Yeraltı keçidlərin pandusları velosipedçilər üçün yararsızdır BLOGER QURUMLARI TƏNQİD ETDİ VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda nəqliyyatın sıxlığı və günün pik saatlarında yaranan tıxaclar piyadalar üçün ciddi çətinliklər yaradır. Bu səbəbdən insanlar yerüstü və yeraltı piyada keçidlərindən istifadə edir. Lakin bu keçidlərin tikiliş forması uşaqlı piyadalar üçün, xüsusilə uşaq arabası ilə hərəkət edənlər üçün ciddi problemlər yaradır. Eyni zamanda, velosiped sürənlər də bu keçidlərdən istifadə edərkən çətinliklərlə üzləşirlər.
Avtosfer.az xəbər verir ki, bloger Anar Əliyev Nefçilər prospektində yerləşən yeraltı keçiddəki pandusdan istifadə edərək keçməyə çalışarkən çəkdiyi görüntüləri paylaşıb. Videodan məlum olur ki, həm velosipedi aşağı endirmək, həm də yenidən qaldırmaq olduqca çətin və təhlükəlidir.
Anar Əliyev bildirib ki, belə keçidlər şəhər üçün ziyanlıdır və təhlükəsizlik baxımından, həmçinin avtomobillərin fasiləsiz hərəkətini təmin etmək məqsədilə yalnız magistral yollarda tətbiq olunmalıdır:
Blogerin fikrincə, şəhər küçələri magistral yol deyil və burada belə keçidlərin tətbiqi köhnə yanaşmadır.
Buna baxmayaraq, Nefçilər prospektindəki piyada keçidi qalmalıdır, çünki onun əlçatan alternativi mövcud deyil və piyadaların təhlükəsizliyini təmin etmək baxımından önəmlidir”.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 May 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















