Icma.az
close
up
RU
Xaricdə vətəndaşlıq almış şəxsin ölkəmizə qaytarılması mümkünsüzdür, amma sazişdə istisnalar ola bilər

Xaricdə vətəndaşlıq almış şəxsin ölkəmizə qaytarılması mümkünsüzdür, amma sazişdə istisnalar ola bilər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Azərbaycanın qarşılıqlı hüquqi yardım haqqında çoxsaylı dövlətlərlə imzaladığı sazişlər var. Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla sazişlər var. Bəzi sazişlər ikitərəfli sazişlərdir. Bu sazişlər bilavasitə mülki, ailə və cinayət işləri ilə əlaqədar olan elementləri özündə ehtiva edir. Eyni zamanda Azərbaycanın imzaladığı, qoşulduğu çoxtərəfli konvensiyalar var ki, orada da qarşılıqlı hüquqi yardım geniş şəkildə yer alıb”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb.

Azər Allahverənov

“Çoxtərəfli müqavilələr arasında 1993-cü il Minsk Konvensiyasını xüsusilə qeyd etmək olar ki, bu daha çox MDB ölkələrinin qoşulduğu bir konvensiyadır. Bununla yanaşı, Avropa İttifaqının başqa bir konvensiyası var ki, bu da cinayət işləri və əlavə protokollar üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa konvensiyasıdır. Azərbaycanın əksər MDB ölkələrindən, o cümlədən Türkiyə, İran bu ölkələrlə qarşılıqlı hüquqi yardım haqqında sazişləri var və eyni zamanda, Avropa İttifaqının bir sıra konvensiyalarında iştirakı həm də Avropa ölkələri ilə bu istiqamətlərdə münasibətlərin tənzimlənməsi ilə bilavasitə əlaqədardır”-deyə Azər Allahverənov qeyd edib.

Vətəndaşlıq almış və ya sığınacaq axtaran şəxs statusunu almış şəxslərin ölkəyə qaytarılması məsələsinə gəldikdə, Azər Allahverənov bildirib ki, bu həmin konvensiyaların və ya qarşılıqlı hüquqi yardım sazişləri üzərindən mümkün olacaq məsələlərdir.

“Şübhəsiz ki, qarşılıqlı hüquqi yardım haqqında sazişlər bu məhkəmə sənədlərinin mübadiləsi, məhkəmə qərarlarının icrasını və tanınmasını, ekstradisiya məsələlərini və müxtəlif sübut tələb edən sorğulara cavabların verilməsi ilə bağlı olan məsələləri tənzimləmiş olur. Amma bu vətəndaşlıq almış şəxsin və ya başqa bir ölkədə qaçqın statusu almış şəxsin bir qayda olaraq ölkəyə qaytarılmasını təmin etmir. Ümumi hüquqi yardım haqqında bir anlayışlar, misal üçün ekstradisiya məsələsinə gəldikdə, deməli, elə cinayət növləri var ki,o cinayətlərin törədilməsinə görə Azərbaycan tərəfi təbii ki, ekstradisiya tələbini irəli sürə bilər və əgər həmin şəxs o ölkənin vətəndaşı deyilsə, onun ekstradisiyasının təmin olunması mümkün olur. Yox, əgər vətəndaş və qaçqın statusu və ya siyasi sığınacaq statusu əldə edibsə, onda o şəxslərin qaytarılması, demək olar ki, mümkünsüz olur. Düzdür, bəzi hallarda ikitərəfli imzalanan hansısa sazişlər xüsusi bir əhəmiyyətə malik olur, yəni birmənalı şəkildə demək olmaz ki, bu, mümkün deyil. Əksər hallarda, bu, mümkün deyil.

Əgər, ümumiyyətlə, şəxs 1951-ci il Cenevrə Konvensiyasına qaçqın statusu haqqında olan sənədinə uyğun olaraq qaçqın statusu alıbsa və onun qaytarılması o zaman mümkünsüzdür ki, qaytarılacaq şəxs öz ölkəsində hansısa potensial təhlükə ilə üz-üzə qala bilər. Amma bəzi istisnalar var ki, bu istisnalar ağır cinayətlər törətmiş şəxslərlə bağlıdır. Yəni ola bilər ki, həmin şəxs elə həmin ölkə vətəndaşlığını almış ölkə üçün də potensial təhlükə yaratmış olsun. Belə olduğu təqdirdə, yəni həmin şəxsin deməli qaytarılması mümkün ola bilər. İstənilən halda beynəlxalq hüquqa görə bu vətəndaşlıq verilmiş şəxsin həmin şəxsin qaytarılması ilə bağlı hökumətin öhdəliyini müəyyənləşdirir ki, bu da bir qayda olaraq mümkünsüzdür və burada da müəyyən elementlər ola bilər. Misal üçün, ikitərəfli saziş elementi ilə yanaşı, şəxsin öz iradəsi ilə bağlı hansısa bir element ola bilər ki, bu da əgər sazişdə nəzərdə tutulursa, onda bu mümkün ola bilər. Bir də ola bilər ki, şəxs qaçqın statusu alıb, amma bunu hansısa bir qeyri-qanuni yollarla edibsə, bu da istənilən halda onun qaytarılması üçün əsas yaradır. Və ya ola bilər ki, şəxs vətəndaşlıq alıb və həmin ölkədə ictimai asayiş üçün potensial təhlükə yaradır, ya olduğu ölkənin aidiyyəti strukturları müraciət edərsə, onun da qaytarılması məhkəmə yolu ilə ola bilər, nəzərdən keçirilə bilər. İstənilən halda, vətəndaşlıq almış şəxslərin qaytarılması mümkünsüzdür. O cümlədən, qaçqın statusu və siyasi sığınacaq almış şəxslərin də qaytarılması bu baxımdan mümkünsüzdür. Yalnız ağır cinayətlər törətmiş şəxs və ya yeni vətəndaşlıq almış və ya sığınacaq aldığı, sığındığı ölkə üçün potensial təhlükə yarada biləcək bir şəxs kimi dəyərləndirilsə, belə olduğu təqdirdə həmin şəxsin də yeni qaytarılması mümkün ola bilər. Bu, sırf hüquqi cəhətdən verilmiş ümumi bir şərtdir. Amma hadisədən hadisəyə, yəni keysdən keysə ikitərəfli danışıqlar və sazişlər əsasında ola bilər ki, bu ümumi çərçivədən kənara çıxma halları da olsun. Yenə də o hadisədən hadisəyə dəyişə biləcək bir istisna kimi dəyərləndirilə bilər”-deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Noyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri