bir-birini əvəz etdikcə, mən təkcə layihələr və statistikanı deyil, bir inam atmosferini hiss edirdim. Agentliyin rəhbəri Aygün Əliyeva QHT-lərin artan rolundan danışaraq dövlət və cəmiyyətin eyni məqsəd uğrunda birləşdiyini vurğuladı. Elçin Yusubovun “QHT-lər azad torpaqların bərpasında fəal rol oynamalıdır” fikri, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin “yardım modelindən məsuliyyət modelinə keçid” ifadəsi xüsusilə düşündürücü idi.

Həqiqətən də, bu mərhələdə hər bir təşəbbüs, hər bir fəaliyyət təkcə bir layihə deyil – Azərbaycanın gələcəyinə atılan addımdır.

Forumun təşkilində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməyi xüsusi qeyd olunmalıdır. Forumun ab-havası həm rəsmi, həm də səmimi idi. Hər xırda detalın belə, əvvəlcədən  nəzərə alınması, incəliklə düşünülməsi yüksək peşəkarlıqla yanaşmadan və gözəl koordinasiyalı fəaliyyətdən xəbər verirdi. Çay fasilələrində insanlar bir-biri ilə salamlaşır, ideyalar bölüşür, illər sonra görüşən dostlar kimi söhbət edirdilər. Pəncərədən görünən Xankəndi səması sanki hamımızın sevincinə şərik olurdu. O gün anladım ki, biz təkcə bir tədbirdə iştirak etmirik – biz Azərbaycanın yeni mərhələsini yaşayırıq.

Forumda vurğulandığı kimi, ölkənin iqtisadi inkişafı, mədəni və sosial rifahın yüksəldilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi bu mərhələnin əsas hədəflərindəndir. Mən isə o zalda oturarkən düşündüm: artıq hər bir QHT nümayəndəsi, hər bir vətəndaş bu prosesin bir hissəsidir.

Fəridə Mirişova,

“İz Mədəniyyətin İnkişafına Dəstək” ictimai birliyinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri