Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

ABŞ sülhə nail olmaq istəyir, Aİ tələblərini irəli sürür

ABŞ sülhə nail olmaq istəyir, Aİ tələblərini irəli sürür

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna - Rusiya müharibəsinin gələcək taleyi sual altında...

Ukrayna-Rusiya müharibəsinin dayandırılması istiqamətində aparılan sülh təşəbbüsləri prosesi müəyyən məsafə qət edib. Avqustda baş tutan Alyaska görüşündən sonra ABŞ-ın fəal şəkildə bu prosesə qoşulması vəziyyətin düzələcəyi ilə bağlı ümidlər yaradıb - qeyd edək ki, son günlər bir sıra masalarda artıq sülh planlarının müzakirəsi aparılmaqdadır. Bəlli olduğu kimi, bir neçə gün öncə Cenevrədə ABŞ-ın və Aİ-nin tənzimləmə ilə bağlı sülh planlarının müzakirəsi olub. Aİ-nin sülh planı komplekt şəkildə kənara qoyulub - ABŞ-ın sülh planında isə müəyyən dəyişikliklər edilib. Ardından Əbu-Dabidə Rusiya və ABŞ nümayəndələri arasında görüş baş tutub. Bu cür gərgin trafikin hansı nəticələrə yol açacağını isə zaman göstərəcək. Vurğulandığı kimi, Aİ-nin sülh planının aktuallığını itirməsi kontingentin prosesə münasibətinə də təsir göstərib. Vurğulayaq ki, Cenevrə görüşündən sonra Avropa liderləri “könüllülər koalisiyası”nın iclasını keçiriblər. Amma diqqət çəkən nəticələrdən çox, ritorikalar olub.

“İstəkli ölkələr koalisiyası”nın istəkləri: Kiyevin maliyyələşdirilməsi üçün...

Fransa prezidenti Emmanuel Makron bildirib ki, “istəkli ölkələr koalisiyası” yaxın gələcəkdə Kiyev üçün təhlükəsizlik zəmanətləri hazırlamaq məqsədilə ABŞ ilə birgə işçi qrupu yaratmaq niyyətindədir. “Sabahdan etibarən bir çox məsələlərdə əsas rol oynayan Türkiyə ilə sıx əməkdaşlıq çərçivəsində və ilk dəfə olaraq ABŞ-ın iştirakı ilə Fransa və Birləşmiş Krallığın rəhbərlik etdiyi işçi qrupu yaratmaq qərarına gəlmişik”, - deyə Makron görüşdən sonra bildirib. Daha sonra Britaniya, Fransa və Almaniya liderləri ABŞ Dövlət katibi Marko Rubio ilə Kiyev üçün təhlükəsizlik zəmanətləri üzərində işi sürətləndirmək barədə razılığa gəldiklərini açıqlayıblar. Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən yayılan sənəddə qeyd olunur ki, “Onlar hərbi departamentlərinə bu sahədə ümumi planlaşdırma işlərini başa çatdırmağı tapşırıblar”. “Könüllülər koalisiyası”nın iclasının ardından avropalılar illərdir onları narahat edən dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı bəyanat veriblər. Avropa siyasətçiləri rəsmi Kiyevin maliyyələşdirilməsi üçün “dondurulmuş Rusiya aktivlərinin tam istifadəsini” təmin etmək öhdəliklərini təkrarlayıblar. Qeyd edək ki, bu təklif bir müddət öncə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin açıqlamasında da öz əksini tapmışdı. Fon der Leyen Rusiya aktivlərinin müsadirəsini müzakirə etmək niyyətində olduğunu açıqlamışdı - Avropa rəsmisi bildirmişdi ki, “istəkli ölkələr koalisiyası” müzakirəsinin əsas məqamı Ukraynanın Rusiya aktivlərindən istifadə etməklə maliyyələşdirilməsi məsələsi olacaq.

Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Zəng “istəkli ölkələr koalisiyası”nın iclası ərəfəsində baş tutub. Tərəflər Cenevrədə keçirilən danışıqlar və sonrakı diplomatik təmaslar fonunda Ukrayna üçün ədalətli və davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayıblar. Baş nazir Birləşmiş Krallığın bu prosesdə Ukraynanı tam dəstəkləməyə davam edəcəyini bildirib. Hər iki lider yaxın vaxtlarda yenidən danışmaq barədə razılığa gəlib.

Almaniya Kansleri Fridrix Mertslə də Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Almaniya hökumətinin sözçüsü Stefan Kornelius bildirib ki, telefon söhbətində liderlər müharibənin dayandırılması barədə Cenevrədə aparılmış danışıqlar prosesinin gedişini müzakirə ediblər.

Kansler Fridrix Merts görüşdən sonra “X” platformasındakı paylaşımında bildirib: “Biz Ukraynanı dəstəkləməkdə davam edirik. Biz atəşkəsə mümkün qədər tez nail olmaq, Ukrayna üçün ədalətli və dayanıqlı sülh, Avropa üçün isə təhlükəsizlik istəyirik. Avropanın maraqlarına və suverenliyinə təsir edən istənilən plan Avropanın razılığını tələb edir. Avropa qətiyyətli və birlik içindədir”.

“İstəkli ölkələr koalisiyası”nın başqa bir üzvü Fransa prezidenti Emmanuel Makron isə Ukrayna ordusunun sayı ilə bağlı istənilən məhdudiyyətə qarşı olduğunu bəyan edib. Emmanuel Makron RTL radiosunun efirində Ukrayna ordusunun sayı ilə bağlı məhdudiyyətlərə ehtiyacın olmadığını deyib. “Təhlükəsizliyin əsas təminatı Ukrayna ordusunun regenerasiyasıdır. Ukraynanın müdafiəsi üçün lazım olan ilk amil onun öz ordusudur. Son günlər Cenevrədə bütün müzakirələr Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasına yönəlib”, - deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, Rusiya Ukrayna ordusunun ixtisar edilməsinə çalışır: “Bu, Moskvanın hələ 2022-ci ilin yazında İstanbul danışıqlarında, Ukrayna ordusunun sayının 50-60 min nəfərlə məhdudlaşdırılmalı olduğunda israr edərkən aydın görünürdü”, - deyə Fransa lideri vurğulayıb.

İstanbul prosesi bərpa olunsun: Moskva və Kiyevlə müzakirələr aparılır

Avropa düşdüyü çətin vəziyyətdən çıxmaq üçün yenidən üzünü Türkiyəyə tutur. Bu ağır məqamda, xüsusilə Qərb koalisiyasının içində çatların müşahidə olunduğu dövrdə kontingent yeni qlobal oyunçu kimi Ankaranın vəziyyətə müdaxilə etməsini labüd sayır. Bu da təsadüfi deyil - nəzərə alınmalıdır ki, Qəzza ilə bağlı sülh planında zəmanət verən tərəflərdən biri məhz Türkiyədir. 

Yeri gəlmişkən, noyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya dəstək məqsədilə yaradılmış “istəkli ölkələr koalisiyası”nın videokonfrans formatındakı liderlər zirvəsində iştirak edib. 35 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən görüş zamanı Ukrayna-Rusiya müharibəsindəki son vəziyyət, döyüşlərin dayandırılması istiqamətində atılacaq addımlar və sülh təşəbbüsləri müzakirə olunub.

Mətbuata qapalı keçirilən zirvənin yekunlarına dair açıqlama verən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran bildirib ki, Prezident Ərdoğan tədbir iştirakçılarına rəsmi Ankaranın münaqişə ilə bağlı mövqeyini çatdırıb. Türkiyə liderinin sözlərinə görə, Ankara ədalətli və uzunmüddətli sülhün tezliklə bərqərar olması üçün diplomatik səylərini davam etdirir və bu məqsədlə tərəfləri birbaşa danışıqlara sövq edir.

Prezident qeyd edib ki, Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçirilə bilər. Türkiyə tərəfi bu istiqamətdə həm Moskva, həm də Kiyevlə müzakirələri davam etdirir. Türkiyə lideri bildirib ki, enerji sektoru və limanları da əhatə edəcək atəşkəs razılaşması genişmiqyaslı sülh müqaviləsinin müzakirəsi baxımından əlverişli şərait yarada bilər.

Tramp: Ukrayna bəzi ərazilərdən imtina etməlidir, əks halda...

Beynəlxalq mətbuatın yazdığına görə, ABŞ-ın sülh planınında bütün Donetsk bölgəsinin Rusiyaya təslim edilməsi, ABŞ-ın Krım və Donbası Rusiya əraziləri kimi tanıması, Zaporojye və Xerson bölgələrində cəbhə xəttinin dondurulması nəzərdə tutulur. Tramp administrasiyası Donbas ərazisinin - yəni Ukraynanın könüllü olaraq geri çəkiləcəyi Donetsk və Luqansk bölgələrinin - Rusiyanın nəzarətinə verilməsini, eyni zamanda silahsızlaşdırılmış zonaya çevrilməsini təklif edir. “Axios”un məlumatına görə, ABŞ özü və Avropa müttəfiqləri üçün Krım və Donbası rəsmi olaraq Rusiya əraziləri kimi tanımağa söz verir, lakin Ukraynanı buna məcbur etməyəcək. 

Sənəddə həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının 50 faiz azaldılması, respublikada xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulması,  Moskva və Sankt-Peterburqdan Kiyevə çata bilən uzun mənzilli silahların tədarükünə məhdudiyyətlər tətbiq edilməsi nəzərdə tutulur. Başqa bir bənddə Ukraynanın “ən azı bir neçə il” NATO-ya qoşulmaqdan imtina etməsi də qeyd edilir. Bütün bu güzəştlər müqabilində ABŞ Ukraynaya və Avropaya təhlükəsizlik zəmanətləri təklif edir - lakin bu zəmanətlərin mahiyyəti dəqiq bəlli deyil.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, sülh razılaşmasına nail olmaq üçün Ukrayna bəzi ərazilərdən imtina etməlidir, əks halda bu əraziləri bir neçə ay ərzində itirə bilər. ABŞ lideri bunu Floridaya gedərkən təyyarəsində jurnalistlərlə söhbətində deyib. “Baxın, hər şey bir istiqamətdə gedir. Nəhayət, yaxın bir neçə ay ərzində bu torpaqlar Rusiyanın əlinə keçə bilər. Deməli, ya döyüşüb daha 50-60 min insan itirmək istəyirsiniz, ya da elə indi nəsə etmək istəyirsiniz”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib: “Bu müharibə illərlə davam edə bilər və Rusiyanın daha çox insan və hərbi resursu var. Ona görə mən hesab edirəm ki, Ukrayna saziş bağlaya bilsə, bu, yaxşı olardı. Düşünürəm ki, bu, hər iki tərəf üçün əla seçim olar”.

CNN mənbələrə istinadla məlumat yayıb ki, Amerika administrasiyası Moskva və Kiyevi nizamlanma prosesini müzakirə etmək öhdəliyinə inandırmaq üçün Ukrayna ilə bağlı danışıqlarda bilərəkdən daha nikbin ritorikadan istifadə edir. Məlumata görə, Vaşinqtonun strategiyası “etimad mühitinin bərpası” konsepsiyasına əsaslanır. Bu yanaşma riskləri artırsa da, tərəflərin danışıqlardan geri çəkilməsini çətinləşdirir. CNN qeyd edir ki, ABŞ rəsmiləri Rusiya və Ukraynanı atəşkəs razılaşmasına razı salmaq üçün mövcud diplomatik dinamikanı maksimum dərəcədə istifadə etməyə çalışırlar. Bununla belə, Amerika rəsmiləri razılığın əldə olunması üçün hələ çox iş görülməli olduğunu da etiraf edirlər.

Proses isə davam edir - ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner gələn həftə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər. Trampın sözlərinə görə, Kuşner Ukraynada sülh prosesində iştirak edir və Uitkoffla birlikdə danışıqlar üçün Rusiyaya “yüksək ehtimalla” səfər edəcək. “Məncə, onlar gələn həftə Moskvada Prezident Putinlə görüşəcəklər”, - deyə ABŞ Prezidenti qeyd edib.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla müntəzəm ünsiyyət qurur, lakin bu söhbətlərin detalları barədə açıqlama vermək niyyətində deyil. “Uitkoffla tez-tez danışırıq. Amma məzmununu şərh etmirəm”, - Uşakov bildirib.

Uşakov mətbuata açıqlamasında Stiv Vitkoffun Moskvaya səfər etməyi planlaşdırdığını deyib.

Ukrayna NATO-dan imtina edəcəkmi?

Bəlli olduğu kimi, ABŞ-ın sülh planında Ukraynanın “ən azı bir neçə il” NATO-ya qoşulmaqdan imtina etməsi də yer alır. Amma deyəsən, Kiyev bu öhdəliyi üzərinə götürmək fikrində deyil. Belə ki, “AXİOS”a müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukraynanın NATO-ya üzvlüklə bağlı konstitusiyadan irəli gələn öhdəliyindən imtina etməyəcəyini bildirib. “Ukrayna gələcəkdə NATO-ya doğru irəliləməklə bağlı konstitusion öhdəliyindən imtina etməyəcək, lakin hazırda biz reallıqda yaşayırıq. Biz NATO-da deyilik”, - deyə o vurğulayıb. Yermak bildirib ki, Kiyevin alyansa qoşulmaq istəyi konstitusiya öhdəliyidir. Ölkənin Aİ və NATO-ya sadiqliyini təsbit edən qanun 2019-cu ildə qüvvəyə minib. Bu sənədə əsasən, Ukrayna Prezidenti “dövlətin Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tamhüquqlu üzvlüyə doğru strateji kursunun həyata keçirilməsinin qarantı” hesab edilir.

Bundan əlavə, Yermak Donald Trampın Ukraynada müharibəni bitirmək üçün hazırladığı 28 bəndlik sülh planının qəbuledilməz olduğunu, lakin artıq keçmişdə qaldığını qeyd edib.

Xatırladaq ki, ilkin mərhələdə Ukrayna tərəfindən qəbul edilməyən 28 bəndlik plandan 9 bənd çıxarılıb. 

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri