Icma.az
close
up
RU
Xaricdən avtomobil gətirmək adı ilə insanları aldadırlar Əhaliyə ÇAĞIRIŞ

Xaricdən avtomobil gətirmək adı ilə insanları aldadırlar Əhaliyə ÇAĞIRIŞ

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Xaricdən avtomobil gətirmək adı ilə insanları aldadırlar. Yetərincə belə hallar mövcuddur. Bu məsələ zaman-zaman mətbuatda da işıqlandırılır. Avtomobil alqı-satqısı işində  təmiz, vicdanla işləyənlər az saydadır, amma bu o demək deyil ki, biz düzgün adamdan maşın aldıq və problemimiz bitdi. Əsas problemimiz bundan sonra başlayır, çünki aldığımız avtomobilin ehtiyat hissələrini tapa bilmirik. Çində avtomobillərin geri çağırılma prosesi olsa belə, bizim avtomobilimizi heç kim geri çağırmayacaq. Nəzərə alaq ki, avtomobildə nasazlıqlar, istehsal qüsurları olanda zavod özü rəsmi nümayəndəliklər vasitəsilə hansı ölkəyə avtomobil göndəribsə, onlara məlumat verir. Ya yerli rəsmi nümayəndə həmin qüsuru aradan qaldırır, ya da avtomobili zavoda geri qaytarır və müştərini yeni avtomobillə təmin edir. Bu sahədə vicdanla işləyənlərin gətirdikləri avtomobillərdə də sonradan hansısa zavod qüsuru, nəsə problem çıxsa, bundan heç kimin xəbəri olmayacaq, çünki onlar da avtomobili Çində üçüncü-dördüncü şəxsdən alırlar. Avtomobil üçüncü-dördüncü şəxsə gəlib çıxana qədər onun qüsurunu birinci şəxsə deyəcəklər. Birinci şəxsin isə vecinə deyil ki, özündən sonra avtomobil beşinci şəxsə satılıb, həmin adam da azərbaycanlı çıxıb...”

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyib.

O tövsiyə edib ki, yaxşı olar, vətəndaşlar avtomobili imkan daxilində rəsmi istehsalçıdan alsınlar:

“Gözümüzün önünə gələcəkdə ehtiyat hissələrini tapmamağı, zavod qüsurundan xəbərimizin olmayacağını, belə bir risklə həmin avtomobili idarə edəcəyimizi, ailəmizin bu avtomobilə minəcəyini, cəmiyyət içində yola çıxdıqda təhlükə saçacağını gətirmək lazımdır. Ən vacib məsələlərdən biri budur. Üç-dörd min manat irəli düşürük deyə avtomobil alırıq, sonra həmin üç-dörd min manat üçün özümüzü də, ailəmizi də, cəmiyyəti də təhlükəyə atırıqsa, bütün bunları düşünməliyik. İnsanlar bu barədə maarifləndirilməlidir. Sağlamlığımız istənilən pul vahidindən qat-qat öndədir. Vətəndaşlarımız avtomobil alarkən bunlara diqqət yetirsinlər. Başa düşürük, bir çoxları taksi fəaliyyəti, yaxud gündəlik istifadə üçün avtomobili xaricdən ucuz almağa çalışır. Təkrar edirəm, problemlər aşkarlandıqda bu, ailəmizə, cəmiyyətimizə böyük faciələr gətirə bilər. Buna görə avtomobili rəsmi idxalçıdan alaq və sabah döyməyə bir qapı tanıyaq”.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 İyul 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see131

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see130

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see128

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see126

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see125

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see119

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see119

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see119

Paşinyan “Hraparak”ı məhkəməyə verdi

06 İyul 2025 19:03see119

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see118

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see118

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see117

Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

07 İyul 2025 04:46see117

Azərbaycan millisindən ardıcıl ikinci məğlubiyyət

06 İyul 2025 22:12see116

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

06 İyul 2025 23:50see115

Ermənistanda rəhbər şəxslər saxlanıldı

07 İyul 2025 12:52see115

Peskov Makronu təriflədi: Onun Putinlə danışığı...

06 İyul 2025 17:56see114

İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib KONKRET

06 İyul 2025 22:10see114

Kişi yeməyini suyunu alırsa, daha nə istəyirsən?! Nardaran sakini müasir gəlinləri topa tutdu

06 İyul 2025 23:48see113

Dünyadan köçən yaxşı insanları gözüm dolaraq xatırlayıram Elçin

08 İyul 2025 00:28see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri