Icma.az
close
up
RU
Xarəzmşahlar dövləti

Xarəzmşahlar dövləti

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı

Xarəzmşahlar-Xarəzm-Xivə deməkdir. Ürgənc valiləri əvvəl müstəqillik qazandılar, sonra böyük bir imperatorluq qurdular. Aral gölünün cənubunu, Xivə ətraflarını və Amudərya çayının şimal sahillərindəki ovalıqları əhatə edən bölgə Xarəzm adıyla tanınır. Bura şərqdən qərbə və cənubdan şimala uzanan yolların qovşaq nöqtəsidir. Xarəzm həm hərbi, həm də ticarət baxımdan mühüm bir bölgə idi. Bu bölgə xüsusilə çox bərəkətli bir əkin hövzəsidir (sahəsidir).

Qədimdən bəri Türklərin çox sıx yerləşdikləri Xarəzmin mərkəzi Ürgənc şəhəri idi. Ölkəni idarə edən əmirlər,baş valilər burada oturur və bunlara Xarəzmşah ( Xarəzm şahı) deyilirdi. Xarəzmşahlar dövləti qurulmadan,daha doğrusu, tam müstəqil bir dövlət halına gəlməzdən əvvəlki son dövrdə burada səlcuqlulara tabe baş valilər olur və bunlar da “Xarəzmşah” adı daşıyırdılar.

Anuştəkinlər sülaləsi-Xarəzmşahlar İmperiyasını idarə edən sülalə 24 Oğuz boyundan biri olan Bəydili Boyuna mənsubdur.Sülalənin kökü Səlcuq Sultanı Məlikşahın saray xidmətində olan Bəydili Boyundan olan Anuştəkindən gəlir.

Anuştəkin Garçai-Xarəzmşahlar sülaləsini quran Türkman hökmdardı. Anuştəkinin adı ilk dəfə 1073-cü ildə Məlikşahın hakimiyyəti dövründə çəkilir. Əfqanıstanın Garçistan adlanan indiki Həzəracat bölgəsində Səlcuq sərkərdəsi Gümüştəkin Bəy tərəfindən satın alınmış Türkman Bəydili Boyuna mənsub bir qulam idi.

Səlcuq sarayında Məlikşahın dəsmal tutanı olmuşdu.Bu xidmətinə görə Məlikşah tərəfindən Xivəyə Anuştəkin adında bir Türk vali təyin olundu. 1097-ci ildə öldüyü güman edilir.

I Məhəmməd

Qütbəddin Məhəmməd 1097-1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşahdı. Anuştəkinin böyük oğluydu.

1097-ci ildə Böyük Səlcuq Sultanı Börkiyaruq tərəfindən “Xarəzmşah” titulu ilə atası kimi Xorasan hakimliyinə təyin edildi. 1127-ci ildə ölümündən sonra yerinə böyük oğlu Əlaəddin Atsız keçdi.

Anuştəkinin vəfatından sonra Səlcuq Sultanı Börkiyaruq tərəfindən Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin I Məhəmmməd də atası kimi Səlcuq sarayında yetişmiş,saray tərbiyəsi və dövlət idarəçiliyi elmləri almış,göstərdiyi uğurlar ilə atası kimi göz dolduraraq yüksəlmişdi.Anuştəkinin vəfatından sonra Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin I Məhəmməd, xalqına ədalətli və mərhəmətli davranaraq Xarəzm xalqının hörmətini və etibarını qazandı.Buna görə də,Xarəzm zadəganları, Qütbəddin I Məhəmmədi şəriksiz bir lider olaraq görməyə başlamışdılar. Səlcuq Dövləti ilə inkişaf edən ticarət də Xarəzm xalqını iqtisadi olaraq yüksəltmiş,firəvan bir həyat sürən Xarəzm xalqı da Qubernatorları Qütbəddin I Məhəmmədə bağlı qalmışdılar.Qütbəddin I Məhəmməd dövründə çətin günlər yaşamaqda olan Böyük Səlcuq Dövləti bölgədəki siyasi proseslər səbəbinə görə Xarəzm bölgəsini uzaqdan idarə etməkdə, sədaqətini sübut etmiş və sadiq bir qubernator olan Qütbəddin I Məhəmməd də mərkəzi idarədən birbaşa təlimat almadan Xarəzm bölgəsinin idarəsini həyata keçirirdi. Bu səbədən də Xarəzm bölgəsi,yarı müstəqil olaraq idarə edilirdi,ancaq Səlcuq Dövlətinə bağlı qalmışdı.Qütbəddin I Məhəmməd , bu vəzifəni 30 il kimi uzun bir müddət ərzində uğurla icra etmiş və 1127-ci ildə vəfat etmişdir.Sultan Əhməd Səncər, gözlənildiyi kimi yerinə sarayda yetişmiş və təhsil görmüş olan Qütbəddin I Məhəmmədin oğlu Əlaəddin Atsızı Xarəzm qubernatoru olaraq təyin etmişdir.

