Icma.az
close
up
RU
ANA DİLİM: xaricdə yaşayan azərbaycanlılar üçün layihə

ANA DİLİM: xaricdə yaşayan azərbaycanlılar üçün layihə

Icma.az bildirir, Modern.az portalına istinadən.

Xaricdə yaşayan azərbaycanlıların ana dilimizə olan sevgisini artırmaq, Azərbaycan mədəniyyəti ilə əlaqələrini gücləndirmək məqsədilə yeni və maraqlı bir layihə başlayır!

Əziz və dəyərli soydaşlar! Siz, uzaqlarda olsanız belə, ürəyi Azərbaycanla döyünən, dilimizi, mədəniyyətimizi və dəyərlərimizi yaşadan qəhrəmanlarsınız!

"New Diaspora of Azerbaijan" və AzEdu.az Təhsil Portalının əməkdaşlığı ilə təşkil olunan bu müsabiqənin əsas məqsədi uşaqlara dilimizi sevdirmək və  ana dilimiz vasitəsilə Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə tanış olmalarına dəstək olmaqdır. Hər bir iştirakçı öz videosu ilə bu təşəbbüsə töhfə verərək, ana dilimizin gələcək nəsillərə ötürülməsində iştirak edə bilər.

Müsabiqəyə qoşulmaq istəyənlər üçün iştirak şərtləri sadə, həm də  maraqlıdır. Hər ayın sonunda qaliblər seçilərək xüsusi mükafatlarla təltif olunacaq. Elə bu gündən videolarınızı hazırlayın və Azərbaycanın səsini dünyaya çatdırın!

İştirak şərtləri:

- Müsabiqəyə xarici ölkələrdə yaşayan azərbaycanlı ailəsində olan bağça və məktəb yaşlı uşaqlar qoşula bilər;

- Videodakı səsləndirmə Azərbaycan dilində olmalıdır;

- Müsabiqədə iştirak etmək istəyən soydaşlarımız Azərbaycan ədəbiyyatına məxsus şeir və ya Azərbaycana aid mahnılar ifa edərək video çəkilişi [email protected] poçt ünvanına göndərə bilərlər;

- İştirakçılar video ilə birlikdə öz adlarını, yaşlarını və hansı ölkədən iştirak etdiklərini qeyd etməlidirlər;

- Göndərilən videonun çəkiliş keyfiyyəti ən aşağı 1080p, ən çox 4K olmalıdır;

- Videolar @newdiasporaz rəsmi instagram səhifəsində #AnaDilimDiasporAz #AzərbaycanDili #AnaDiliSevgim həştəqləri ilə paylaşılacaq.

- Real bəyəni və real şərh sayı çox olan, münsiflər heyəti tərəfindən yüksək qiymət alan video sahibi qalib olacaq. Qalibə müxtəlif mükafatlar təqdim olunacaq.

Müsabiqəyə 22 yanvar tarixində start verilir və layihə davamlı olaraq keçiriləcək,  hər ay sonunda qaliblər seçiləcək.

Ətraflı məlumat üçün @newdiasporaz instaqram səhifəsinə baş çəkin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri