Icma.az
close
up
RU
Xaos içində nizam: Bakı açar oyunçuya çevrilir

Xaos içində nizam: Bakı açar oyunçuya çevrilir

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Müasir dünyaya diqqət yetirdikdə aydın görünür ki, qlobal sistem dərin və çoxşaxəli böhran mərhələsinə qədəm qoyub. Uzun illər sivil dünyanın dayaqları hesab edilən beynəlxalq hüquq, ədalət, bərabərlik və qarşılıqlı etimad kimi fundamental prinsiplər faktiki olaraq dəyərsizləşib. Dünya nizamı getdikcə “cəngəllik qanunları”na əsaslanan bir reallığa sürüklənir. Bu reallıqda artıq hüquq deyil. Güc, imkan, maraq həlledici faktora çevrilir”.

 Bunu Ölkə.az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə gör, cənab Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, müasir beynəlxalq münasibətlər sistemində artıq “güc qanunu” ön plana çıxır. “Bu tendensiya qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır, regional münaqişələri dərinləşdirir və beynəlxalq sistemdə xaosu artırır. Lakin bu mürəkkəb və riskli proseslərin fonunda Azərbaycan fərqli bir yol seçərək baş verən geosiyasi dəyişiklikləri milli maraqlar naminə fürsətə çevirməyi bacaran nadir dövlətlərdən biridir”, - o vurğulayıb.

Deputat əlavə edib ki, məhz cənab Prezident İlham Əliyevin yürütdüyü çevik, praqmatik  çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan qlobal böhranlar dövründə özünəməxsus inkişaf modelini formalaşdırıb və bu modeli beynəlxalq aləmə uğurla təqdim edir:

“Azərbaycanın siyasəti konfrantasiyaya deyil, əməkdaşlığa; asılılığa deyil, qarşılıqlı maraqlara; risklərə deyil, strateji imkanlara əsaslanır. Bu yanaşma ölkəmizə “güclülər dünyasında” layiqli və hörmətə əsaslanan mövqe qazandırıb.

Bu gün güc mərkəzlərinin yenidən formalaşdığı, Şərqlə Qərb, Şimalla Cənub arasında geosiyasi qarşıdurmaların dərinləşdiyi bir şəraitdə Azərbaycan sabitlik adası, etibarlı tərəfdaş və açar oyunçu kimi çıxış edir. Bir çox regional və hətta qlobal məsələlərin həllində Bakının rolu həlledici xarakter daşıyır. Təsadüfi deyil ki, enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, regional dialoq və sülh təşəbbüsləri məhz Azərbaycan üzərindən reallaşır.
Azərbaycan bu gün faktiki olaraq Şərqlə Qərbi, Şimalla Cənubu, Çinlə Avropanı birləşdirən strateji körpü rolunu oynayır. Orta Dəhliz, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat xətləri ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. “Bütün yollar Azərbaycana aparır və Azərbaycandan keçir” ifadəsi artıq siyasi ritorika deyil, real geosiyasi fakt kimi qəbul olunur”.

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyev yerli mediaya verdiyi müsahibəsində bu proseslərə daha ətraflı və detallı şəkildə aydınlıq gətirib: “Həmin müsahibədə Azərbaycan dövlətinin gələcək inkişaf strategiyası, enerji təhlükəsizliyi, yaşıl enerji gündəliyi və ölkənin beynəlxalq sistemdə artan rolu aydın şəkildə ortaya qoyulub.

Bu strategiyanın praktik təzahürlərindən biri də 8 yanvar tarixində Bakıda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışıdır. Bu layihə təkcə enerji infrastrukturu deyil, eyni zamanda Azərbaycanın yaşıl enerji sahəsində qlobal əməkdaşlığa açıq olduğunu, investisiya mühitinin etibarlılığını və uzunmüddətli strateji baxışını nümayiş etdirir.

“Xızı–Abşeron” KES Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə, karbon emissiyalarının azalmasına və ölkəmizin yaşıl enerji xəritəsində mühüm mövqe tutmasına xidmət edir. Bu layihə eyni zamanda göstərir ki, Azərbaycan qlobal enerji keçidi prosesində passiv müşahidəçi deyil, aktiv iştirakçı və təşəbbüskar aktordur.

Nəticə etibarilə, gücün hüququ əvəz etdiyi bir dünyada Azərbaycan hüquqa söykənən güc modelini formalaşdırır. Bu modelin arxasında isə güclü dövlət iradəsi, uzaqgörən liderlik və milli maraqlara əsaslanan strateji düşüncə dayanır. Güclülərin dünyasında yeni səhifə açan lider məhz cənab İlham Əliyevdir və bu siyasət Azərbaycanın gələcək onilliklərdə də regional və qlobal miqyasda söz sahibi olacağını aydın şəkildə göstərir”.
 

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri