Icma.az
close
up
RU
Xankəndidəki abidənin sirri: Üzərindəkilər həqiqəti göstərir

Xankəndidəki abidənin sirri: Üzərindəkilər həqiqəti göstərir

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Xankəndidə “Biz və bizim dağlar” heykəlinin müəllifi Sərkis Baqdasaryandır. İtaliyada keçirilən sərgidə bu formada abidə görür və diasporun təklifi ilə eynisini yaratmaq qərarına gəlir. Baqrat Ulubabyan, Zori Balayan və bir neçə o dövrün erməni nümayəndələri ilə məsləhətlər edilir.

Abidə qırmızı tufdan istifadə edilərək tikilib. Ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən də qırmızı tufdan, xaç daşlardan istifadə edirdilər. Onlar elə hesab edirlər ki, bu xaç daşlar ancaq ermənilərə məxsusdur. Tamamilə yanlışdır. Çünki erməni memarlığında qırmızı tufdan istifadə edilməyib.

Ölkə.Az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, qırmızı tufun "erməni memarlığı" kimi qələmə verilməsi əslində böyük bir təbliğatdır: "Ciddi alimlər də təsdiq edirlər ki, Qafqaz regionunda Naxçıvanın qədim memarlıq nümunələrində, qala divarlarında və türbələrində vulkanik daşlar, o cümlədən tuf geniş istifadə olunub. Naxçıvan isə qədim bir coğrafi ərazi olduğu üçün ondan öncə bu regionda olan qədim xalqlar qırmızı və boz tufdan istifadə ediblər. Ermənilər Rusiyanın dəstəyi ilə bu ərazilərə köçürüldükcə və sayları artdıqca yerli mədəniyyətə məxsus qədimlikləri oğurlayıblar və hələ də buna davam edirlər.

Erməni memar bu tikilini yaradan zaman qədim türklərə məxsus simvolları da oğurlayaraq öz adlarına çıxıb. Şəkildəki simvolun demək olar ki, eynisinə Səlcuq türklərinin memarlığında “Çərxi-fələk” adı ilə rast gəlirik.

Səlcuqlar bu naxışı daş üzərində böyük ustalıqla işləyirdilər. Ermənilər isə həyasızcasına bunu "Arevaxaç" (Günəş xaçı) adlandırıb özününküləşdirməyə çalışırlar".

Tarixçi qeyd edib ki, qədim türklər və onlarla əlaqəsi olan digər şərq xalqları bu simvolun sonsuzluğu, əbədi hərəkəti və həyatın dövranını təmsil etdiyinə inandırdılar: "Bu simvolu min illər əvvəl, hələ xalqların müasir adları formalaşmamışdan qabaq Mesopotamiya, Misir, Hindistan və hətta qədim Avropa xalqlarında da görə bilərik. Bir az xırda fərqlərlə də olsa, hamısında oxşar məna var idi.

Bu simvol tanrıçılıq/tenqriçilik inancında kainatın dörd tərəfini, fəsillərin dəyişməsini və ruhun əbədi dövranını bildirirdi. Səmavi dinlərdən öncəki memarlıq abidələrində bu işarəyə çox rast gəlinir.

Ermənilər isə sadəcə özlərini xristian kimi təqdim etmək üçün qədim türk və Şərq xalqlarının rəmzlərini götürüb xaçlarla birləşdiriblər.

Qafqaz Albaniyası məbədlərinə baxsanız, orada da buna bənzər yüzlərlə həndəsi naxış, günəş diski və əbədiyyət işarəsi görərsiniz. Ermənilərin izi-tozu bu torpaqlarda olmayanda bu simvollar yerli xalqların istifadəsində idi. 8 qollu quruluş isə bugünün özündə də Azərbaycanın istifadə etdiyi simvoldur".

Alim vurğulayıb ki, daşın teksturası ilə simvolun oyulma dərinliyi göstərir ki, hətta bu, əvvəldən orda olmayıb, bərpa adı altında sonradan ermənilər bunu ora əlavə ediblər: "Son olaraq qeyd edim ki, abidə Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Fevral 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri