Xaricdə gizlənirdi, yeri belə müəyyən edildi Azərbaycana gətirildi
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Beynəlxalq axtarışda olan və dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşı Polşa Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib.
Bu barədə "Yeni Sabah"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən şəxsin yeri Polşada müəyyənləşdirilib və oktyabrın 1-də onun Azərbaycana ekstradisiyası həyata keçirilib. Marqarita pizza
Söhbət 2023-cü ildə tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək, zərərçəkmiş şəxslərə yalan vədlər verməklə onlara külli miqdarda ziyan vurmaqda ittiham olunan Rüstəmov Zirəddin Elçin oğlundan gedir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir.
Baş Prokurorluğun sorğusu və aparılan danışıqlar nəticəsində onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Rüstəmov Zirəddin Elçin oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Polşanın Varşava şəhərindən Azərbaycana gətirilib.
Məhkəmənin həbs qərarına əsasən, o, müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışda olan şəxslərin tutulması və Azərbaycana gətirilməsi istiqamətində tədbirlərin davam etdirildiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 01 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















