Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
Modern.az xəbər verir ki, bu mərhələdə şəhərə 18 ailə, ümumilikdə 68 nəfər köçürülüb.
Məlumata görə, Xankəndiyə köç edən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin mərhələli şəkildə doğma yurdlarına köçürülməsi davam etdirilir. Köçürülən ailələrin daimi yaşayışı üçün Xankəndi şəhərində zəruri infrastruktur yaradılıb, mənzillər tam təmir olunaraq istifadəyə verilib.
Beləliklə, Xankəndidə məskunlaşan sakinlərin sayı növbəti köç karvanı ilə daha da artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 19 İyun 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















