Icma.az
close
up
RU
® Xaricdə əmlak və ya biznes üçün faydalı 5 vergi planlama üsulu

® Xaricdə əmlak və ya biznes üçün faydalı 5 vergi planlama üsulu

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pulun və şəxslərin hərəkəti qloballaşdıqca xaricdə əmlakın alınması, bizneslərin qurulması da sürətlənməkdədir. Bu proseslər Azərbaycan üçün də aktualdır. Belə ki, son illərdə Azərbaycan vətəndaşları müxtəlif Avropa ölkələrində, Türkiyədə, ərəbdilli dövlətlərdə, hətta uzaq ABŞ, Kanada və Çində əmlak alır, satır və ya əmlak icarəyə verərək gəlir əldə edir, şirkətlər qurur, şirkətlərdən divident və əməkhaqqı alırlar.

Bir çox halda yanlış olaraq elə fikir yaranır ki, bu əməliyyatlar xaricdə baş verdiyinə görə Azərbaycanda vergi öhdəliyinə səbəb ola bilməz. Digər yanlış ehtimal budur ki, hansısa vergi yaransa belə, burada vergi orqanlarının bundan xəbərdar olması və hansısa hüquqi addım atması qeyri-mümkündür. Bu yanlış fikir və ehtimallar isə nəticədə yığılmış və ödənilməli vergilərdən başqa əlavə sanksiyaya, hətta cinayət məsuliyyətinə belə səbəb ola bilər.

Vergi planlamasının üstünlükləri

Doğru vergi planlamasının aşağıdakı üstünlükləri var:

• yanlış qərarlardan yaranmış əlavə vergi kimi problemlərdən uzaq olmaq;

• vergi məbləğini optimal həddə saxlamaq, real vəsaitə qənaət etmək;

• xərcləri düzgün proqnozlaşdırmaq və doğru iqtisadi qərarlar vermək;

• ödənilməmiş vergiyə görə iriməbləğli cərimə və faizlərə məruz qalmamaq;

• hər hansı riskli məqam üçün şəxsi məsuliyyəti azaltmaq, şəxsi əmlakları iddialardan və risklərdən qorumaq.

Vergi planlaması üçün 5 üsul:

Təcrübədə bir çox hüquq və vergi planlama üsulları ilə yuxarıdakı məqsədlərə nail olunur. Biz aşağıda ən geniş yayılmış üsullardan beşini izah edirik:

1. Azərbaycan Respublikası ilə ikiqat vergitutmanın aradan qaldırılması sazişi olan dövlətləri müəyyən edərək bu sazişlərdəki güzəşt və azadolmalardan faydalanmaq;

2. Divident və kapital gəlirləri üzrə vergiləri optimallaşdırmaq üçün şirkətin baş ofisini bu fəaliyyətə ən uyğun olan dövlətlərdə qurmaq;

3. Əlavə vergi tətbiq edilən ofşor zonalardan uzaq durmaq (bu dövlətlərin siyahısı mütəmadi dəyişdiyindən qüvvədə olan siyahını müntəzəm nəzərdə saxlamaq lazımdır);

4. Fiziki şəxslər üçün aşağı vergi müəyyən edən dövlətlərdə olma müddətini tənzimləyərək ən uyğun xarici dövlətin vergi rezidenti olmaq (səyahətlər, ölkədə olma müddətləri xaricdə vergi rezidentliyini birbaşa müəyyən etdiyindən fərdi şəxs kimi vergilər, məsələn, əmək haqqı, fərdi investisiya və sahibkarlıq gəlirləri fərdi vergi rezidentliyindən asılı olaraq dəyişəcək);

5. Biznes fəaliyyəti üçün zəruri olan əqli mülkiyyət, yəni, əmtəə və ticarət nişanları, patentlər, müəllif haqlarını xarici dövlətdə qeydiyyatdan keçirməklə əqli mülkiyyət üçün güzəşt nəzərdə tutan dövlətlərin vergi qanunlarından faydalanmaq.

CLC komandası beynəlxalq reytinqli və xarici təhsilli komandası ilə sizə beynəlxalq vergi planlaması xidmətləri təqdim edir. International Tax Review  tərəfindən MDB üzrə ilin vergi şirkəti seçilmiş CLC Tax komandası ilə əlaqə saxlamaq üçün vasitələr: [email protected]  +994 50 289 89 73 (mobil və votsap).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see268

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see261

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see250

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see189

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see138

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see129

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see126

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see126

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see125

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri