Hatayspor un sabiq futbolçusu Aaron Bupendzanın faciəli ölümü: Qardaşı binadan atıb?
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin Superliqasının "Çjetszyan" klubunda çıxış edən və eyni zamanda, Qabon milli komandasının hücumçusu olan Aaron Bupendza 28 yaşında dünyasını dəyişib. Futbolçu bir müddət əvvəl Türkiyənin "Hatayspor" klubunda da oynamışdı.
Oxu.Az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.
Çinli rəsmilər bu faciəli hadisə ilə bağlı dərhal araşdırmalara başlayıblar. Hazırda üç əsas ehtimal var: qətl, bədbəxt hadisə və intihar.
Məlumatlara görə, Bupendzanın ölümündən əvvəl onun mənzilinə qardaşı gəlib və onlar arasında mübahisə yaşanıb. Versiyalardan birinə görə, futbolçu məhz qardaşı tərəfindən binadan aşağı atılıb. Digər versiyalar isə onun təsadüfən yıxılması və ya özünü binadan atmasıdır.
Klubdan verilən açıqlamaya görə, təcrübəli hücumçu son məşqə heç bir səbəb göstərmədən qatılmayıb. Komandanın onunla əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 Aprel 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















