Icma.az
close
up
RU
Xaricdə təhsil adı ilə dələduzluq: Anar Xəlilov yenidən həbs edilə bilər?

Xaricdə təhsil adı ilə dələduzluq: Anar Xəlilov yenidən həbs edilə bilər?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Ali Məhkəmədə xaricdə təhsil və iş üzrə "Smart Business Group” şirkətinin direktoru Anar Xəlilovun barəsində olan cinayət işinə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirməkdə ittiham olunur.

İstintaq materiallarına əsasən, A.Xəlilov aldatdığı insanlara xaricdə yüz faiz zəmanətlə təhsil vəd edib. O, vətəndaşları inandırmaq üçün yaratdığı internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi və ekspert kimi təqdim edib. Eyni zamanda, xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik "Azər Əliyev" təhsil şirkətinin icraçı direktoru olduğunu iddia edib. Lakin Anar Xəlilovun etibarlı tərəfdaş kimi qələmə verdiyi şirkət dövlət qeydiyyatına alınmayıb, reyestrə daxil edilməyib.

Anar Xəlilov müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verib.

İttihama görə, Anar Xəlilov 4 nəfərə qarşı dələduzluq edib. Onlardan birini "Ondokuz Mayıs” universitetində "tibb” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə vəd edib və 6 min 500 manatını alıb. O, digər zərərçəkmişləri də həmin universitetin müxtəlif fakültələrinə qəbul etdirəcəyi adı ilə dələduzluq edib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Anar Xəlilov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, 2013-cü ildən etibarən fərdi sahibkar kimi fəaliyyətə başlayıb, təhsilə yardım sahəsində sahibkar kimi qeydiyyatdan keçib: "İş üzrə adı keçən zərərçəkmiş şəxslərlə öz imzam və möhürüm ilə müqavilə bağlamışam. Cinayət işinin materiallarında guya özümü Azər Əliyev kimi təqdim edərək müştərilərlə müqavilə bağladığım göstərilir. Bəzi günlər ərzində 30-a yaxın müqavilə bağlanmış və fiziki cəhətdən bunu çatdırmağı mümkün olmadığından Azər Əliyev adlı işçisi printerdən çap olunmuş mənim imzam və möhürüm olan müqavilələrlə müqavilə bağlayıb. Bundan başqa "Xəzər”, Space” və başqa telekanallarda olan verilişlərdə dəfələrlə şirkətin rəhbəri kimi iştirak etmişəm. Şirkətim ilə müştərilər arasında 10 il ərzində yüzlərlə müqavilə imzalanıb. Həmin müqavilələr imzalandıqdan sonra bizim çalışdığımız yerdə yerləşən "Şəfəq” tərcümə mərkəzinə göndərilib. Oradan da notarial qaydada da təsdiqlənmək üçün notariusa təqdim olunub”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Xəlilov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, ittiham üzrə ümumi ziyanı tam ödədiyini və ziyanın 50 faiz məbləğində dövlət büdcəsinə ödəniş edildiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin halın nəzərə alınmadığını, ailənin yeganə oğul övladı olduğunu, atasının orqan çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyini və ölüm ayağında olduğunu göstərib. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunub. Apellyasiya şikayətini araşdıran hakimlər heyəti Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsini rəhbər tutaraq Anar Xəlilovu cinayət məsuliyyətindən azad edib və cinayət işinə xitam verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bu qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində ağırlaşdırıcı halların müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apellyasiya məhkəməsinə qaytarılması barədə qərar verilməsini istəyib.

Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, protest təmin olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılıb.

Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə başlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 May 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri