Icma.az
close
up
RU
Xankəndidə “Ədalətli idman həftəsi”

Xankəndidə “Ədalətli idman həftəsi”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin birgə təşkil etdiyi Qəbələ–Xankəndi ultramarafonunun sonuncu mərhələsi olan Ağdam–Xankəndi hissəsinin finiş xəttində yerləşən əyləncə zonasında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən antidopinq maarifləndirmə proqramı həyata keçirilib.

AMADA-nın elan etdiyi “Ədalətli idman həftəsi” çərçivəsində keçirilən proqramda Agentliyin əməkdaşları marafon iştirakçılarına və Xankəndi sakinlərinə dopinqin zərərləri və antidopinq qaydaları barədə ətraflı məlumat veriblər.

Antidopinq maarifləndirmə proqramının əsas məqsədi idmançılar, azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri arasında dopinqə qarşı mübarizəni gücləndirmək, onların dopinqin zərərləri və idmanda ədalət prinsipləri haqqında biliklərini artırmaq olub. Həmçinin onlar antidopinq qayda pozuntuları, qadağan edilmiş maddələr, dopinqdən istifadənin idmançının sağlamlığına mənfi təsirləri və narkomaniyanın fəsadları barədə geniş məlumatlandırılıblar. Bununla yanaşı, antidopinq siyasətinin əhəmiyyəti vurğulanıb, idmanda dürüstlük və etik dəyərlərin qorunmasının vacibliyi bir daha iştirakçıların diqqətinə çatdırılıb.

Maarifləndirmə proqramı çərçivəsində idmançılar və azarkeşlər üçün sorğular da təşkil olunub. Sorğular vasitəsilə iştirakçılar antidopinq qaydaları ilə bağlı biliklərini sınayıb və düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim edilib. Sorğuların nəticələri göstərib ki, antidopinq sahəsində məlumatlılıq səviyyəsi artmaqdadır və idman ictimaiyyəti təmiz idman prinsiplərinə daha çox əhəmiyyət verir.

Maarifləndirmə proqramı zamanı Ümumdünya Antidopinq Agentliyinin (WADA) bu il Ədalətli İdman Günü üçün elan etdiyi “Ədalətli yarış səndən başlayır” şüarı yazılmış plakat da açılıb.

L.QURBANOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2025 02:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri