Icma.az
close
up
RU
​XARİCƏ DAHA UCUZ NECƏ SƏFƏR EDƏ BİLƏRİK? Ekspertdən AÇIQLAMA

​XARİCƏ DAHA UCUZ NECƏ SƏFƏR EDƏ BİLƏRİK? Ekspertdən AÇIQLAMA

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayının 5 faizdən çox azalması ölkədə turizmə olan tələbat və əhalinin xərcləmə imkanları ilə bağlı suallar yaradıb. Bu tendensiya səyahət vərdişlərində dəyişikliklərin baş verdiyini və ya xarici səfərlərin vətəndaşlar üçün daha əlçatmaz olduğunu göstərə bilər. Aviabiletlərin, hotellərin və digər turizm xidmətlərinin qiymətlərinin artması insanların səyahət planlarına təsir edən amillər sırasındadır.

Bəs xaricə səfərlərin azalmasının əsas səbəbləri nədir və bu tendensiya qarşıdakı dövrdə də davam edə bilərmi? Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin azalması daha çox iqtisadi səbəblərlə bağlıdır, yoxsa səyahət seçimlərində dəyişiklik müşahidə olunur?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən turizm üzrə ekspert Əziz Şiriyev bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması xaricə səfər etmək istəyən vətəndaşların əsasən hava nəqliyyatından istifadə etməsini zəruri edir.

Onun sözlərinə görə, bu isə aviabiletlərin qiymətini turizm paketlərinin ümumi dəyərinə birbaşa təsir göstərən əsas amillərdən birinə çevirir: “Aviabiletlərin baha olması xarici ölkələrə səyahətlərin planlaşdırılmasına və tur paketlərinin qiymətinə ciddi təsir göstərir. Belə ki, tur paketinin ümumi dəyərinin təxminən 70 faizini aviabiletlərin qiyməti təşkil edir. Bu səbəbdən uçuş biletlərinin bahalaşması səfərin vətəndaşlar üçün əlçatanlığını azaldır, bəzən isə onların səyahət planlarını dəyişməsinə səbəb olur. Nəticədə, səfər etmək istəyən şəxslər ya səyahətlərini təxirə salmalı, ya da daha münasib qiymətə aviabiletlərin tapıldığı tarixlərə uyğunlaşmalı olurlar”.

Ekspert xaricə səfər etməyi planlaşdıran vətəndaşlara turizm şirkətlərinin təkliflərindən yararlanmağı tövsiyə edib: “Turizm şirkətləri müştərilərə fərdi qaydada əldə edilməsi daha baha başa gələn aviabiletləri və digər xidmətləri birləşdirərək daha münasib qiymətə tur paketləri təqdim edə bilirlər. Bunun əsas səbəblərindən biri turizm şirkətlərinin aviaşirkətlərdən əvvəlcədən müəyyən sayda yer əldə etməsi və həmin biletləri daha əlverişli şərtlərlə paketlərə daxil etməsidir. Beləliklə, aviabilet, yerləşmə və digər turizm xidmətlərinin vahid paket şəklində təqdim olunması səfərin ümumi xərcini azaltmağa imkan verə bilər”.

Ekspert vurğulayıb ki, bu xidmətləri ayrı-ayrılıqda əldə etmək əksər hallarda daha yüksək xərc yaradır: “Buna görə də xaricə səyahət etməyi düşünən vətəndaşların müxtəlif turizm şirkətlərinin təkliflərini müqayisə etməsi və büdcələrinə uyğun paket seçməsi daha məqsədəuyğundur”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri