Icma.az
close
up
RU
Xankəndidəki o binalar təməlinə qədər sökülməlidir!

Xankəndidəki o binalar təməlinə qədər sökülməlidir!

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Xankəndidə növbəti tarixi gün yaşanır. Belə ki, tarixi Azərbaycan şəhəriində uzun müddət qondarma rejimin əsas simvollarından sayılan “xarici işlər nazirliyi”nin binasının söküntüsünə başlanılıb. Binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-də Azərbaycanın işğal olunmuş tarixi ərazilərində qondarma rejimin elan olunmuşdu.

Modern.az-a danışan Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, belə binaların hər biri təməlinə qədər sökülməlidir:

"Əlbəttə, işğal dönəmində ermənilər o bölgədə böyük dağıntılar törədib, eləcə də müəyyən uyğun olmayan binalar tikib. Orada qondarma bir həyat qurmaq üçün müəyyən siyasi mahiyyət daşıya biləcək binalar inşa ediblər. Bunların heç biri müasir, suveren Azərbaycana uyğun binalar deyil. O binaların hər biri təməlinə qədər sökülməlidir. Onlar Şuşada “Dağlıq Qarabağ”ın guya ki parlamentinin binasını tikmək istəyirdilər. Şuşa işğaldan azad edildikdən sonra cənab Prezidentin ilk göstərişi o oldu ki, həmin bina təməlinə qədər sökülsün. İndi həmin binanın yerində gözəl hotel tikilib. Şuşayla yanaşı, Xankəndidə də bəzi guya istirahət mərkəzləri, "siyasi-inzibati" binalar tikiblər. Onlar nə memarlıq, nə də müasir Xankəndinin görünüşünə uyğundur. Onların hamısı sökülməlidir".

Komitə sədri vurğulayıb ki, söhbət hər hansı bina və ya obyektdən getmir:

"Elə tikililər var ki sovet vaxtında Azərbaycanın vəsaiti ilə tikilib və yararlıdır, onları istifadə edəcəyik. Bunlar istehsalat və ya inzibati xarakterli binalar ola bilər. Burada söhbət hansısa bina və obyektdən getmir. Onların mahiyyətindən, tikilmə məqsədindən və indiki dövr üçün yaralı olub-olmamasından söhbət gedir. Hamısı da planlı şəkildə həyata keçirilir. Azərbaycan Ermənistandan fərqli olaraq nə binadan, nə tikintidən intiqam alır. Bizim belə niyyətimiz yoxdur. Sadəcə, bizim siyasətə, gördüyümüz bərpa, quruculuq işlərinə uyğun olmayan istənilən tör-töküntü yavaş-yavaş aradan qalxacaq. Daşnak, separatizm ruhlu tikililər hamısı silinib getməlidir. Azərbaycanın müstəqil, üçrəngli bayrağına, müstəqilliyinə uyğun yeni infrastrukturlar da, inzibati binalar da yaranacaq. Məsələn, Xankəndi stadionu, əslində, sovet dönəmində Azərbaycanın hesabına tikilmişdi. Orada da əsaslı bərpa, təmir işləri aparıb, yenidən qurduq. Ağdamda, Laçında, Kəlbəcər və digər bölgələrdə necə gözəl binalar tikirik. Biz binanın necə olmasına deyil, onun şəhərin memarlıq ansanblına uyğun gəlib-gəlməməsinə, vaxtilə onun mahiyyətinin nə olduğuna baxırıq. Yeni məzmun, forma və mahiyyətdə biz öz şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi yenidən bərpa edəcəyik. Cənab Prezidentin söylədiyi kimi, Qarabağı və Şərqi Zəngəzuru əsl cənnətə çevirəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri