Xaricdəki ticarət nümayəndəliklərinin maaşı bu qanuna əsasən müəyyənləşəcək Yeni Çağ Media
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xarici ölkələrdəki ticarət nümayəndəliklərinin maaşı artıq “Diplomatik xidmət haqqında” qanuna əsasən müəyyən ediləcək.
Yenicag.az xəbər verir ki, bu barədə məsələ “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), təminat və kompensasiyaların verilməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.5-ci və 13.15-ci maddələrinə uyğun olaraq müəyyən edilir.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda (“Dövlət qulluğu haqqında”) nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir./unikal
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 09 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