Əlaəddin Atsız

Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097-1156)- Xarəzmşahlar Dövlətinin hökmdarı (1127-1156). Atsızın ləqəbi Əlaəddin (bəzi tarixi əsərlərdə Bahaəddin),Türkcə ünvanı isə Qızılarslandı.

Səlcuq hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin I Məhəmmədin oğlu və Sultan I Məlikşahın ibrikçibaşısı Anuştəkinin nəvəsidir.Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi.Vəliəhdliyi sırasında atasına yardımçı olur,onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə,Sultan Səncərin yanına gedərdi.Hətta ibn-əl-Əsirin verdiyi bilgiyə görə Atsız,Türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd olarkən fəth etmişdir. Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı hərbi səfərə qatıldığı da bildirilir.

Atsız 1127-ci ildə,ciddi bir çətinlklə qarşılaşmadan atasının yerinə keçdi.Hökmdarlığının ilk illərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə,Qaraxanlı Tamqac xanın üsyanı səbəbi ilə Sultan Səncərin 524-cü (1129-1130) ildə Mavəraünnəhrə,1132-ci ildə İraqa,1135-ci ildə də Qəznəyə apardığı hərbi səfərlərə qatıldı.Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişləndirib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə hərbi səfərlər düzənlədi. 527-ci (1132-1133-cü) ildə aşağı Seyhun boylarından Cənd şəhəri üzərinə yürüyüb,buranın qeyri-müsəlman hökmdarını məğlubiyyətə uğratdı və bir çox qənimət ələ keçirdi.Atsızın bu hərbi səfərlərdəki əsl qayəsi və məqsədi isə Türk bozkırlarının insan gücündən əsgərlik sahəsində faydalanmaqdı. Xələfləri də bu siyasəti şüurlu bir şəkildə həyata keçirmişdilər.Bunun nəticəsində İslam aləminin hər yerində birinci sinif əsgər sayılan Türklərin Qıpçaq qolu ilə onların ən yaxın qardaşları olan Qanqlılardan çox sayda oymaqlar əsgəri xidmətə alındılar.Bu da Xarəzmşahlar dövlətinin getdikcə güclənməsində və bu dövlətin Seyhundan Araza qədər uzanan böyük bir imperiya halına gəlməsində ən mühüm ünsürlərdən birini təşkil etdi. Atsız X əsrdən bəri Türkmənlərin yurdu olan Manqışlağı da fəth etmiş, fəqət Türkmənləri əsgərlik xidmətində tutmayaraq sadəcə vergi verən rəiyyət səviyyəsində tutmuşdu.

Başlanğıcda Sultan Səncərə sədaqətlə xidmət edən Atsızın daha sonra ona üsyan etdiyi görünür.Cüveyniyə görə bunun səbəbi, Xarəzmşahı qısqanan və onu çəkə bilməyənlərin sözlərinin təsiri altında qalan Sultan Səncərin Qəznə səfəri sırasında (1135-1136) Atsıza soyuq davranmasıdır.Sultan Səncərin isə Xarəzmşahı, Manqışlaq və Cənd uclarındakı məsum insanların qanlarını tökmək və daima kafirlərlə (yəni qeyri-müsəlman Türklər) savaşan qaziləri yox etməkdə ittiham edirdi. Lakin Sultan Səncərin 1135-ci ildə Abbasi vəziri Xald ibn Nuşirəvana yolladığı məktubda Atsızın Cəndi almasını təbəələrindn birinin bacarığı şəklində göstərdiyi də bilinir.Bununla bərabər əsl səbəb yenə buradan gəlmiş ola bilər.Yəni, Manqışlaq və Cənd tərəflərdən gələn şikayətlərə görə Səlcuq hökmdarı onlara adil davranması üçün Xarəzmşaha təpinmiş. Atsız da buna əsəbləşərək üsyan etmiş ola bilər. Səncərin 1138-ci ildə çoxsaylı bir ordu ilə Xarəzmə yürüdüyünü xəbər alan Atsız,ordugahını Həzarəsb qalasının önündə qurdu.Atsızın ordusunda çox sayda qeyri-müsəlman Türklərə mənsub əsgərlər də vardı.Burada aparılan savaşda (1138) Atsız çox dayana bilməyərək yenildi və savaş meydanını tərk etdi. Əsgərlərinin təqribən 10.000 nəfər öldürüldü,yaralandı və əsir alındı. Əsir alınanlar arasında Atsızın oğlu Atlığ da vardı. Mərhəməti və bağışlayıcılığı ilə tanınmış olan Sultan Səncər savaş meydanında Atlığı iki parça etdirib başını Mavəraünnəhrə göndərdi.Bu, Səncərin Atsıza son dərəcə qızmış olduğunu göstərdiyi kimi,Xarəzm idarəsinin qardaşı oğullarından Süleymana verilməsi də bununla əlaqəlidir. Zəif və qalibiyyətsiz bir şəxs olan Süleyman Atsıza çox müqavimət göstərə bilməyərək çox keçmədən Mərvə,əmisinin yanına döndü. Növbəti il 534-cü (1139-1140) ildə Atsız Buxaraya hücum edib qala divarlarını dağıtdı və şəhərin valisi Zəngi ibn Əlini öldürdü;çox keçmədən də Sultan Səncərə sadiq qalacağına dair and içdi.

Sultan Səncərin Səmərqənd yaxınlığındakı Katvan çölündə Qarakitaylara yenilməsi (1141),onun çox uzun sürən siyasi həyatında yediyi iki böyük zərbədən biridir.Bu məğlubiyyətə görə Mavəraünnəhr buddist Qarakitayların nəzarəti altına keçdi. Atsız da yenidən üsyan edərək Səncərin paytaxtı Mərvi yağmaladı və Nişapurda öz adına xütbə oxutdurdu. Səlcuq sultanı daha sonra özünü topladı və Xarəzmə yürüyərək Mərvdən götürülmüş olan xəzinəni geri aldı, Xarəzmşahlara da yenidən hakimiyyətini qəbul etdirdi 538-ci (1143-1144) il. Güveyninin bildirdiyinə görə Sultan Səncərə qəzəbini davam etdirən Atsız iki ismaili fədaisini Səlcuq hökmdarına sui-qəsd etmək üzrə Mərvə yolladı lakin bu işdə uğurlu olmadı.Bu hadisədən sonra Səncər üçüncü dəfə Xarəzmə gedib Həzarəsbi aldıqdan sonra Xarəzmşahın paytaxtı Ürgəncə yaxınlaşdığı sırada çətin duruma düşən Atsız, Ahupuş adlı dərviş vasitəsiylə özünü Sultan Səncərə əhv tdirdi (1147-1148).Bu hadisədən sonra Atsız artıq Sultan Səncərə qarşı hər hansı bir üsyan hərəkətində ola bilmədi. Girdiyi mübarizələr ona baha başa gəlmiş,bu arada Cənd də əlindən çıxmışdı.Bir müddət sonra Cəndi geri alan Atsız, oğlu El Arslanı buraya qubernator təyin etdi (1152). Növbəti il Sultan Səncər öz eli olan Oğuzlara yenilib əsir düşdü. Sultan Səncərin əmirləri ona vəkalətən bacısının oğlu Qaraxanlılardan Mahmud xanı taxta çıxardılar.Mahmud xan Oğuzlarla girişəcəyi mübarizə üçün,sultanın hüququnu müdafiə edəcəkmiş kimi bir tövr taxınan Atsızdan yardım istədi.Atsız Ürgəncə oğlu Xıtay xanı vəkil buraxıb, digər oğlu El Arslan ilə birlikdə Şəhristanəyə gəldi.Özü hələ burada olarkən Sultan Səncərin əsirlikdən qurtulmuş olduğu xəbərini aldı (aprel 1156); daha sonra Nəsaya vardı və buradan Sultan Səncərə bir məktub yazdı. Xarəzmşah bu məktubunda əsirlikdən qurtulduğu üçün sultanı təbrik edir, tabeliyini bildirirdi.Atsız Sultan Səncərin xidmətində birlikdə hərəkət etmək üçün yuxarıda adı keçən Mahmud xana, Sistan hökmdarına, Qur məlikinə, Mazandaran ispəhbədinə və digərlərinə də məktublar yazmışdı. Sonra Xabuşanda Mahmud xan ilə dostca görüşdü.Qısa bir müddət sonra da sultandan onu məmnun edən bir məktub aldı. Sistan və Qur məliklərinin gəlmələrini gözlədiyi sırada Sultan Səncəri əsir etmiş olan Oğuz bəylərinin ən böyüyü Tuti bəyə bir məktub göndərdi.Bertoldun şərq diplomatiyası üslubunun ən gözəl örnəklərindən biri dediyi bu məktubda onlara sultandan özlərini bağışlamasını rica etmələrini təlqin edir, Mahmud xanın, Sistan və Qur məlikləri ilə özünün sultanın onlara yaşayacaqları bir yurd və ehtiyacları olan şeyləri verməsi üçün şəfaətdə olacaqlarını söyləyirdi. Lakin Atsız bir müddət sonra keçirdiyi bir iflic nəticəsində Xabuşanda vəfat etdi (30 iyul 1156).

Əlaəddin Atsız başda Bartold olmaq üzrə bütün tədqiqatçıların bildirdikləri kimi, Xarəzmşahlar dövlətinin gerçək qurucusudur. Hadisələr onun ağıllı, cəsur, enerjili, qeyrətli və xeyirxah bir hökmdar olduğunu açıqca göstərir.Bitməz tükənməz enerjiyə sahib olaraq daima mübarizə etmək və uğursuzluqlar qarşısında düşkünlük göstərməmək Atsız və xələflərinin, digər bir tədbirlə Xarəzmşahlar xanədanının ən gözəl vəsfidir. Atsız, onlara mərhəmət və şövqət göstərdiyi üçün Xarəzm xalqı tərəfindən sevilirdi. Qaynaqlarda ona “məlik-i adil” deyilməsi bu xüsusiyyətlə əlaqədardır. Sultan Səncərin qardaşı oğlu Süleymanın Xarəzmdə dayana biməməsinin digər mühüm bir səbəbi də budur.

Ardı var

seeBaxış sayı:18
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri