Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Xaosdan şanlı Zəfərə: BDU da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Xaosdan şanlı Zəfərə: BDU da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı,11 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 15 iyun – Milli Qurtuluş Gününün 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Milli Qurtuluş Gününün xalqımız üçün dövlətçiliyimizin qorunmasının, müstəqilliyimizin xilasının və müasir Azərbaycanın inkişaf yolunun əsasının qoyulmasını təcəssüm etdirən taleyüklü bir gün olduğunu bildirib. O qeyd edib ki, Milli Qurtuluş Günü dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edilməsinin rəmzi, milli birliyin və xalq-lider həmrəyliyinin təcəssümü, sabitlik, təhlükəsizlik və inkişaf dövrünün başlanğıcıdır. XX əsrin sonlarında xalqımızın xilası, milli dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi kimi taleyüklü missiyanı Ümummilli Lider Heydər Əliyev son dərəcə mürəkkəb, ziddiyyətli və ağır şəraitdə böyük peşəkarlıq və siyasi uzaqgörənliklə həyata keçirib. Bununla da, ölkəni bürümüş və xarici qüvvələrin təsiri ilə dərinləşən vətəndaş qarşıdurmasına və dövlət çevrilişi cəhdlərinə qəti şəkildə son qoyuldu. Dövlətimizin parçalanmaq təhlükəsi aradan qaldırıldı. Sabitlik və əmin-amanlıq tədricən bərpa edildi. Məhz bunun nəticəsində ölkəyə iri həcmli xarici sərmayələr cəlb olundu, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, dövlətimizin haqlı mövqeyini dəstəkləyən dost və tərəfdaş ölkələrin sayı artdı. Bu gün Azərbaycanda əldə olunan elmi nailiyyətlər, beynəlxalq səviyyədə uğur qazanan gənclərimiz, müasir universitetlərimiz və təhsil infrastrukturumuz məhz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun nəticəsidir. Dahi şəxsiyyətin xalqımıza ən böyük töhfələrindən biri də həmin siyasi kursu gələcəkdə uğurla davam etdirəcək layiqli siyasi varisi yetişdirməsi oldu: “2003-cü ildən etibarən Azərbaycana uğurla rəhbərlik edən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf və qurtuluş konsepsiyasını ardıcıl şəkildə həyata keçirib, ölkəmizin hərtərəfli inkişafını və vətəndaşlarımızın rifahını təmin edib. Ulu Öndərin arzuları, strateji planları və tarixi torpaqlarımızın azadlığı ilə bağlı müqəddəs vəsiyyəti Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və uzaqgörənliyi sayəsində gerçəkləşib. Əgər 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xaosdan, özbaşınalıqdan, vətəndaş müharibəsi təhlükəsindən və dövlətçiliyimizin məhv olmaq riskindən xilas olmuşdusa, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlanan Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, bir günlük lokal antiterror əməliyyatları ilə ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edildi. Bununla da, Heydər Əliyevin 1993-cü il iyunun 15-də əsasını qoyduğu milli qurtuluş yolu şanlı Zəfərlə öz məntiqi yekununa çatdı və ölkəmizin tarixində yeni mərhələ başlandı. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünü, xalqımızın birliyini və Prezident İlham Əliyevin siyasi iradəsini bütün dünyaya nümayiş etdirir. Bu uğurlar həm də Azərbaycanın üzləşdiyi ən ağır sınaqlardan qalib çıxaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar, davamlı inkişaf və yeni nailiyyətlər gözləyir”.

Milli Məclisin üzvü Sevil Mikayılova, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri AMEA-nın müxbir üzvü Misir Mərdanov, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov çıxışlarında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb, ölkənin iqtisadi, siyasi, sosial, mədəni inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd ediblər. Bildirilib ki, qüdrətli Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir.

Sonda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə: 15 iyun – Milli Qurtuluş Günü” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri