Icma.az
close
up
RU
Xankəndi Türk dünyasının paytaxtına çevrilib

Xankəndi Türk dünyasının paytaxtına çevrilib

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"Bu gün Qarabağ, Xankəndi şəhəri Türk dünyasının paytaxtına çevrilib, ötən il Türk dövlətləri təşkilatının Şuşada keçirilən Zirvə görüşünün ardınca bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələri Qarabağın inzibati mərkəzi olan Xankəndi şəhərində bir araya gəlir. Xankəndi bu gün Qarabağın iqtisadi mərkəzinə çevrilir",
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O deyib ki, Türk dövlətlərinin iştirakı ilə birgə yeni müəssisələr yaradılır, iqtisadi əməkdaşlıq genişlənir və geniş quruculuq işləri aparılır:
"Bu Azərbaycan tarixində ilk belə hadisədir ki, Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, İran prezidentləri, digər üzv ölkələrin hökumət başçıları və rəsmiləri Qarabağın mərkəzinə gəlir, regional məsələlər, enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq və ticari əlaqələr Qarabağın mərkəzində müzakirə olunacaq. Böyük siyasi əhəmiyyətə malik bu tədbirlər Qarabağın dünya siyasətində rolunu daha da artırmış olur, Qarabağın regional əməkdaşlıq və tərəfdaşlıq məkanına çevrilməsini şərtləndirir. Azərbaycana dost olan, ölkəmizin uğurlarına sevinən, 44 günlük vətən müharibəsində Azərbaycanın yanında olan ölkələr azad Qarabağa, tarixi Xankəndi şəhərinə toplanır. Burada veriləcək mesajlar və qəbul olunacaq qərarlar şübhəsiz ki, tarixi olacaq və regionun, Qarabağ bölgəsinin inkişafına xidmət etmiş olacaq".
Politoloq deyib ki, faktiki olaraq Qarabağın işğal altında qalmış və dağıdılmış şəhərləri ən qısa müddətdə bərpa olunur və ən mötəbər tədbirləri keçirmək üçün infrastruktur baxımından tam hazır vəziyyətdədir:
"Xankəndi sakinləri səbirsizliklə bu tədbirin keçirilməsini gözləyir, bütün bu qısa zamanda görülən işlər fantastik işlər hesab oluna bilər. Müxtəlif qitələri təmsil edən böyük dövlətlərin başçıları Azərbaycanın əldə etdiyi bu uğurları Sammit zamanı vurğulayacaqlar. Əlbəttə ki, bu cür mötəbər tədbirlər Qarabağımızın daha da inkişafına, geosiyasi proseslərin mərkəzinə çevrilməsinə öz töhfəsini verəcəkdir. Faktiki bu gün Qarabağ Azərbaycanın siyasi və iqtisadi mərkəzinə çevrilməkdədir və bu cür sanballı tədbirlər Qarabağın siyasi və iqtisadi çəkisini getdikcə artırır. Qarabağda həyata keçirilən mötəbər beynəlxalq tədbirlər, Türk və İslam ölkələri dövlət başçılarının zirvə görüşləri Şuşanın, Xankəndinin, Ağdamın, Laçının, Zəngilan və digər şəhərlərinin Türk və İslam paytaxtı və mərkəzi olduğunu bir daha gündəmə gətirir. Cənab Prezident İlham Əliyev Qarabağın işğaldan azad olunması ilə Qarabağda Türk və İslam irsinin qorunub saxlanmasında əvəzsiz işlər görmüşdür və hesab edirəm ki, Türk və İslam dövlətləri ölkə başçısının bu ümumbəşəri missiyasının öhdəsindən uğurla gəlməsinə dəstəyi bu sammitə təşrif buyurmaqla bir daha ifadə edirlər".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyul 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri