Icma.az
close
up
RU
Xaricə üz tutan gənclərin sayı artır Səbəblər nələrdir?

Xaricə üz tutan gənclərin sayı artır Səbəblər nələrdir?

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Azərbaycan gəncləri arasında xaricə köçmək həvəsi güclənib. Bu proses həm ali, həm də orta təhsilə sahib olan gənclər arasında müşahidə edilir. 
Bəs gəncləri xaricə üz tutmağa sövq edən səbəblər hansılardır?

Mövzu ilə əlaqədar Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, bu tendensiya təkcə Azərbaycana deyil, həm də bütün dünyaya xasdır. 
Onun sözlərinə görə, xaricə miqrasiya edənlərin əsas motivasiyası daha yaxşı iş imkanları və yüksək gəlir əldə etməkdir: “Azərbaycanda əmək bazarında əsasən təcrübəli işçilərə üstünlük verilir. Bu isə universitet məzunlarının iş tapmaq imkanlarını məhdudlaşdırır. Eyni zamanda, ölkədə maaşlar bir çox Avropa ölkələri ilə müqayisədə aşağıdır və inflyasiya səbəbilə alıcılıq qabiliyyəti azalır. Gənclər isə uzun illər yaxşı gəlir üçün gözləmək istəmədiklərinə görə xaricə üz tuturlar.” 
X.Kərimlinin sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı əsasən neft-qaz sektoruna bağlıdır və bu sahə iş yerlərinin kiçik bir hissəsini təmin edir. Qeyri neft-qaz sektorunun zəif inkişafı isə gənclərin ölkədə layiqli iş tapmasını çətinləşdirir. X.Kərimli hesab edir ki, qloballaşma və informasiya dövrü də miqrasiya prosesini sürətləndirir, sosial şəbəkələr vasitəsilə gənclər xaricdəki yüksək yaşayış səviyyəsini görür və bu ölkələrdə yaşamaq istəyirlər. “İnternetin yayılması və sosial medianın təsiri sayəsində insanlar dünyanın hər yerində necə yaşandığını görürlər. Sərhədlərin açılması, viza rejimlərinin yumşalması da bu prosesi asanlaşdırır. Gənclər yeni imkanlar üçün ölkəni tərk etməyə daha çox meyillidirlər,” – deyə iqtisadçı bildirib. 


Müsahibimizin sözlərinə görə, xaricə köçənlərin seçimi fərdi olsa da, ümumi tendensiyalara nəzər yetirsək, azərbaycanlılara MDB ölkələrində yaşamaq daha asandır: ''Azərbaycanlıların əsas miqrasiya istiqamətləri fərqli olsa da, əsasən Rusiya,Türkiyə, xüsusilə Almaniya, Kanada və ABŞ kimi ölkələr iş və təhsil imkanları baxımından daha çox üstünlük verilən istiqamətlər arasındadır. 


Rusiya dil və mədəniyyət baxımından yaxınlıq, qohumluq əlaqələri və iş imkanlarının olması səbəbilə ən çox miqrasiya olunan ölkələrdən biridir. 
Türkiyədə azərbaycanlılar üçün iş tapmaq nisbətən rahatdır. Eyni zamanda dil və mədəni yaxınlıq, təhsil və iş imkanlarının geniş olması buranı cəlbedici edir. 
Avropa və ABŞ yüksək maaş və sosial təminatlar baxımından ən cəlbedici bölgələrdir. Xüsusilə Almaniya, Kanada və ABŞ azərbaycanlılar üçün iş və təhsil imkanları təqdim edir. Ancaq bu ölkələrə köçmək daha çətin prosedurlardan keçdikdən sonra mümkün olur”. 


X.Kərimli hesab edir ki, gənclərin xaricə köçmək istəyi əsasən iqtisadi və sosial problemlərlə bağlıdır. Onun fikrincə, ölkədə qeyri neft-qaz sektorunun inkişafı, əmək bazarının genişlənməsi və maaşların artırılması bu tendensiyanı zəiflədə bilər. Ekspert düşünür ki, bu prosesin qarşısını tamamilə almaq mümkün deyil, lakin ölkə daxilində iş imkanlarının artırılması və iqtisadi sabitliyin gücləndirilməsi gənclərin öz vətənlərində qalmasını stimullaşdıra bilər: “Azərbaycanda gənclərin xaricə köçmək istəyi əsasən iqtisadi çətinliklər, əmək bazarının məhdud olması və daha yaxşı həyat şəraiti axtarışı ilə bağlıdır. Lakin bu, təkcə Azərbaycana xas bir vəziyyət deyil – dünyada bir çox ölkədə gənclər daha yaxşı imkanlar üçün miqrasiya edirlər. Azərbaycanın iqtisadi inkişafı və əmək bazarının genişlənməsi gələcəkdə bu tendensiyanı zəiflədə bilər”. 


Bəsti Rəfizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Fevral 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri