Icma.az
close
up
RU
Xaricdə təhsil alan bəzi məzunların diplomu təsdiq olunmur, nəticədə adi kağız parçasına çevrilir

Xaricdə təhsil alan bəzi məzunların diplomu təsdiq olunmur, nəticədə adi kağız parçasına çevrilir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomların tanınması ilə bağlı məlumat açıqlayıb. Qeyd olunur ki, oktyabr ayı üzrə 665 müraciətçinin 540-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 125 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.Diplomu tanınmayan məzunların aqibəti necə olacaq?

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "diplomların tanınması" ilə bağlı yaydığı məlumatları izləyir, Təhsildə Keyfiyyət Təminatı Agentliyi qanunvericilik və müəyyən edilmiş normalar çərçivəsində diplomların tanınması ilə bağlı münasibətini ifadə edir. Ekspert bildirib ki, xarici diplomların tanınması üzrə qanuni çərçivədə hər hansı bir boşluq yoxdur və Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu istiqamətdə işini yaxşı qurub, şəffaflıq tam təmin olunub. Ekspertin fikrincə, oktyabr ayı ərzində 665 nəfərdən 125 nəfərin müraciətinə mənfi qərar verilməsi də anlaşılandır.

İlqar Orucov

“Ölkəmizdə xarici ölkədə xaricdə təhsil təklif edən kifayət qədər şirkət var. Bu şirkətlərin fəaliyyətinə hər hansı bir nəzarət mexanizmi də yoxdur. Bunu həyata keçirmək də mümkün deyil. Çünki şirkət iddia edə bilər ki, “mən hüquqi şəxsəm, vergimi də ödəyirəm. Mən xidmət təklif edirəm. O xidməti qəbul edən tərəf müştəri var”. Problem də əslində buradan başlayır. Xaricdə təhsil təklif edən şirkət nə qədər peşəkardır və işini nə qədər düzgün qurub? Söhbət bundan gedir. Şirkətlər insanların etimadından sui-istifadə etməməlidir. Belə şirkətlər də var və eyni zamanda bu şirkətlərin xidmətlərindən istifadə edən insanlar da var. Bəzən insanlar aldanırlar, bəzən insanlar sonunu görə bilmədikləri proseslərə qatılırlar. Amma xeyli insanlar da var ki, sadəcə olaraq fikirləşir ki, “mənim övladım 4 il təhsil adı altında xaricdə keçirəcək. Sonra nə olacaqsa, xeyirlisi”. Nəticədə nə baş verir? Nəticədə məzun olan gənc ölkəsinə qayıdanda, ömrünün bir qismini xərclədiyi təhsil həyatının əyani sübutu olan diplomlar tanınmır.

Diplomların tanınması ilə bağlı qaydalar kifayət qədər müasir və həm də xeyli yumşaqdır. Əvvəlki illərlə müqayisədə xeyli yumşaqdır”-deyə ekspert bildirib.

İlqar Orucov qeyd edib ki, təhsilini bitirib ölkəyə gələn və diplomları tanınmayan gənclər demək olar ki, təhsil almayıblar: “Onlar təhsil adı altında həyatlarının ən qiymətli dövrlərini əslində boşa xərcləmiş gənclərdir. Əgər gənc həqiqətən təhsil alıbsa, onun diplomunun tanınmasında heç bir problem ola bilməz. Deməli, bu diplomlar diplom deyil. Onlar sadəcə bir kağız parçasıdır”-deyən təhsil ekspertinin fikrincə, bu şirkətlər universitetləri təqdim edərkən onların vəziyyətdən xəbəri olur.

“Onlar bilirlər ki, universitetin diplomu tanınmır. Bəzən qarşı tərəfin özü də bilir ki, övladı Dövlət İmtahan Mərkəzinin imtahanında 50-100 bal yığırsa, onun xaricdə oxumaq imkanları nə qədərdir. Sadəcə olaraq, mən başa düşə bilmirəm, o insanları. Nə qədər pullarını xərcləyirlər, övladlarının nə qədər zamanınını xərcləyirlər. Bu insanların aqibəti necə olacaq? Onlar öz aqibətlərini özləri müəyyənləşdirib.

Valideynlər diqqətli olmalıdırlar. Kifayət qədər peşəkar şirkətlərlə iş görməlidirlər. Ali təhsil almaq adı ilə tanımadıqları və fəaliyyətləri haqqında dərindən araşdırma etmədikləri şirkətlərə müraciət etməməlidirlər.

Onlar bilirlərsə ki, övladlarının biliyi yetərli səviyyədə deyil, o vaxt o gənc hansı biliklə xaricə təhsil almağa gedəcək? Təbii ki, gedə bilməyəcək. Bu kimi hallar bu problemlərin yaranmasına gətirib çıxarır. Nəticədə uduzan həmin gənclər və onların ailələri olur. Ümumilikdə, cəmiyyəti olur”-deyə İlqar Orucov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri