Icma.az
close
up
RU
Xankəndidə müəllimin ölümü necə baş verib? Qardaşı danışdı

Xankəndidə müəllimin ölümü necə baş verib? Qardaşı danışdı

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşı, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Nəcəf Həsənovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Mərhumun qardaşı Aydın Həsənov Teleqraf.com-a açıqlamasında bildirib ki, qardaşını sonuncu dəfə dekabrın 23-də, hadisədən bir neçə saat əvvəl görüb.

“Nəcəf avqust ayında ailəsi ilə birlikdə Xankəndi şəhərinə köçüb. Orada müəllimlər üçün ayrılan binada ev veriblər. Övladı Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcəbədi filialında təhsil alır. Bazar günü uşağı Ağcəbədiyə apardı və həmin gün də geri qayıtdı. Mən Xocalı rayonunun Əsgəran qəsəbəsində yaşayıram. Evə gəldi, ailəvi yemək yedik, söhbət etdik. Dedim ki, qal, qalmadı. Həyat yoldaşı da Xankəndidə bağçada işləyir. Həmin gün Xankəndiyə qayıtdılar. Səhər tezdən də yoldaşını işə gətirib.

Nəcəf mənim də çalışdığım Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə saat hesabı dərs deyirdi. Səhər saat saat 08:30-da dərsə girdi. Təxminən saat 12-də görüşdük, çay içdik. Sonra elə qayıtdı Xankəndinə”, - A.Həsənov söyləyib.

Onun sözlərinə göörə, N.Həsənovun səhhətində əvvəllər heç bir problem olmayıb: “Səhhətindən şikayətçi deyildi, bu barədə kiməsə nəsə deməyib. Amma son zamanlar çox fikirli olurdu, qayğılı görünürdü. Bunun səbəbini soruşanda bir söz demirdi. Bizim özümüz də Nəcəfin fikirli görünməsinə adi yanaşırdıq. Çünki çox həssas adam idi, kiminsə nəsə bir problemi olanda onu ürəyinə salırdı, hamının dərdinə yanırdı. Məndən 9 yaş kiçikdir. Onda olan mənəvi saflığı heç kimdə görməmişəm”.

A.Həsənov qardaşının intihar etdiyinə inanmır: “Nəcəf namaz əhlidir, dinimiz də bunu qadağan edir. Onun intihar edəcəyini gözləmirdim və buna inanmıram. Qardaşımın ölümü ilə bağlı araşdırma aparılır, ekspertiza təyin olunub. Son sözü ekspertizanın nəticələri məlum olandan sonra demək olar. İndi qəti bir fikir söyləyə bilmirəm”.

Qardaşı qeyd edib ki, N.Həsənov dünyasını dəyişəndə yanında heç kim olmayıb. Hadisədən isə ilk xəbər tutan mərhumun həyat yoldaşı olub: “Həyat yoldaşı axşam saat 7-də evin qapısını açanda Nəcəfin meyitini görüb”.

Əslən Laçın rayonunun Qorçu kəndindən olan N.Həsənovun ailəsi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yaşayıblar. Məcburi köçkünlük dövründə Naftalan şəhərində və Goranboy rayonunda məskunlaşıblar.

Bir övlad atası olan N.Həsənov Naftalan şəhərində, bacılarının qəbiri yanında dəfn olunub.

Qarabağ Regional Təhsil İdarəsindən isə bildirilib ki, N.Həsənov dekabrın 23-də yaşadığı evdə dünyasını dəyişib: “Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək.

İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri