Icma.az
close
up
RU
Yağlarımızı necə əridə bilərik? AÇIQLAMA

Yağlarımızı necə əridə bilərik? AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir kiloqram yağ toxumasını yandırmaq üçün orqanizmdə təxminən 7700 kilokalori enerji çatışmazlığı yaradılmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə “gazeta.ru”ya açıqlamasında şəbəkəsinin “idman təbabəti” istiqaməti üzrə baş mütəxəssisi Şalva Tsurtsumiya məlumat verib.

Həkimin sözlərinə görə, orta hesabla insan bir addım zamanı təxminən 0,04 kilokalori enerji sərf edir. Bu göstərici bədən çəkisi, boy, hərəkət tempi və relyefdən asılı olaraq dəyişir.

“Çəkisi 60 kiloqram olan şəxs 1000 addımda təxminən 30-35 kilokalori, 80 kiloqram olan isə 40-45 kilokalori yandırır. Orta göstəriciləri əsas götürsək, 70 kiloqram çəkisi olan insanın 7700 kilokalori enerji çatışmazlığı yaratması üçün təxminən 190-200 min addım atması lazımdır. Bu isə təxminən 140 kilometr məsafə deməkdir. Ay ərzində 1 kiloqram arıqlamaq üçün gündəlik adi aktivliyə əlavə olaraq 6000-7000 addım atmaq tələb olunur”, - deyə həkim bildirib.

Bununla belə, mütəxəssis vurğulayıb ki, gəzinti zamanı yalnız yağ deyil, həm də əzələlərdə toplanmış karbohidrat ehtiyatı  qlikogen sərf olunur. Bundan başqa, kalori çatışmazlığı yarandıqda maddələr mübadiləsi ləngiyə bilər.

Həkim qeyd edib ki, yalnız gəzinti ilə, qidalanmanı tənzimləmədən arıqlamaq olduqca çətindir. Onun sözlərinə görə, təxminən 350 kilokalori dəyərində olan bir ekleri “yandırmaq” üçün 9-10 min addım atmaq lazımdır.

“Gündə 10 min addım hipodinamiyanın qarşısının alınması və sağlamlığın qorunması üçün əla göstəricidir. Lakin addımları konkret kiloqram yandırmaq aləti kimi qəbul etmək düzgün deyil. Arıqlamaq üçün əsas yol düzgün qidalanma və fiziki aktivliyin vəhdəti nəticəsində ağlabatan kalori çatışmazlığı yaratmaqdır. Gəzinti isə bu prosesi dəstəkləyən və nəticəni qorumağa kömək edən effektiv vasitədir”, – deyə Şalva Tsurtsumiya əlavə edib.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Fevral 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see371

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see345

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see344

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see344

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see319

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see315

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see314

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see302

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see300

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see283

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see247

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see238

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see238

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see222

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see209

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see203

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see201

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see190

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see185

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri