Icma.az
close
up
RU
Xaricdə təhsilə dair Dövlət Proqramı: yeni adlar, yeni uğurlar

Xaricdə təhsilə dair Dövlət Proqramı: yeni adlar, yeni uğurlar

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə Azərbaycan gənclərinin xaricdə təhsil almaları dövlət siyasətində prioritetlərdən birinə çevrilib. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Proqram çərçivəsində Kembric Universitetinin "Siyasət və beynəlxalq araşdırmalar" ixtisası üzrə magistraturada oxuyan Murad Alməmmədov 2021-2025-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət sifarişi əsasında "Politologiya" ixtisası üzrə bakalavr təhsili alıb. Təhsil müddətində əlaçı olub. Eyni zamanda, 2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkə üzrə 100 nəfərə verilən "Heydər Əliyev" təqaüdünə layiq görülüb. Universitetin ictimai fəaliyyətində də aktiv iştirak edib: "Birinci kursda həm universitetin Tələbə Gənclər Təşkilatında, həm də Tələbə Elmi Cəmiyyətində qrup sədri olmuşam. Tələbə Gənclər Təşkilatında tarix klubu yaratmışdım və həmin klub bir il fəaliyyət göstərdi. Eyni zamanda, birinci və ikinci kurslarda Tələbə Elmi Cəmiyyətində qrup sədri kimi aktiv fəaliyyət göstərmişəm. Bu təcrübələrin həyatımda və akademik fəaliyyətimdə nə qədər rol oynadığına gəlincə, onları bir növ ibtidai sinif kimi düşünürəm. Bunlar önəmli və olması gərəkən mərhələlər idi. Akademik və peşəkar karyeramın digər mərhələlərində burada qazandığım bilik və bacarıqlardan yararlandım. Lakin düşünürəm ki, tələbə xarici mühitdə, beynəlxalq sferada elmi fəaliyyətlə məşğul olmaq istəyirsə, universitet daxilindəki elmi və ya könüllü fəaliyyətini birinci-ikinci kursdan sonra dayandırmalıdır. Çünki dörd il qısa müddətdir. Bu müddətin hamısını universitet daxilində keçirdikdə artıq universitetdən kənar təcrübə qazanmağa vaxt qalmır. Mən də belə etdim. Birinci kursda və ikinci kursun ilk yarısında, yəni təxminən bir il yarım ərzində universitetdaxili imkanlardan faydalandım. Daha sonra ölkə daxilində və xaricdə könüllü proqramlara və elmi fəaliyyətlərə qoşuldum. Yaponiya, ABŞ və Fransada keçirilən beynəlxalq elmi konfranslarına təqdim etdiyim məqalələrim çap olundu. Bu prosesdə mənə ən çox dəstək olan müəllimlərimdən biri Reyhan Cəfərova olub. O, DİA-da müəllimdir, eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur".

O qeyd edib ki, Kembric Universitetində təhsil almaq hədəfi artıq I kursa başlayanda yaranıb: "Mən hədəfli və planlı yaşamağa çalışıram. Hədəflərimi əvvəlcədən müəyyənləşdirməyi və onların üzərində çalışmağı sevirəm. Bakalavr təhsilinə başlayanda özüm üçün qərar verdim ki, xaricdə təhsil almaq istəyirəm. Bunun üçün araşdırmağa başladım. Oksford, Kembric və Harvard məzunları ilə, eyni zamanda professorlarla elektron poçt vasitəsilə əlaqə saxladım. Uzun sürən araşdırma prosesinin sonunda qərara gəldim ki, mənim üçün ən uyğun proqram Kembric Universitetində magistratura səviyyəsində tədris olunan "Siyasət və beynəlxalq araşdırmalar" ixtisasıdır. Bu ixtisası seçməyimin əsas səbəblərdən biri proqramın kurikulumunun çox unikal olması idi. Süni intellekt siyasəti, ABŞ və Çin arasındakı texnoloji və siyasi-texnoloji rəqabət, ətraf mühit, mənim maraq göstərdiyim su siyasəti, alqoritmik idarəetmə kimi kifayət qədər yeni və digər proqramlarda rast gəlinməyən fənlər var idi. Məsələn, eyniadlı proqramlarda bu fənlərin bəziləri Oksford Universitetində və ya Harvardda yox idi. Kembrici seçməyimin digər mühüm səbəbi isə təhsilin müddəti ilə bağlı idi. Oksford, Harvard, Yale və araşdırdığım digər aparıcı universitetlərdə magistr təhsili bir il yarım və ya iki il idi. Kembricdə isə proqram bir il davam edirdi. Düşündüm ki, magistr təhsilini bir ilə başa vurmaq insana müstəqil həyatda bir il qazandırır. Beləliklə, həm kurikulumu, fənləri və professor heyətini bəyəndiyim üçün, həm də təhsil müddətini nəzərə alaraq Kembric Universitetinə müraciət etdim və qəbul oldum. Bəli, mən bu ixtisas üzrə Kembricə qəbul olan və burada təhsil alan ilk azərbaycanlıyam. Amma bu fakt məndə spesifik olaraq əlavə məsuliyyət hissi yaratmayıb. Çünki birincisi, mən onsuz da məsuliyyətli insanam və hər şeyi ən yaxşı şəkildə etməyə çalışıram. Günün sonunda həm öz adımı, həm də vətənimin adını uğurla təmsil etməyə çalışıram. Digər tərəfdən, bunun realistik tərəfi də var. Xaricdə, ümumiyyətlə Qərb insanı üçün belə şeylər çox da əhəmiyyət daşımır. Onlar sənə fərdi yanaşırlar. Hətta qəbul olduğum zaman bu ixtisasda oxuyan ilk azərbaycanlı olduğumdan xəbərim də yox idi. Dövlət Proqramının siyahılarına baxmışdım və görmüşdüm ki, bu ixtisas üzrə qəbul olan və ya oxuyan azərbaycanlı yoxdur. Amma daha sonra, imtahan nəticələrini gözlədiyimiz müddətdə universitet tərəfindən mənə rəsmi şəkildə bildirildi ki, bu ixtisas üzrə qəbul olan ilk azərbaycanlısan".

Onun sözlərinə əsasən, Kembricə qəbul olunanda sərt bir həqiqətlə qarşılaşıb: "Azərbaycanda qazandığım bilik və bacarıqlar mənə yalnız müəyyən yerə qədər kömək edə bilərdi. Çünki artıq rəqiblərim də dəyişmişdi. Mən bakalavr təhsilimi Dövlət İdarəçilik Akademiyasında almışdım, bəzi qrup yoldaşlarım isə bakalavr təhsilini Harvard, Yel və digər aparıcı universitetlərdə almışdılar. Buna baxmayaraq, sonda universiteti qrup yoldaşlarımın 98 faizindən daha yüksək nəticə ilə tamamladım və Kembric Universitetinin ən yaxşı 2 faizi arasında yer alaraq təhsilimi fərqlənmə ilə başa vurdum. İlk 3-4 ay təhsil sözün əsl mənasında akademik cəhətdən çox ağır və əziyyətli oldu. Bunun təbii səbəbləri var idi. Azərbaycanda siyasi elmlərin tədrisi, demək olar ki, əsasən rusdilli mənbələrin Azərbaycan dilinə tərcüməsi əsasında aparılır. Kembricdə isə ingilisdilli mənbələrdən və ingilis düşüncə məktəbindən istifadə olunur. Ona görə mən texniki biliklərlə yanaşı, müəyyən metodoloji və yanaşma fərqlərini də aradan qaldırmalı oldum. Təhsilimin ilk dörd ayını bu metodologiya, yanaşma və baxış bucağındakı fərqləri müəyyən qədər aradan qaldırmağa sərf etdim. Amma yenə deyirəm, bu proses çox gözəl və uğurlu oldu. DİA-da aldığım bakalavr təhsili olmasaydı, düşünürəm ki, Kembricdə, nə qədər çalışsam da, həmin nəticəni əldə edə bilməzdim".

Murad Alməmmədov qeyd edib ki, Kembricdə gördüyü ən önəmli təhsil fərqlərindən biri də tələbələrin həddən artıq fənlərlə yüklənməməsidir: "Azərbaycanda bir tələbə bir semestr ərzində 7-8, bəzi hallarda 9 fənn keçir. Halbuki bunlar bir-biri ilə əlaqəsi olmayan, müxtəlif sahələri əhatə edən fənlər olur. Məsələn, biri tətbiqi politologiyadırsa, digəri xarici siyasət olur. Bir-biri ilə əlaqəsi olmayan və yaxınlıq dərəcəsi az olan bu qədər fənnin eyni semestr ərzində tələbəyə verilməsi və həmin materialların mənimsədilməyə çalışılması, əlbəttə ki, çətindir. Kembricdə isə fənlərin sayı daha azdır. Tələbəyə bir semestr ərzində 4 fəndən artıq fənn seçməyə icazə verilmir. Maksimum 5 fənn seçmək mümkündür, amma beşinci fənn üzrə imtahana buraxılmırsınız. Sadəcə dərsləri dinləyib informasiya əldə edə bilərsiniz. Düşünürlər ki, insan beyninin bir limiti var və yeni bilik əldə etmək üçün müəyyən sərhədlər olmalıdır. Mən də bunun doğru yanaşma olduğunu düşünürəm. Mən siyasi elmin ən qabaqcıl alimlərindən, professorlarından dərslər almışam. Bu istisnaları çıxmaq şərtilə, orta statistik Kembric müəllimi akademik baxımdan orta statistik Azərbaycan müəllimindən o qədər də fərqlənmir. Hətta deyərdim ki, bizim müəllimlərin akademik  bacarığı, dil bilikləri orta statistik Kembric müəllimindən müəyyən mənada daha yüksək ola bilər. Ən böyük və mənfi fərq müəllimlərin tələbələrə münasibəti və yanaşması idi. Şəxsən düşünürəm ki, bu, yalnız universitetlərimizdən qaynaqlanan məsələ deyil. Şərq cəmiyyətinin quruluşundan irəli gələn bir xüsusiyyət var: böyüklər kiçiklərin həyatına daha aktiv müdaxilə edə, bir çox məsələyə qarışmaq səlahiyyətini özlərində görə bilirlər. Qərbdə isə insan nisbətən daha sərbəst olur. Məsələn, mən hər gün dərsə gedəndə geyimimə diqqət edirdim: hansı şalvarla hansı köynəyi uyğunlaşdırım, fərqli geyinim, eyni zamanda geyim qaydalarına riayət edim. Hər nə qədər konkret geyim qaydaları olmasa da, Azərbaycanda insanlar geyimlərə müdaxilə etmək hüququnu özlərində görə bilirlər. Qərbdə isə belə bir şey yoxdur. Mən bunu çox sevirdim. Çünki kiminsə gözünə xoş görünmək üçün xüsusi şəkildə geyinmək məcburiyyətində deyilsən. Sənə hansı geyim rahatdırsa, onunla gedirsən. Günün sonunda əsas məsələ mənim rahatlığım və rahat şəkildə informasiya, bilik öyrənməyimdir. Bu baxımdan, müdaxilə məsələsinə görə bizim akademik heyətin qiymətindən bir neçə bal çıxarardım".

Murad Alməmmədovun dediyinə görə, doktorantura təhsilini bitirdikdən sonra ən böyük xəyallarından biri Azərbaycan vətəndaşı kimi öz xalqının gənc övladlarının akademik sahədə inkişaf etməsinə əlindən gəldiyi qədər töhfə verməkdir: "Böyük ehtimalla, digər fəaliyyətlərimlə yanaşı, ölkəmizdə akademik fəaliyyətlə də məşğul olacağam. Universitetdə akademik fəaliyyətimi davam etdirərək gələcəkdə azərbaycanlı alimlərin yetişməsinə əlimdən gələn töhfəni vermək istəyirəm".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Oktyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri