Icma.az
close
up
RU
Xaricdə attestatla təhsil tələsi: Təkcə Türkiyədə 50 minə yaxın azərbaycanlı...

Xaricdə attestatla təhsil tələsi: Təkcə Türkiyədə 50 minə yaxın azərbaycanlı...

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ali məktəblərə qəbul olan məzunlar tələbə adını qazanmalarına görə nə qədər sevindilərsə, bu siyahıda yer almayanlar da bir o qədər kədərləndilər. İmtahanlarda kəsilənlərin əksəriyyəti ənənəvi olaraq "xaricdə attestatla təhsil” almaq yolunu seçirlər. Bu seçim get-gedə kütləvi xarakter alır. Gənclərimiz orta ixtisas və ya peşə təhsilinə yönələ, həmçinin qəbul imtahanlarına daha ciddi hazırlaşaraq, növbəti ildə istədikləri nəticəni əldə edə biləcəkləri, yəni daha məntiqli addım ata biləcəkləri halda bilərəkdən özlərini tələyə salırlar.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bu günlərdə abituriyentlərə və onların valideynlərinə müraciəti də gələcəkdə yaranacaq problemlərin qarşısını almağa yönəlib. Çünki onlar diplomun tanınmaması, təhsilin yarımçıq qalması və s. ciddi fəsadlarla üz-üzə qalırlar. Agentliyin müraciəti də valideyn və abituriyentləri ayıq-sayıq olmağa çağırır: "Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən bir sıra mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir elana inanmamaq və asan yollara əl atmamaqdır. Bu məsələyə etinasız və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır”. Problem millət vəkillərini də, təhsil mütəxəssislərini də narahat edir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov dedi ki, ümumiyyətlə bu tendensiya illərdir mövcuddur: "Təəssüf ki, bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də dəllallıqla məşğul olanlar var. Onlar davamlı olaraq xaricdə attestatla qəbulla bağlı elanlar yayır, gənclərimizi xaricə oxumaq üçün göndərirlər. Bir sıra hallarda insanları aldadır, onları düzgün məlumatlandırmırlar. Hazırkı dövrdə belə universitetlərin sayı artıb. Nəticədə gənclərin bir hissəsi sonrakı dönəmlərdə ciddi problemlərlə üzləşirlər. Bizim də tövsiyəmiz ondan ibarətdir ki, valideynlər və gənclər belə elanlara aldanmamalı, ehtiyatlı olmalı, bu cür dəllalların qurbanı olmamalıdırlar”. Millət vəkili bildirir ki, xaricdə bu yolla təhsil alan gənclərin əksəriyyəti ölkəyə qayıtdıqdan sonra ciddi problemlə üzləşirlər. Bəziləri Azərbaycan universitetlərinə transfer olunmaq istəsələr də, bu, alınmır. Gələcəkdə onların diplomlarının tanınması ilə bağlı da ciddi problemlər yaranır: "Gənclər Azərbaycanda həm diplomlarını tanıda, həm də iş tapa bilmirlər. Onların bir hissəsi də universitetdə təhsillərini bitirib qayıda bimirlər”.

Deputatın fikrincə, bəzən valideynlər övladlarını hərbi xidmətdən yayındırmaq üçün, bəzən də həddən artıq ali təhsilə meyl etdiklərindən bu addımı atırlar: "Təbii ki, ali təhsil almaq yaxşıdır, amma əgər uşağın potensialı yoxdursa, ali təhsilə yönəlməsi gələcəkdə valideynlər üçün problem yaradacaq. Artıq ali məktəblərə qəbul bitmək üzrədir. Xaricdə təhsilə yönləndirənlər bilirlər ki, Azərbaycan universitetlərinə qəbul ola bilməyən gənclərin bir qismi öz istəkləri və ya valideynlərinin təkidi və təşviqi ilə xaricdə oxumağa yönəlirlər. Təkcə Türkiyədə 50 minə yaxın azərbaycanlı gənc təhsil alır. Bu, kifayət qədər böyük rəqəmdir. Onların çoxu da diplomla təhsil alanlardır və əksəriyyəti sonrakı dövrdə ciddi çətinliklər yaşayırlar. Ona görə biz ciddi şəkildə valideynlərə tövsiyə edirik ki, tələsməsinlər. Əgər uşaq ali təhsil ala bilmirsə, peşə təhsili ala bilər. Valideynlər dövlət qurumlarının çağırışlarına əməl etməlidirlər. Onlar övladlarını göndərdikləri universitetləri ciddi şəkildə araşdırıb bu ali məktəblərin gələcəkdə nə dərəcədə övladlarına faydalı ola biləcəyinə əmin olmalıdırlar. Valideynlər çalışmalıdırlar ki, bu cür tələlərə düşməsinlər. Əgər tələbələr qayıdıb ölkədə işləmək istəyirlərsə, bu məqamlara diqqət yetirməlidirlər”. Millət vəkili bildirir ki, həmin gənclər ölkəyə döndükdən sonra diplomlarını təsdiqlədə bilmirlər və ondan sonra dövlətdən narazı qalırlar: "Əslində bu məsələdə günah dövlətdə deyil. Hesab edirəm ki, vətəndaşlarımız maksimal dərəcədə diqqətli olmalıdırlar. Hər ali məktəbdə təhsil almaq olmaz. Öz ölkəmizdə də yaxşı universitetlər var. Gənclər peşə təhsilinə üz tutsalar, bu, onların gələcəkdə uğur qazanması üçün də önəmli seçim olar”.

ADA Universitetinin professoru Gülməmməd Məmmədov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xəbərdarlığını vacib hesab edir: "Xaricdə akkreditasiyadan keçməmiş, öz ölkələrində tanınmayan universitetlər tələbələri qəbul edir, onlara diplomlar verirlər. Bizim dövlətin də müəyyən şərtləri var. Diplomlar müəyyən çərçivələr daxilində tanınmalıdır”.

G.Məmmədovun fikrincə, bizim cəmiyyətdə attestatla qəbula mənfi baxılır, amma xaricdə kifayət qədər nüfuzlu universitetlər də var ki, tələbələri bu sənədlə qəbul edirlər: "Bu, "Açıq qapı” prinsipi ilə həyata keçirilir. Tələbələr təhsil aldıqları müddətdə ödəniş edərək, dərslərə davam edirlər. Dərslərdən müvəffəqiyyətlə keçəndə kreditlər toplayıb sonda o şərtlərə cavab versələr, diplom alırlar. Amma bunu edən universitetlər əslində yüksək etik standartlarla fəaliyyət göstərən ali məktəblər olmalıdır ki, onların tədris prosesinə etibar edəsən. Bütün universitetlər isə belə deyil. Tələbə hansısa dolayı yollarla qiymət ala bilərsə, universitetin belə tələbə qəbul etməsi yaxşı hal deyil. Ona görə valideyn və abituriyentlər diqqətli olmalıdırlar”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Avqust 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri