İran prezidenti İsrail qırıcılarının Azərbaycanın hava məkanından istifadəsi iddialarını təkzib etdi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın hava məkanından İsrailin İrana qarşı hərbi məqsədlərlə istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən məlumat verib.
M.Pezeşkian bu iddiaların İranın rəsmi orqanları tərəfindən təsdiq olunmadığını vurğulayıb:
"Bəzi şayiələrin əksinə olaraq, qonşularla "sionist rejim" arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik orqanları tərəfindən təsdiqini tapmayıb" - deyə o qeyd edib.
M.Pezeşkian əlavə edib ki, əksinə, bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, bundan öncə İranın media qurumları və ekspertləri İsrailin İrana zərbələr endirmək üçün region ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 İyul 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















