Icma.az
close
up
RU
Qaraxanlılar dövləti

Qaraxanlılar dövləti

Qaraxanlılar Dövləti və ya Qaraxanlılar Xaqanlığının mədəniyyətində və cəmiyyətdə İslam dini əsas rol oynayıb, türk adət-ənənələrinin inkişafına güclü təsir göstərib. Bu dövlətdə Yusif Balasaqun, Mahmud Qaşğarlı, Xoca Əhməd Yasəvi, Əhməd Yuknəki... kimi tanınmış şairlər, alimlər, rəssamlar, sənətkarlar yetişib, türk dilini, ədəbiyyatını və mədəniyyətini inkişaf etdiriblər. X əsrin sonu, XI əsrin əvvəllərində türk xalqlarının tarixində ilk dəfə olaraq Quranın şərhləri olan “Təfsir” türk dilinə məhz Qaraxanlılar dövləti dövründə tərcümə olunub. 

Böyük İpək yolu bu dövlətin ərazisindən keçdiyindən Səmərqənd və Buxara İslam mədəniyyətinin aparıcı mərkəzlərinə çevrilib, bu şəhərlərdə minarələr, məscidlər, karvansaralar tikilib. 

Buxaranın simvoluna çevrilən Kalon minarəsi və ya Böyük Buxara minarəsi 1127-ci ildə Qaraxanlılar dövlətinin hökmdarı Arslan xan tərəfindən tikilən ən qədim məbədlərdən biridir və 900 ilə yaxındır ki, təmir olunmayıb.

1078-1079-cu illərdə Şəmsmülk böyük Rabat Məlik karvansarasını, Buxarada məscid və Şəmsabad sarayını tikdirib. 

Səmərqənddə Qaraxanlılar dövrünün möhtəşəm abidəsi XII əsrdə tikilmiş İbrahim ibn Hüseyn (1178-1202) sarayıdır.

1072-1074-cü illərdə Mahmud Kaş?arl? ?T?rk l?hc?l?ri l???ti?ni t?rtib edib. Ensiklopedik alim bu ?s?rd? t?rk xalqlar?n?n 400-d?n ?ox atalar s?z?, m?s?l, q?hr?manl?q dastan?ndan fraqmentl?r toplay?b. 

M??hur tarix?i alim M?cid?ddin ?s-Surxakati S?m?rq?ndd? Qaraxanl?lar s?lal?sinin tarixini ?ks etdir?n ?T?rk?stan tarixi? ?s?rini yaz?b. 

ğarlı “Türk ləhcələri lüğəti”ni tərtib edib. Ensiklopedik alim bu əsərdə türk xalqlarının 400-dən çox atalar sözü, məsəl, qəhrəmanlıq dastanından fraqmentlər toplayıb. 

Məşhur tarixçi alim Məcidəddin əs-Surxakati Səmərqənddə Qaraxanlılar sülaləsinin tarixini əks etdirən “Türküstan tarixi” əsərini yazıb. 

***

840–1212-ci illərdə Türküstanda mövcud olan Qaraxanlılar dövlətinin rəsmi dili türk dili, ünsiyyət dilləri Qaraxanlı türkcəsi, fars dili olub. Qaraxanlılar dövləti Balxaş gölündən Hindiquş dağlarına qədər olan geniş torpaqları – təqribən 3 milyon kvadratkilometr ərazini əhatə edib.

Şaş (indiki Daşkənd), Talas, İsficab (Çimkənd), Yeddisu bölgəsi, Fərqanə vadisinin bir hissəsi, Ordukənd, yaxud Qaşqar, Yarkənd, Balasaqun, Almalıq, Təklə-Məkan səhrası, Xotən şəhəri, Hindiquş və Qaraqorum dağları arasındakı Gilgit şəhəri Qaraxanlılar dövlətinin ərazilərinə daxil olub.

940-1130-cu illərdə Balasaqun, 1130–1211-ci illərdə Qaşqar, 1040–1212-ci illərdə Səmərqənd, 1141–1212-ci illərdə Uzqen şəhərləri dövlətin paytaxtları olub. 

Dövlətin milli tərkibini uyğurlar, cığataylar, digər türk tayfaları, qara monqollar və s. təşkil edib.

Türk dünyasında İslam dinini ilk dəfə qəbul edən Qaraxanlılar dövlətinin 11 hökmdarı olub. Sonra isə bütün xaqanlıq İslamı qəbul edib. 

Qaraxanlı hökmdarlarının sülaləsi 
qədim Türğişxaqanlar nəslindəndir. Qərbi Göytürk Xaqanlığının son hökmdarları bu nəsildəndir.

Qaraxanlılar dövlətinin böyük hökmdarları:

Qutluq Bilgə Qul Qədir xan, (840–893).

Dövlətin əsasını Qutluq Bilgə Qul Qədir xan qoyb. O özünə “Qara xan”, yəni “Böyük xan” dediyi üçün dövlətin də adı Qaraxanlılar adlandırılıb. 

840-cı ildə Uyğur Xaqanlığı qırğızlar tərəfindən süqut etdirildikdən sonra dövlətdə hərc-mərclik başlayıb, 850-ci ildə isə İsficab şəhərinin hakimi Bilgə Qədir xan qarluqlar tərəfindən xaqan elan olunub. 53 illik hakimiyyəti dövründə Samanilərlə müharibə edib.

Qədir xanın iki oğlu olub: Bazir Arslan xan və Oğulcaq xan. Hər ikisi sonralar xaqanlıq ediblər.

Bazir Arslan xan (893–920), dövlətin II xaqanı. Qutluq Bilgə Qul Qədir xanın oğlu. Bazir Arslan xanın Satıq Buğra xan adlı oğlu olub və o, kiçik xaqan kimi tanınıb.

Oğulcaq xan (893–940), Qaraxanlılar dövlətinin III xaqanı, Qutluq Bilgə Qul Qədir xanın oğlu.  Oğulcaq xanın 47 illik hakimiyyəti  dövründə həyatı münaqişələrdə keçib. O, qardaşı oğlu, şahzadə Satıq Buğranın müsəlman olmasını eşitdikdə ona Tenqri məbədi hazırlamağı əmr edir. Məbəd hazır olduqdan sonra Satıq Buğra xan açıq şəkildə əmisi Oğulcaq xana qarşı çıxır və onu öldürüb taxta yiyələnir. 

Satıq Buğra xan (940–955), dövlətin IV xaqanı, Bazir Arslan xanın oğlu. 
Satıq Buğra xanın Musa Baytaş Buğra xan adlı oğlu olub. 

Satıq Buğra xan 932-ci ildə İslamı qəbul edərək ilk müsəlman Türk xaqanı kimi tarixə düşüb. Bundan sonrakı xaqanlar və xaqanlıq kütləvi surətdə İslamı qəbul edib. Satıq Buğra xanın dövründə İslam dövlətin rəsmi dini elan olunub. Bu, türk və İslam tarixi üçün əhəmiyyətli bir addım olduğundan bu haqda “Satıq Buğra xan” dastanı da yaradılıb. X əsrdə yaşayan ərəb səyyahı və alimi Əhməd ibn Fədlan yazır ki, miladi 960-cı ildə təxminən 200 min çadırlıq Türk dövləti (Qaraxanlılar) İslam dinini qəbul edib. Onun hakimiyyəti dövründə Qaşqar, Fərqanə və Türküstanın bir sıra böyük şəhərləri ələ keçirilib.

Satıq Buğra xan 955-ci idə Artuçda vəfat edib, qəbrinin üstündə böyük türbə tikilib.

Musa Baytaş Buğra xan (955–970), dövlətin V xaqanı, Satıq Buğra xanın oğlu.

15 illik hakimiyyəti illərində Qaraxanlılar dövlətinin ərazisində İslam dininin yayılmasını davam etdirib. Xanzadə Əli xan Qaraxanlı adında oğlu, Xanzadə Nəsr bin Əli xan, Xanzadə Əhməd xan, Xanzadə Mənsur Arslan xan adlı nəvələri olub. 

I Harun Buğra xan (970–993), Qaraxanlılar dövlətinin VI xaqanı, Satıq Buğra xanın nəvəsi. I Harun Buğra xan Mavəraünnəhri ilk fəth edən Qaraxanlı hökmdarı kimi tarixə düşüb. 990-cı ildə İsficabı (indiki Çimkənd), iki il sonra Samanilərin paytaxtı Buxaranı işğal edib. Buğra xan Qaşqara dönərkən 992-ci ildə yolda vəfat edir. 

II Əhməd xan və Yusif Qadir xan adlı oğlanları olub. 

Nəsr bin Əli xan (993–999), Qaraxanlıların VII xaqanı, 993-cü ildə əmisi I Harun Buğra xanın ölümündən sonra taxta çıxıb. Nəsr bin Əli xanın dövründə Qaraxanlılar dövləti Abbasi xəlifəsi tərəfindən İslam dövləti kimi tanınıb.

Nəsr bin Əli xan 999-cu ildə vəfat edib, Məhəmməd xan Qaraxanilı və İbrahim Tamğaç xan adlı övladları olub. 

I Əhməd xan (999–1015), Qaraxanlıların VIII xaqanı, qardaşı Nəsr bin Əli xanın ölümündən sonra hakimiyyətə keçib. 

Mənsur Arslan xan (1015–1024), Qaraxanlılar dövlətinin IX xaqanı. 1015-ci ildə qardaşı Əhməd xanın ölümündən sonra hakimiyyətə gəlib.

II Əhməd xan (1024–1026), Qaraxanlılar dövlətinin X xaqanı. 1024-cü ildə əmisi oğlu Mənsur Arslan xanın ölümündən sonra hakimiyyətə keçib.

Yusif Qadir xan (1026–1041), XI xaqan, Harun Buğra xanın oğlu. Yusif Qadir xan taxta çıxandan sonra hakimiyyət uğrunda gedən müharibələrə son qoyulub, bununla belə Yusif Qadir xan 1032-ci ildə Qaşqarda vəfat etdikdən sonra onun oğlanları və əmisi oğlu Nəsr bin Əli xanın oğlanları arasında hakimiyyət üstündə gedən müharibələr nəhəng Qaraxanlılar dövlətini iki yerə – Şərqi Qaraxanlılar dövlətinə və Qərbi Qaraxanlılar dövlətinə bölüb. 

Şərqi Qaraxanlılar dövləti. 

Qaraxanlılar iki yerə bölündükdən sonra 1032-1211-ci illərdə hökmdarlıq edən türk xanlığı. Dini İslam, dili türk dili. 1032-1130-cu illərdə xanlığın paytaxtı Balasaqun, 1130-1211-cu illərdə Qaşqar olub. Balasaqun isə təntənəli mərasimlər şəhərinə çevrilib. Xanlıqda kargüzarlıq türk və ərəb dillərində aparılıb. 1139-cu ildə xanlıq qarakitayların nəzarətinə keçsə də, dövlət kimi mövcudluğu qalıb. 1141-ci ildə xanlığın qalan hissəsinin paytaxtı Özkənd şəhəri olub.

Qaraxanlılar dövlətində ­Böyük Xaqan kimi tanınan ­Şərəfüddövle ləqəbli Süleyman Arslan xan ­mərkəzi ­Balasaqun və Qaşqar şəhərlərini öz xanlığının tərkibində saxlayıb, qardaşı II Buğra xan Məhəmmədə Taraz ilə İsficabı (Çimkənd), Mahmuda isə Arslan  Tigin ləqəbi ilə ölkənin şərqini verib. Bununla belə torpaq üstündə qardaşlar arasında mübarizə və müharibələr ara verməyib. 

1050-ci illərin əvvəlindən qardaşlar arasında dövlətin sərhədləri, taxt-tac uğrunda müharibələr daha da güclənib. Eyni zamanda, Səlcuqlular və Qəznəvilərlə davamlı toqquşmalar olub.1062-ci ildə Çinin Sonq İmperiyası ilə siyasi və ticarət əlaqələri qurulub. Yalnız 1068-ci ildə Qərbi Qaraxanlılar xanlığı ilə müqavilə bağlanıb və bu müqaviləyə əsasən Seyxun çayı dövlətlər arasında sərhəd olub.

1075–1102-ci illər xanlıqda siyasi, iqtisadi və mədəni yüksəliş dövrü sayılıb. 1102-ci ildə parçalanan iki Qaraxanlı xanlığının birləşdirilməsinə cəhd edilsə də, 1103-cü ildə Səlcuqlulara qarşı döyüşdə Cəbrayıl Qədir xan ölür, bundan sonra köçərilərlə müharibələr nəticəsində dövlətin zəifləməsi prosesi başlayır.  

1128-ci ildə qarakitaylarla müharibələr başlanır, 1130-cu ildə II Xaqan İbrahim müvəqqəti Qərbi Qaraxanlılar xanlığını yenidən fəth edə bilir, bununla belə 2 ildən sonra geri çəkilmək məcburiyyətində qalır. 1133-cü ilə qədər qarakitayların hücumu nəticəsində paytaxt Balasaqunla birlikdə şimal torpaqları da itirilir. 1141-ci ilə qədər Şərqi Qaraxanlılar xanlığı Qaraxanlıların üstünlüyünü tanıyır. 

1178-ci ildə Uzgenli III İbrahim Boqra xan Qərbi Qaraxanlılar xanlığını fəth edir.

1211-ci ildə Qaşqar mülkü ilə birgə Qarakitay xanlığına birləşdirilir. Eyni zamanda, 1209-cu ildə uzgenli Əhməd Qədir xan Xarəzmin üstünlüyünü tanıyır. 1213-cü ildə Mahmud Arslan xanın dövründə Uzgen mülkü ilə birgə Qarakitay dövlətinə birləşdirilir, bununla da Şərqi Qaraxanlılar xanlığının mövcudluğuna son qoyulur.

Balasaqunda Şərqi Qaraxanlılar dövlətinin xanları:

Süleyman Arslan xan (1032–1055).

II Məhəmməd Buğra xan (1055–1057).

I İbrahim Buğra xan (1057–1059).

Mahmud Toğrul xan (1059–1074).

Ömər Toğrul xan (1074–1075).

II Harun Buğra xan (1075–1102).

Cəbrayıl Qədir xan (1102–1103).

Əhməd Arslan xan (1103–1130).

Qaşqarda Şərqi Qaraxanlılar dövlətinin xanları:

II İbrahim Buğra xan (1130–1156).

III Məhəmməd Buğra xan (1156–1180).

II Yusif Tamğaç xan (1180–1205).

IV Məhəmməd Buğra xan (1205-1211).

Özkənddə Şərqi Qaraxanlılar dövlətinin xanları:

Hüseyn xan (1141–1156).

Mahmud xan (1156–1162).

İbrahim Buğra xan (1162–1178).

Əhməd xan (1178–1210).

Mahmud xan (1210–1212).

Şərqi Qaraxanlılar xanlığında Qaraxanlılar dövlətində əvvəllər mövcud olan idarəetmə sistemi qorunub saxlanıb. Bütün məsələlər Divanda (Məclis) həll edilib və Divanın başında Xaqan dayanıb. 

Xanlığın iqtisadiyyatının əsasını əkinçilik, maldarlıq və ticarət təşkil edib. Şəhərlər sürətlə inkişaf yolu tutub, Fərab, Kazıkurt kimi yeni şəhərlər tikilib. Çinlə güclü iqtisadi əlaqələrin qurulması ticarətin inkişafına meydan açıb.  

 Qərbi Qaraxanlılar dövləti və ya Qərbi Qaraxanlılar xaqanlığı. Dövlət 1040-1212-ci illərdə fəaliyyət göstərib, paytaxtı əvvəl Özkənd, sonra Səmərqənd olub. 

Türküstanda Qaraxanlılar dövlətində hakimiyyət uğrunda gedən qarşıdurma zəminində dövlətin Şərq və Qərb xanlıqlarına parçalanması nəticəsində yaranan türk dövləti. Qərbi Qaraxanlılar dövlətinin banisi İbrahim Nəsr Tabqaç xan sayılır, 1040-1068-cı illərdə xaqan olub.

Nəsr Tabqaç xanın dövründə dövlətin inkişaf dövrü başlanıb. Sonra Nəsr Tabqaç xanın oğlu Şəmsmülk Nəsr xan (1068-1080) atasının siyasətini davam etdirib.  

Şəmsmülkün varisi Xızır xan Qaraxanlı 1080-1087-ci illərdə hakimiyyətdə olub.

Mavəraünnəhr ərazisi və Fərqanənin qərb hissəsi Qərbi Qaraxanlılar xaqanlığının tərkibinə daxil olub. Xaqanlıq arasındakı sərhəd Sırdəryadan keçib və bu torpaqlar uğrunda onlar arasında daim mübarizə gedib. 

1089-cu ildə Səlcuq sultanı Məlik şah böyük bir ordu ilə Səmərqənd şəhərini işğal edir.  Bununla da Qərbi Qaraxanlılar dövləti Böyük Səlcuqi İmperiyasının  hakimiyyəti altına girməyə məcbur olur. 

Qərbi Qaraxanlılar dövlətinin xanları:

I Nəsr xan (999 - 1012).

Əhməd xan (1012 - 1016).

Məhəmməd  xan (1016 – 1024).

Əli-tegin xan ( 1024 - 1034).

Yusif xan (1034).

Hüseyn xan (1034 - 1038).

Məhəmməd xan (1038 - 1040).

İbrahim Nəsr Tabqaç xan (1040 - 1068).

Şəmsmülk xan (1068 - 1080).

Xızır xan (1080 - 1087).

Əbülmüzəffər Əhməd xan  (1087 - 1095).

Mahmud xan (1095 - 1097).

Süleyman-Təkin xan (1097 - 1098).

Cəbrayıl Qədir xan (1098 - 1102).

Məhəmməd tegin xan (1102 - 1129).

III Nəsr xan (1129).

Əhməd xan (1129 - 1130, 1132).

II İbrahim Buğra xan (1130 - 1132, 1141 - 1156).

III Mahmud xan (1132 - 1141).

Əli xan ( 1156 - 1163).

Məsud xan (1163 - 1178).

III İbrahim Boğra xan (1178 - 1201).

Osman İbrahim xan (1201 - 1212).

XII əsrin ortalarından başlayaraq hakimiyyət uğrunda hökmdarların daxili müharibələri  Qərbi Qaraxanlılar dövlətini zəiflətməyə başlayır. 1156-cı ildə hakimiyyət Həsənilər sülaləsinin əlinə keçir. Qərb qanadının sonuncu xaqanı Osman İbrahim xan 1212-ci ildə vəfat edir, XIII əsrin əvvəllərində Qaraxanlılar sülaləsinin hakimiyyəti sona çatır. Bununla da tarixdə, ümumilikdə, 372 il yaşayan, dünyaya meydan oxuyan böyük Qaraxanlılar Dövləti tarixin səhnəsindən silinir.  

Qulu KƏNGƏRLİ, 
XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri